“Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
2025-ci il - Azərbaycan Respublikasında “Konstitusiya və suverenlik ili” çərçivəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin professoru, Azərbaycan tarixinin tədqiqinə töhfələri olan görkəmli alim və ictimai-siyasi xadim Səfyar Musayevin anadan olmasının 90-cı ildönümü münasibətilə 2025-ci il oktyabrın 24-də “Səfyar Musayevin ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçiriləcək. Elmi konfransda Azərbaycanda milli dövlət quruculuğu tarixinin tədqiqi ilə bağlı aktual məsələlərin müzakirəsi nəzərdə tutulub. Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin doktorant və dissertantlar konfransda iştiraka dəvətlidirlər.
Hörmətlə, Təşkilat Komitəsi