SLAVYAN ÖLKƏLƏRİ TARİXİ KAFEDRASI HAQQINDA

Slavyan ölkələri tarixi kafedrası bu adı 2001-ci ildən daşısa da, kafedranın bünövrəsi 1977-ci ildə "SSRİ tarixi Oktyabra qədərki dövr"(1934) kafedrasının yaranması ilə qoyulmuşdu. Onun ilk rəhbəri tanınmış tarixçi, professor Əli Əliyev olmuşdur.

SSRİ dagılandan sonra bu kafedra 1992-ci ildən başlayaraq "Şərqi Avropa xalqları tarixi" kafedrasi adlanırdı va kafedraya rəhbərlik əməkdar müəllim, professor Tofig Vəliyevə həvalə edilmişdir. Kafedrada T. Vəliyevlə yanaşı tanınmış tarixçilər professor Oqtay Əhmədov, professor Idris Ağayev, professor Eldar İsmayilov, professor Rafayel Süleymanov va başqaları çalışmışlar və kafedranın inkişafı yolunda mühüm xidmətlər göstərmişlər.

Kafedra "Slavyan ölkələri tarixi" adını 2001-ci ildən daşıyır va kafedraya rəhbərliyi 2014-cü ilə kimi professor Tofiq Vəliyev etmişdi. 2016-cı ildən başlayaraq bu günə kimi kafedraya rəhbərlik tarix üzrə fəlsəfə doktoru, dosent Abutalıb Hümbət oğlu Cəlilov edir. Hazırda kafedra­da professor Tahir Bax­­şəliyev, professor Fazil Bəxşəliyev, dosentlər Abu­ta­lıb Cəlilov, Zo­ya Nuriyeva, Sev­da Hüseynova, Si­tarə Mus­tafayeva, baş müəl­lim­ Mə­harət Osmanlı, mü­əllimlər Aynur Məmmədova, Əsgər Zeynalabdinov və təd­ris-­köməkçi heyət üzvü çalışır.

Kafedra əməkdaşları slavyan ölkələrinin qədim, orta əsrlər, yeni və müasir tarixini tədris edir. Beləliklə, Slavyan ölkələri tarixi kafedrası respublikada bu sahə üzrə elmi və metodik mərkəzi rolunu oynayır.

Kafedrada bakalavr təhsil pilləsində 5, magistratura təhsil pilləsində isə 8 fənn tədris olunur. Kafedranın bakalavr pilləsində Slavyan ölkələri tarixi, Rusiya tarixi, Rusiyanin Qafqaz siyasəti, Rusiya-ABŞ münasibətləri tarixi, Cənub və qərb slavyanların tarixi, Dünya siyasi tarixi kimi fənnlər tədris olunur.

Kafedranın magistrantlar “Slavyan ölkələrində mərkəzləşmiş dövlətin yaranması (XIV-XVI əsrlər)”, “XVIII əsrdə Rusiyanın xarici siyasəti”, “Slavyan ölkələri II Dünya müharibəsi illərində”, “XIX-XX əsrin əvvəllərində Slavyan ölkələrində milli hərəkat, “XIX-XX əsrin əvvəllərində Slavyan ölkələrinin iqtisadi inkişafı”, “SSRİ-də totalitar sistem” mövzuları üzrə ixtisaslaşırlar.

2019-cu ildən etibarən magistratura təhsil pilləsində Ölkəşünaslıq (Polşa üzrə) və Ölkəşünaslıq (Rusiya üzrə) kimi iki yeni ixtisaslaşma əlavə edilmişdir.

Kafedranın əməkdaşları bu istiqamətlərlə yeni problemlər üzərində çalışaraq bu ölkələrin tarixinin müxtəlif aspektlərini magistrantlara tədris edirlər.

Kafedra əməkdaşlarının uğurları onlar tərəfindən yazılmış monoqrafiya, dərslik, dərs vəsaitləri, məqalələrində öz əksini tapıb.

Mərhum professor Tofiq Vəliyev dosent Aqil Şahmuradovla birlikdə "Slavyan ölkələri tarixi (XIX əsrin II yarısı - XX əsrin əvvəlləri)", mərhum professor Eldar İsmayılov "Sovet dövrü Rusiya tarixinin oçerkləri", "Azərbaycan tarixinin oçerkləri" rus dilində dərslikləri yazaraq tələbələrə bəxş etmişlər.

Son illərə kafedranın professoru Tahir Baxşəliyev "Slavyan ölkələri tarixi. 1917-2015" və “Rusiya tarixi ən qədim zamanlardan günümüzədək” adli dərslikləri çap etmişdi və dövrə aid müxtəlif elmi jurnallarda öz məqalələrini nəşr etdirmişdir. Kafedranın professoru Fazil Baxşəliyevin 2015-ci ildə "Azərbaycan sahibkar kəndi 1870-ci il kəndli islahatından sonra (1870-1917-ci illər)" adlı monoqrafiyası nəşr olunmuşdur.

Dosent Sitarə Mustafayeva 2017-ci ildə "Cənubi Qafqazda sərhədlərin və ərazilərin dəyişdirilməsi (1917-1922)" (rus dilində) adlı monoqrafiyası, 2019-cu ildə “Rusiya-ABŞ münasibətləri XVIII əsrin sonu-XXI əsrin əvvəllərində”, adlı dərsliyi nəşr olunmuşdur.

Kafedra əməkdaşları müxtəlif istiqamətli tədris proqramları hazırlayıblar. 2023-cü ildə Abutalıb Cəlilov, Sevda Hüseynova, Əsgər Zeynalabdinov tərəfindən yazılmış “Cənub və qərb slavyanların tarixi (qədim dövrdən XVIII əsrin sonunadək)” adlı dərslik işıq üzü gördü.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət