BDU -nun Tarix fakültəsi “Azərbaycan Respublikası: Müstəqilliyin bərpasından Suverenliyin tam təmin olunmasına gedən tarixi yol” mövzusunda II Respublika elmi konfransı
-lg.jpg)
Azərbaycanda müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanın milli dövlətçilik tarixinin müxtəlif mərhələləri, müstəqilliyin bərpası, möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenliyin tam təmin edilməsi ilə bağlı son elmi tədqiqatları və əldə olunmuş mühüm elmi nəticələri müzakirə etmək məqsədi ilə 2026-cı il dekabrın 15-də “Azərbaycan Respublikası: Müstəqilliyin bərpasından Suverenliyin tam təmin olunmasına gedən tarixi yol” mövzusunda Respublika elmi konfransı keçiriləcək. Azərbaycan Respublikasıın elmi və ali təhsil müəssisələrində çalışan elmi işçilər, professor-müəllim heyəti, araşdırmaçılar, həmçinin doktorant, dissertant və magistrantlar konfransda iştiraka dəvətlidirlər.
Professor-müəllim heyəti, elmi işçilər, doktorant, dissertant, magistrant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Mühüm tarixlər:
Konfransın elanı – 15 oktyabr 2026-cı il
Tezislərin göndərilməsi üçün son tarix – 22 noyabr 2026-cı il
Qəbul olunmuş tezislərin elan olunması – 30 noyabr 2026-cı il
Konfransın keçirilmə tarixi – 15 dekabr 2026-cı il
Mövzular:
- Azərbaycanın dövlətçiliyi tarixi ümumtürk tarixi kontekstində
- Azərbaycan Xalq Cümhuriyyəti: Milli dövlət quruculuğu tədbirləri
- Azərbaycanda sovet işğal rejiminə qarşı müqavimət hərəkatı
- Faşizm üzərində qələbədə Bakı nefti amili
- Heydər Əliyev və Azərbaycan dövlətçilik tarixinin intibah dövrü (1969-1982)
- Ermənistanın Azərbaycana ərazi iddiaları. Azərbaycanın dövlət müstəqilliyinin bərpası. I Qarabağ müharibəsi
- Heydər Əliyev: Müstəqil Azərbaycan Respublikasının xilaskarı
- Heydər Əliyevin dövlət strategiyası: daxili və xarici siyasət
- İlham Əliyev: İqtisadi tərəqqidən hərbi qələbəyə aparan yol
- Vətən müharibəsində qazanılan Şanlı Zəfər və suverenliyin tam təmin olunmasının milli dövlətçilik tariximizdə yeri və rolu
- İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura qayıdış və bərpa – quruculuq işləri
- Müstəqillik illərində Azərbaycan Respublikasının siyasi, iqtisadi və mədəni əlaqələri
- Tarix elminin, arxeologiyanın və mədəni irsin aktual məsələləri (magistrant və doktorantların dissertasiya mövzuları üzrə)
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Doktorant, dissertant, magistrant və tələbələr tezisi imzalı elmi rəhbər rəyi ilə birlikdə təqdim etməlidirlər.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 2000, ən çox 3000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcmin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin, ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
- Tezislər antiplagiat arayışla birlikdə təqdim olunmalıdır.
- Konfransın adı və panel mövzuları ilə eyni adda təqdim olunan tezislər qəbul edilməyəcək
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Tezsilər [email protected] e-mail ünvanına göndərilməlidir. Magisrt və doktorantlar tezisə imzalı elmi rəhbər rəyini əlavə etməlidirlər. Bütün tezislər üçün antiplagiat arayışı (StrikePlagiarism) tələb olunur.
Əlaqə: 012-538-22-93