Tələbələr arasında Şahmat Turniri keçirilmişdir.
5 dekabr tarixində Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tarix fakültəsinin təşkilatçılığı ilə tələbələr arasında Şahmat Turniri keçirilmişdir. Turnirə tələbələr arasında intelektual bacarıqları artırmaq, asudə vaxtlarını faydalı şəkildə keçirmək və həmkarlar arasında daha sıx əlaqə yaratmaq məqsədilə təşkil olunmuşdur Turnirə Tarix fakültəsinin müxtəlif kurslardan və ixtisaslardan olan tələbələri qatılmışdır. Turnirin formatı üzrə püşk atılmış, rəqiblər qarşılaşmış, uyğun olaraq qalib olan iştirakçılar növbəti mərhələyə irəliləmişdir. I yerə Muxtarlı Anar Nadir oğlu II yerə Xanlayev Pənah Yalçın oğlu III yerə isə Rzayev İlkin Azər oğlu və Bəxtiyarlı Tural Dilqəm oğlu layiq görülmüşdür. Turnirin sonunda təşkilatçılar, iştirakçılara və bütün dəstəkçilərə təşəkkür edərək, bu cür intellektual yarışların davam etdirilməsinin vacibliyini vurğulamışlar.