Türk xalqları tarixi kafedrasının magistrantı “2023-cü ilin ən yaxşı gənc alimi”
Türk xalqları tarixi kafedrasının “Türk dünyası tarixi” ixtisası üzrə II kurs magistrantı Ülfər Məmmədli 2023-cü ilin may-iyun aylarında Qazaxıstanın Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin elm və təhsil müəssisələri arasında keçirilmiş VII kitab nəşri çərçivəsində təşkil olunan “2023-cü ilin ən yaxşı gənc alimi” müsabiqəsində Azərbaycandan seçilən qaliblərdən biri olaraq, I dərəcəli diploma layiq görülmüş və medalla təltif olunmuşdur. O, müsabiqədə “Türk Dövlətləri Təşkilatının SWOT metodu əsasında təhlili” (ingilis dilində) mövzusunda məqalə ilə iştirak edib. Qeyd edək ki, Ülfər Məmmədli 2017-ci ildə “Tarix müəllimliyi” ixtisası üzrə Bakı Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2018-2021-ci illərdə AR ETN-nin SABAH qruplarında təhsil almışdır. 2021-ci ildən Türk xalqları tarixi kafedrasının “Türk dünyası tarixi” ixtisası üzrə magistrantıdır.