“Konstitusiya və Suverenlik: Tarix və Hüquq” adlı tədbir keçirilmişdir.
18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin və Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” - nə həsr olunmuş “Konstitusiya və Suverenlik: Tarix və Hüquq” adlı tədbir keçirilmişdir. Əvvəlcə Dövlət himni səsləndirilib, müasir Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hüquq fakültəsinin Konstitusiya Hüququ kafedrasının müəllimi İlkanə Məmmədova və Hüquq fakültəsinin II kurs tələbəsi Vaqif Xəlil ilə birlikdə interaktiv metoddan istifadə edərək tədbir iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiya ənənələrinin müasir dövrümüzdəki rolunu, suverenlik anlayışlarını vurğulamış, beynəlxalq müstəvidə əhəmiyyətini ictimaiyyətə bir daha çatdırmışdır.
Tədbirdə Tarix fakültəsinin II kurs tələbəsi Nurgül Bağırova çıxış edərək Konstitusiyanın təkcə hüquqi deyil, həm də ideoloji və tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Sonra Tarix fakültəsinin laborantı Anar Cəfərov çıxış edərək öz fikirlərini tədbir iştirakçılarına çatdırmışdır. Daha sonra “Konstitusiya və Suverenlik” ilə bağlı videoçarx tədbir iştirakçılarına təqdim olunmuşdur. Tədbir xatirə fotoşəkilin çəkilməsi ilə sonlandırılmışdır.