“Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcəkdir.
2025-cü il dekabrın 17-18-də Bakı Dövlət Universitetində “Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant və dissertantlar dəvət edilir. Konfransda dəyərli tədqiqatçıların yeni və maraqlı araşdırmalarını gözləyirik.
Mühüm tarixlər:
Konfransın elanı – 10 oktyabr 2025
Tezislərin göndərilməsi üçün son tarix – 25 noyabr 2025
Qəbul olunan tezislərin elanı – 1 dekabr 2025
Konfransın keçirilmə tarixi - 17-18 dekabr 2025
Konfransın mövzuları:
- Türk xalqlarının dövlətçilik tarixi ümumtürk tarixi kontekstində
- Türk dünyası tarixində Azərbaycanın yeri
- Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər
- Türk dünyası XXI əsrdə: müasir reallıqlar və gələcəyə baxış
- Türk xalqlarının ortaq tarixi - mədəni dəyərləri elmi əsərlərdə və bədii ədəbiyyat nümunələrində
- Ermənistanın Azərbaycana ərazi iddiaları: ərazi münaqişələri, tarixi saxtalaşdırmalar, informasiya mübarizəsi
- Vətən müharibəsində qazanılan qələbənin ümumtürk tarixi üçün əhəmiyyəti və nəticələri
- İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura qayıdış və bərpa – quruculuq işləri
- Müasir dövrdə türk dövlətləri arasında inteqrasiya prosesləri (ikitərəfli və çoxtərəfli əlaqələr, Türk Dövlətləri Birliyi, Türksoy, TürkPA v.d.)
- Keçmişdən gələcəyə Kipr türk xalqının varolma mübarizəsi
- Türk dünyasında miqrasiya prosesi və diaspora quruculuğu
- Türk dünyasında tarixən baş vermiş etnik dəyişikliklər və mədəni proseslər
Konfransda iştirak şərtləri və qaydalar:
- Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
- Konfransın əsas işçi dili Azərbaycan dilidir, lakin məruzələr digər türk ləhcələri, ingilis və rus dillərində də dinləniləcəkdir.
- Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.
- Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
- Alimlik dərəcəsi və elmi adı olmayan gənc müəlliflərin adının yanında elmi rəhbərin adı, elmi adı, alimlik dərəcəsi və elektron poçtu göstərilməlidir. Elmi rəhbərlərin rəyi skan edilib məktuba əlavə edilməlidir. Məlumatların səhihliyinə və araşdırmanın orginallığına görə elmi rəhbər və müəllif məsuliyyət daşıyır.
- Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
- Konfransda məruzə etməyənlərin tezisləri dərc edilməyəcəkdir.
- Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Vörd faylında, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 1000, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər ardıcıllıqla sıralanmalı və ad verilməlidir.
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Tezsilər [email protected] e-mail ünvanına göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi