Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş ““Heydər Əliyev - Azərbaycanı tənəzzüldən tərəqiyyə aparan dahi şəxsiyyət” mövzusunda respublika elmi konfransı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunmuş
“Heydər Əliyev - Azərbaycanı tənəzzüldən tərəqiyyə aparan dahi şəxsiyyət” mövzusunda respublika elmi konfransı
10-11 may 2022-ci il, BDU
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr edilmiş 2022-ci il mayın 10 və 11-də ““Heydər Əliyev - Azərbaycanı tənəzzüldən tərəqiyyə aparan dahi şəxsiyyət” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Konfransın onlayn formatda Micrasoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.
Mühüm tarixlər:
Konfransın elanı – 1 aprel 2022
Tezislərin göndərilməsi üçün son tarix – 25 aprel 2022
Konfransın keçirilmə tarixi – 10-11 may 2022
Mövzular:
- Ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi siyasi portreti
- Heydər Əliyevin dövlət strategiyası: daxili və xarici siyasət
- Heydər Əliyevin dövlət quruculuğu siyasəti tarixi aspektdə
- Heydər Əliyevin ordu quruculuğu strategiyasının Vətən müharibəsində qazanılan qələbədə rolu
- Heydər Əliyev və Azərbaycanın dövlətçilik tarixi
- Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusudur
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev kursunun layiqli davamçısıdır
- 44 günlük Vətən müharibəsi və onun Azərbaycan tarixində yeri və rolu
- Tarix elminin aktual problemləri
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Tezsilər aprel ayının 25-dək [email protected] e-mail ünvanına göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi