Qafqaz xalqları tarixi kafedrası 2011-ci ilin dekabr ayında yaradılmışdır. Hal-hazırda kafedrada 6 əməkdaş (2 professor, 2 dosent, 2 tarix üzrə fəlsəfə doktoru professor-müəllim heyəti) fəaliyyət göstərir. Kafedra müdiri, tarix emləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovadır.
Kafedrada aşağıdakı elmi istiqamətlər üzrə tədqiqat işi aparılır:
- Cənubi Qafqaz dövlətçilik sistemində Azərbaycan modeli: Heydər Əliyevdən İlham Əliyevə
- Cənubi Qafqaz və yeni geosiyasi reallıqlar
- Cənubi Qafqaz beynəlxalq münasibətlər sistemində.
- Türkiyə Respublikasinin Cənubi Qafqaz siyasəti
- Qərbi Azərbaycan: tarixi reallıqlar və Qafqaz.
- Qafqaz erkən orta əsrlərdə
- Müasir dövrdə Qafqazda yeni geosiyasi vəziyyət
- Qafqaz respublikalarının Sovet Rusiyası tərəfindən işğalı
- Qərb dövlətlərinin müasir dövrdə Cənubi Qafqaz siyasəti
- İkinci Dünya müharibəsi illərində Qafqaz xalqlarının deportasiyası.
Qafqaz xalqları tarixi kafedrası Qafqazşünaslıq ixtisasının tədrisində və bu sahə üzrə kadrlar hazırlanmasında uzun illər zəngin təcrübə qazanmış, Qafqazşünas kadrların hazırlanması istiqamətində güclü elmi və tədris mərkəzinə çevrilmişdir. Kafedrada tarix elmləri doktoru və tarix üzrə fəlsəfə doktoru proqramları üzrə alimlik dərəcəsi almaq üçün doktorant və dissertantlar təhsil alır. Təkcə 2023-cü ildə kafedranın 2 dokrorantı uğurla müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adını almışlar. Kafedranın professor-müəllim heyəti yüksək elmi-nəzəri, praktiki biliklərə və təcrübəyə malikdir. Qafqazşünaslıq istiqaməti üzrə Azərbaycanda ilk proqram, dərs vəsaiti və dərsliklərin müəllifidirlər. Kafedranın əməkdaşları təkcə respublikamızda deyil xaricdə keçirilən nüfuzlu beynəlxalq konfranslarda iştirak etmiş, Azərbaycan elmini, təhsilini yüksək səviyyədə təmsil etmiş, yüksək indeksli elmi jurnallarda məqalələri dərc olunmuşdur. Qafqaz xalqları tarixi kafedrası nəznind “Gənc Qafqazşünaslar” tələbə elmi dərnəyi fəaliyyət göstərir.
Kafedrada tədris olunan fənlər üzrə 6 dərslik, 3 dərs vəsaiti, 15 tədris proqramı vardır.
- И.М.Гусейнова. История народов Кавказа. Баку, 2006. 604c. Ali məktəblər üçün dərslik.
- Hüseynova İradə. Heydər Əliyev və Qafqazda sülh Ali məktəblər üçün dərslik. Bakı, Çaşoğlu, 2008, 672 səh.
- И.М.Гусейнова Историческая энциклопедия Кавказа. Баку, 2010. 950 c.
- И.М.Гусейнова История народов Кавказа. Баку, 2018. 1248 c.
- Hüseynova İ. İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri. Bakı, “Füyuzat”, 2021, 224 s.
- Huseynova İrada. Haydar Aliyev and peace process in the Caucasus. Baku, “Fuyuzat”, 2023, 528 p;
- Əliyev Q.Ə. Qafqaz tarixi (ən qədim çağlardan XVIII əsrin sonunadək). I hissə. Ali məktəblər üçün dərslik. Bakı, Elm, 2009, 448 səh.
- Qurbanov R.O. Qafqaz tarixi(Ən qədim zamanlardan XXI əsrədək), Bakı, Zərdabi LTD nəşriyyatı, 2008, 584 s.
- Гусейнова А.Г. «Распад СССР и образование суверенных государств на Кавказе». Magistr hazırlığı üçün dərs vəsaiti. Баку, 2019. 304 səh.
Proqramlar:
- Гусейнова Ирада. История Народов Кавказа. Програма курса для подготовки бакалавров. Баку: 2014. 168 с.
- İradə Hüseynova. Qafqaz xalqları tarixi. Bakalavr hazırlığı üçün tədris proqramı. Bakı, 2014 156 s.
- Гусейнова Ирада. Введение в кавказоведение. Программа для подготовки бакалавров. Баку, 2014. 32с.
- İ.M.Hüseynova. S.H.Qələndərli, Qafqaz ölkələrinin siyasi sistemi. Bakalavr hazırlığı üçün proqram. Bakı, 2016. 30 səh
- Гусейнова Ирада. Политическая система Кавказа. Программа для подготовки бакалавров. Баку, 2015. 34 с.
- Qafqaz xalqlarının mədəniyyəti və incəsənəti. Bakı, 2018
- İ.M.Hüseynova. N.H.Qələndərli. Qafqaz ölkələrinin xarici siyasəti. Bakalavrların hazırlanması üçün proqram. Bakı, 2016, 28 səh.
- Гусейнова И.М Каландарли Н.Г. Внешняя политика государств Кавказа. Программа для подготовки бакалавров. Баку, 2016. 32 с.
- Qafqazda etnik konfliktlər. Bakalavrlar üçün proqram. Bakı, 2018
- Этнические конфликты на кавказе. Программа для подготовки бакалавров. Bakı, 2018
Magistratura
- Hüseynova İradə. Heydər Əliyev və Qafqazda sülh prosesi. Magistr hazırlığı üçün proqram. Bakı, “Təhsil”, 2003, 112 səh.
- Hüseynova İradə. Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyəti Qafqaz xalqları tarixi kontekstində. Magistr hazırlığı üçün proqram. Bakı, 2019
- Гусейнова Айнур. Распад СССР и образование суверенных государств. Программа для подготовки магистров. Баку: 2016
- Актуальные проблемы истории Кавказа. Программа для подготовки магистров. Bakı, 2018
- Qafqaz xalqları tarixinin aktual problemləri. Magistr hazırlığı üçün proqram. Bakı, 2018
Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynova elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) Beynəlxalq “Sokrat” mükafatı laureatı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikasının və müxtəlif ölkələrin orden və medalları ilə təltif olunmuşdur - “Elm və sülh səfiri” beynəlxalq tituluna layiq görülmüşdür və “Avropa Xidmət Ordeni” ilə təltif edilmişdir. Avropa Komissiyası TEMPUS Fərdi Səfərlər Qrantının qalibi olmuş və TEMPUS Proqram çərçivəsində elm, təhsil problemləri ilə bağlı İsveçdə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış etmişdir. 300–dən çox elmi əsərin, o cümlədən elmi monoqrafiyaların, dərsliklərin, tədris vəsaitləri və proqramlarının müəllifidir.
15 noyabr 2016-cı ildə “Qafqaz xalqları tarixi” kafedrası “Qafqaz tarixinin aktual problemləri” mövzusunda görkəmli alimlərin iştirakı ilə elmi seminar keçirmişdir. 2018-ci ildə professor İradə Hüseynovanın ən qədim zamanlarda müasir dövrə qədər “Qafqaz xalqlarının tarixi” adlı (1248 səhifə, 78 çap vərəqi həcmində) fundamental dərsliyi işıq üzü görmüşdür və AMEA-nın illik hesabatına ən mühüm elmi nəticə kimi daxil edilmidir. 2018-ci ildə t.e.d., professor İradə Hüseynovanın “The revolution of 1917 and the public-political, economic situation in Azerbaijan” adlı məqaləsi yüksər impact-factor “The Amerikan Historical Review Oxford University Press” (Thomson Reuters. SNIP: 2.049, Impact factor: 1.145.5-Yr impact factor: 2.075) jurnalında çap edilmişdir. Professor İradə Hüseynovanın monoqrafiyaları, o cümlədən yazdığı “Qafqazın tarixi ensiklopediyası” dünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərilmiş, ABŞ, Rusiya, Yaponiya, Tayvan, Kanada, Misir, Avropa ölkələrindən kitablarını yenidən əldə etmək üçün sifarişlər, təkliflər gəlmişdir. Onun monoqrafiyaları və dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrin–Almaniya, İngiltərə Rusiya, Gürcüstanın ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas olmuşdur.
26 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2019-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən Azərbaycan Respublikası “Yubiley Medalı” ilə təltif edilmişdir. 26 oktyabr 2023-cü ildə elm və təhsil nazirinin əmri ilə yüksəkixtisaslı kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.2023-cü ildə Ümummilli lider Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Qafqazda sülh prosesi” ali məktəblər üçün ingilis dilində 528 səhifə həcmində dərslik çapdan çıxmışdır.
Kafedranın əsas elmi-tədqiqat və tədris istiqamətləri qədim dövrlərdən müasir dövrədək Qafqaz xalqlarının tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, siyasi durumu, ənənələri, dilləri, beynəlxalq əlaqələri, xarici siyasəti və s. elmi cəhətdən öyrənmək və tədris prosesində tətbiq etməkdir. Qafqaz xalqlarının fənnindən ümumi kurs proqramları, dərs vəsaitləri isə respublikanın bir çox universitetlərində, həmçinin xarıcı ölkələrdə – Almaniya, İngiltərə, Rusiya, Gürcüstanın ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas olmuşdur. Hazırda kafedrada professorlar İradə Hüseynova, Qabil Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova, tarix üzrə fəlsəfə doktoru Leyla Vaqif qızı, tarix üzrə fəlsəfə doktoru, dosent Samir Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru Ülkər Məmmədzadə çalışır. Kafedranın əməkdaşları tərəfindən ayrı-ayrı elmi istiqamətləri üzrə bugün də geniş tədqiqat işləri aparılır.