Bakı Dövlət Universiteti Tarix fakültəsində “Ümummilli Lider Heydər Əliyev: Dahi şəxsiyyət və müdrik lider” mövzusunda II Respublika elmi konfransı keçiriləcək
-lg.jpg)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə bu sahədə son elmi tədqiqatları və əldə olunmuş mühüm elmi nəticələri müzakirə etmək məqsədi ilə 2026-cı il mayın 7-də “Ümummilli Lider Heydər Əliyev: Dahi şəxsiyyət və müdrik lider” mövzusunda II Respublika elmi konfransı keçiriləcək. Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrində çalışan elmi işçilər, professor-müəllim heyəti, araşdırmaçılar, həmçinin doktorant, dissertant və magistrantlar konfransda iştiraka dəvətlidirlər. Professor-müəllim heyəti, elmi işçilər, doktorant, dissertant, magistrant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Mühüm tarixlər:
Konfransın elanı – 27 fevral 2026-cı il
Tezislərin göndərilməsi üçün son tarix – 03 aprel 2026-cı il
Qəbul olunmuş tezislərin elan olunması – 10 aprel 2026-cı il
Konfransın keçirilmə tarixi – 07 may 2026-cı il
Mövzular:
- Heydər Əliyev və Azərbaycanda milli, demokratik və hüquqi dövlət quruculuğu
- Heydər Əliyev: Azərbaycanda milli ordu quruculuğu
- Heydər Əliyev irsində ermənilərin Azərbaycana köçürülməsi, azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası və soyqırımı tarixi
- Müasir Azərbaycan dövlətçiliyinin intibah dövrü (XX əsrin 70-80-ci illərin əvvəlləri)
- Heydər Əliyev: Türk dövlətlərinin birliyi məsələsi
- Heydər Əliyevin neft strategiyası və onun davamlı inkişafı
- Heydər Əliyev irsində milli – mənəvi dəyərlər və vətənpərvərlik
- Heydər Əliyevin gənclər siyasəti
- Heydər Əliyev kursunun uğurlu davamı
- Zəfər yolunun diplomatiya zirvəsi
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sülh doktrinasında dünyada sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi prioritet istiqamət kimi
- Heydər Əliyev irsində tarix elminin aktual məsələləri (magistrant və doktorantların dissertasiya mövzuları üzrə)
- Heydər Əliyev irsində mədəni irsin aktual məsələləri (magistrant və doktorantların dissertasiya mövzuları üzrə)
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Doktorant, dissertant, magistrant və tələbələr tezisi imzalı elmi rəhbər rəyi ilə birlikdə təqdim etməlidirlər.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 2000, ən çox 3000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən) Tezisdə cədvəl və sitatlar ümumi həcmin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin, ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
- Tezislər antiplagiat arayışla birlikdə təqdim olunmalıdır.
- Konfransın adı və panel mövzuları ilə eyni adda təqdim olunan tezislər qəbul edilməyəcək
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Tezsilər aprel ayının 3-dək [email protected] e-mail ünvanına göndərilməlidir.
Əlaqə: 012-538-22-93