“105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi münasibətilə elan etdiyi “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qalibləri təbrik edən rektor Elçin Babayev belə müsabiqələrin BDU-nun şanlı, keşməkeşli tarixinin, zəngin ənənələrinin, ölkənin elm-təhsil, ictimai həyatında, milli düşüncənin formalaşmasında rolunun təbliği baxımından mühüm önəm daşıdığını bildirib. O qeyd edib ki, bu il oktyabrın 8-də elan edilən “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinə 39 tələbə yazı təqdim edib. Müsabiqə komissiyasının qərarı ilə I yerə Tarix fakültəsinin II kurs tələbəsi Zivərxanım Məmmədova, II yerə Filologiya fakültəsinin I kurs tələbəsi Xədicə İmanlı, III yerə Coğrafiya fakültəsinin II kurs tələbəsi Varis Əhmədlinin esseləri layiq görülüb. Rektor qaliblərə BDU-nun ictimai həyatında bundan sonra da aktiv iştirak etməyi tövsiyə edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Daha sonra qaliblərə diplom və mükafatlar təqdim olunub. Tələbəmiz Zivərxanımı səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik