Elmi prioritet istiqamətlər:
- Müasir dövrdə Qafqazda yeni geosiyasi vəziyyət
- Qafqaz respublikalarının Sovet Rusiyası tərəfindən işğalı
- Qərb dövlətlərinin müasir dövrdə Cənubi Qafqaz siyasəti
- İkinci Dünya müharibəsi illərində Qafqaz xalqlarının deportasiyası.
Mövzunun rəhbəri: Tarix elmləri doktoru, professor İradə Mehtiqulu qızı Hüseynova
Müasir dövrdə Qafqazda yeni geosiyasi vəziyyət. İkinci Qarabağ müharibəsi və Azərbaycanın Qafqazda regional lider dövlətə çevrilməsi.
İcraçı: Tarix elmləri doktoru, professor İradə Hüseynova
Məqsəd: 44 gün davam edən və Azərbaycanın şanlı qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi zamanı dövlət başçısı cənab İlham Əliyevin hərbi döyüşlər zamanı yürütdüyü düşünülmüş strategiya və taktika, hərbi aperasiyalara, rəşadətli ordumuza mükəmməl, yüksək peşəkarlıqla rəhbərliyi, beynəlxalq aləmdə Azərbaycanın haqq səsini hər zaman ucaldan, mənafeyini bütün varlığı ilə qoruyan rəhbər kimi tariximizin əbədiyyətə tuşlanan şanlı səhifəsinin kompleks və sistemli şəkildə araşdırılması.
Nəticə: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdə qalsa da, bu gün Qafqaz regionunda bir çox ərazi münaqişələri mövcuddur. Bütün bunlar bölgənin qeyri-sabit məkana və regional silahlı münaqişələr və lokal müharibələr meydanına çevrilməsinə səbəb olmuş, böyük qurbanlar və maddi itkilərlə nəticələnmişdir. Sosial-iqtisadi və siyasi baxımdan intensiv inkişaf edən Qafqaza sülh lazımdır. Qаfqаzdа əvvəl-ахır rеgiоnаl və еtnik münаqişələrə də sоn qоyulаcаq, Qаfqаz dünyаnın inkişаf еtmiş, iqtisаdi cəhətdən dünyа ilə intеqrаsiyа оlunmuş sаbit bölgəsinə çеvriləcəkdir.
Təcrübi əhəmiyyəti: Azərbaycan Respublikası geosiyasi və geostrateji əhəmiyyətinə görə dünyanın ən əlverişli bölgələrindən birində yerləşir. Avropa ilə Asiyanın qovşağında, Şərq-Qərb sivilizasiyalarının, Şimalla Cənubun kəsişməsində, yerləşən Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda qanlı-qadalı mübarizələr aparmalı olmuşdur. Bu mübarizələrdən sonuncusu – 44 günlük Vətən müharibəsi oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər olan 44 günlük müharibə nəticəsində Cənubi Qafqazda status-kvo kökündən dəyişildi. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətimiz, xalqımız həm hərbi, həm də diplomatik sahədə mühüm əhəmiyyət kəsb edən qələbə qazanmışdır. Belə ki, noyabrın 10-da Ermənistanın hərbi-siyasi rəhbərliyi onlar üçün təslimçilik anlamı verən üçtərəfli bəyanatı imzalamalı oldu
Qafqaz Respublikalarının Sovet Rusiyası tərəfindən işğalı
İcraçı: Tarix elmləri doktoru, professor Qabil Əli oğlu Əliyev
Məqsəd: Tədqiqat nəticəsində əldə olunmuş materiallardan tədris prosessində istifadə etmək. Qafqaz Respublikalarının Versal sülh konfrarnsına göndərdikləri nümayəndə heyətlərinin fəaliyyəti: Rusiya təcavüzünə qarşı birgə mübarizə məsələləri və bu sahədə Antanta dövlətlərindən dəstək almaq, dövlət müstəqilliyini möhkəmləndirmək, Qafqaz Respublikaları ilə Qərbi Avropa ölkələri arasında iqtisadi, mədəni, diplomatik əməkdaşlığı inkişaf etdirmək sahəsində addımları və s. məsələlərin tədqiq edilməsi.
Nəticə: Tədqiqat prosesində 1917-ci ilin sonu-1918-ci ilin əvvəllində Cənubi Qafqazda yeni yaranmış Komissarlığın və Seymin fəaliyyəti, Qafqaz cəbhəsində hərbi əməliyyatların dayandırılması, Ərzincan barışığı, milli hərbi korpusların yaradılması, erməni hərbi birliklərinin Cənub-qərbi Qafqazda, İrəvan quberniyasında türk müsəlman əhaliyə qarşı kütləvi qətl və qarətləri, Antanta dövlətlərinin erməni və gürcü hərbi birliklərinə maliyyə yardımı, Şimali Qafqazda yerli dağlı əhali ilə Terek kazakları arasında münasibətlər, bolşeviklərin təxribatçılıq fəaliyyəti araşdırılmışdır.
Təcrübi əhəmiyyəti: Qafqazda azadlıq əldə etmiş gənc müstəqil dövlətlərin işğalçılara qarşı hərbi əməliyyatlarda iştirakı. Qafqazda müstəqil respublikaların yaranması. Sovet Rusiyasının Qafqazı işğal etməsinin araşdırılması.
Avropa, Rusiya, ABŞ və Cənubi Qafqaz ölkələri arasındakı münasibətlərin siyasi aspektləri.
İcraçı: Tarix elmləri namizədi, dosent əvəzi Hüseynova Aynur Qardaş qızı
Məqsəd: Tədqiqat mövzusunda material toplamaq və araşdırmalar aparmaq. Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə mədəni əlaqələri. Tədqiqat mövzusunda material toplamaq və araşdırmalar aparmaq.
Nəticə: Rusiya təcavüzünə qarşı birgə mübarizə məsələləri və bu sahədə Antanta dövlətlərindən dəstək almaq, dövlət müstəqilliyini möhkəmləndirmək, Qafqaz Respublikaları ilə Qərbi Avropa ölkələri arasında iqtisadi, mədəni, diplomatik əməkdaşlığı inkişaf etdirmək sahəsində addımları və s. məsələlər tədqiq edilmişdir.
Təcrübi əhəmiyyəti: Cari ildə qarşıda duran məsələ, dünya dövlətlərinin Ermənistan-Azərbaycan münaqişəsinə Abxaziyada, cənubi Osetiyada, Acariyada və Cavaxetiyada baş verən konfliktlərə, Rusiyanın Gürcüstanın daxili qurumlarına təsiri, Rusiyanın Gürcüstandakı münaqişələrin qızışdırılmasında rolunu, ABŞ və Qərb ölkələrinin Gürcüstan-Rusiya əlaqələrinə təsirini, Cənubi Qafqaz respublikalarının beynəlxalq təşkilatlarda iştirakını, qonşu dövlətlərlə münasibətlərini, regionda həyata keçirilən beynəlxalq iqtisadi layihələrdə iştirakını, qeyri-dövlət təşkilatlarının Cənubi Qafqazda fəaliyyətini, ABŞ və Qərbi Avropanın regiondakı strateji maraqları və regiondakı bütün konfliktlərin həll olunmasında rolunu, Qərbi Avropanın, Rusiyanın, ABŞ-ın Cənubi Qafqaz respublikaları ilə münasibətlərini, Avropa, Rusiya, ABŞ və Cənubi Qafqaz respublikaları ilə münasibətlərində iqtisadi amil, Cənubi Qafqazda etnik münaqişələrin həllində beynəlxalq təşkilatların rolu, Cənubi Qafqazda beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti elmi müstəvidə araşdırılması olmuşdur.
İkinci Dünya müharibəsi illərində Qafqaz xalqlarının deportasiyası
İcraçı: Tarix üzrə fəlsəfə doktoru Leyla Vaqifqızı
Məqsəd: “İkinci Dünya müharibəsi illərində Qafqaz xalqlarının deportasiyası” mövzusu ilə bağlı materialları və arxiv sənədləri toplamaq və müvafiq mövzuda ədəbiyyatları təhlil etmək. Bununla yanaşı tarixşünaslıqda da bu problemlə bağlı əks olunmuş məsələləri öyrənmək.
Nəticə: Deportasiya 1930–1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə qarşı siyasəti idi. SSRİ-də türk, müsəlman xalqlarına qarşı etnik təmizləmə siyasəti. İkinci Dünya müharibəsi illərində türk xalqlarının Şimali Qafqazdan köçürülməsi və Çeçen və İnquşların sürgünü. Məshəti türklərinin köçürülməsi və azərbaycan türklərinin Ermənistan SSR-dən deportasiyası. 14 noyabr 1989-cu ildə Sovet İttifaqı Ali Soveti Stalinin bütün deportasiyalarını "qeyri-qanuni adlandırdı.
Təcrübi əhəmiyyəti: 1930-1950-ci illərdə deportasiya edilənlərin ümumi sayı 6 milyondan çox idi. Stalinin ölümündən sonra hakimiyyətə gələn Nikita Xruşşov "təmizləmə" siyasətini tamamilə dayandırdı.
14 noyabr 1989-cu ildə Sovet İttifaqı Ali Soveti Stalinin bütün deportasiyalarını "qeyri-qanuni və cinayət" adlandırdı. 26 aprel 1991-ci ildə Rusiya Sovet Federativ Respublikasının Ali Soveti Boris Yeltsinin baş katibliyi altında Stalinin "şər və soyqırım siyasətindən", kütləvi deportasiyalarından ziyan görmüş bütün xalqlara bəraət verilməsi haqda qanun qəbul edildi.
Əldə olunan nəticələr aktual məsələlərə həsr edilmiş mühazirə və məşğələlərin keçirilməsində, dərs vəsaitlərinin yazılmasında, bakalavr və magistratura kursu proqramlarının hazırlanmasında tətbiq oluna bilər.