Tarix fakültəsində “XIX-XX əsrin əvvəllərində Qarabağda toxuculuq sənətinin inkişafı” mövzusunda elmi seminar keçiriləcəkdir.
2025-ci ilin martın 14-də saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən ED 2.20 Dissertasiya şurası yanında Elmi Seminarın növbəti iclası keçriləcək. Müzakirəyə iddiaçı Azərbaycan Universitetinin “İctimai elmlər” kafedrasının qiyabi doktorantı Telman Fərman oğlu Musayevin “XIX-XX əsrin əvvəllərində Qarabağda toxuculuq sənətinin inkişafı” mövzusunda 5503.02 – “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktorluğu dissertasiya işi təqdim edilir. Rəyçilər: 1. Rzayev Azad Əhmədağa oğlu. Bakı Dövlət Universiteti “Azərbaycan tarixi (humanitar fakültələr üzrə)” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. 2. Abdullayev Mehman Qəhrəman oğlu. Bakı Dövlət Universiteti “Azərbaycan tarixi (təbiət fakültələr üzrə)” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. 3. Əmirbəyova Nərminə Şövkət qızı. AMEA Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibələri və böyük qayıdış” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent.