Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda respublika elmi konfransı
18 Mart 2021 12:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş
“Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda respublika elmi konfransı
10-11 may 2021-ci il, BDU
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş 2021-ci il mayın 10 və 11-də “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Konfransın onlayn formatda Micrasoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 30 aprel 2021
Konfransın keçirilmə tarixi – 10-11 may 2021
Mövzular:
- Ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi siyasi portreti
- Heydər Əliyevin dövlət strategiyası: daxili və xarici siyasət
- Heydər Əliyevin dövlət quruculuğu siyasəti: tarixi aspektdə
- Heydər Əliyevin ordu quruculuğu strategiyasının Vətən müharibəsində qazanılan qələbədə rolu
- Heydər Əliyev: Azərbaycan tarixininin aktual problemləri
- Heydər Əliyev: Azərbaycanın dövlətçilik tarixi
- Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusudur
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev kursunun layiqli davamçısıdır
Tezisin tərtibi qaydaları:
Tezislər Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
Mətn ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
İstifadə edilən ədəbiyyat və internet resursları əlifba sırası ilə düzülməlidir,
Ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir. İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası: III korpus, 804-cü otaq
Tezsilər aprel ayının 30-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın e-mail ünvanına /[email protected]/ və [email protected] (mütləq hər iki ünvana) göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi