“Türk dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları” jurnalının növbəti sayı nəşr edilib.
Tarix fakültəsində nəşr edilən “Türk dünyası gənc tədqiqatçılar dərnəyinin araşdırmaları” jurnalının 2025-ci il tarixli 1-ci sayı https://bdu.info.az/storage/files/63/history/TDGTDA_N1(11)%202025.pdf Türk dünyasının ilk ensiklopedik əsəri, Mahmud Kaşğarinin “Divanü Lüğat-it-türk” əsərinin 950 illik yubileyinə həsr edilib. Məlum olduğu kimi, Türk dünyasının ən qiymətli kitablarından olan “Divanü Lüğat-it-türk” UNESCO-nun 2024-2025-ci illərdə qeyd olunacaq yubileylər siyahısına daxil edilib. Jurnalda Bakı Dövlət Universiteti başda olmaqla, Azərbaycan və Türkiyənin müxtəlif universitetlərində bakalavr və magistr təhsili alan tələbələrin məqalələri yer almışdır.