Tarix fakültəsində fəaliyyət göstərən "Türk dünyası Gənc tədqiqatçılar Dərnəyinin Araşdırmaları" jurnalının 2021-ci il tarixli 5-ci sayına məqalə qəbulu elan edilir.
Jurnalın 5-ci sayı Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30 illik yubileyinə həsr ediləcək. Lakin buna baxmayaraq, məqalələr üçün mövzu seçimi tamamilə sərbəstdir. Tarixin bütün dövrləri və problemləri üzrə mövzu seçmək mümkündür.
- Məqalələr 2021-ci il 30 aprelə (daxil olmaqla) qədər [email protected] elekrton ünvanına göndərilə bilər. Gec göndərilən məqalələr qəbul edilməyəcəklər.
- Jurnala yalnız bakalavr və magistratura təhsil pillələrində təhsil alan tələbələr məqalə verə bilərlər. Doktorant və dissertantlar müraciət edə bilməzlər.
Tələblər:
- Əvvəlki illərdə olduğu kimi, yenə də ilk növbədə, elmi rəhbər seçilməli və mövzu müəyyənləşdirilməlidir. Məqalə çap olunarsa, jurnalda elmi rəhbərin də adı qeyd olunacaq.
- Məqalənin həcmi - 8-12 səhifə (A4 format).
Səhifənin kənarlarında ölçülər: sağ - 3 sm, sol - 1,5 sm, yuxarı - 2 sm, aşağı - 2,5 sm
- Şrift - TimesNewRoman, ölçü - 14, sətirlərarası məsafə - 1,5 interval
- Məqalələr Azərbaycan, türk, rus, ingilis dillərində təqdim edilə bilər
- Azərbaycan, türk və rus dilində yazılacaq məqalələrdə məqalənin yazıldığı dildə və ingilis dilində, ingilis dilində yazılacaq məqalələrdə isə ingilis və Azərbaycan dillərində açar sözlər (4-5 söz) və xülasə (10-15 cümlə) verilməlidir. Hər 2 dildə yazılacaq xülasələrin üstündə mütləq məqalənin mövzusu da yazılmalıdır.
- Məqalədə mütləq istinadlar verilməlidir (kodlaşma).
- Sonda “İstifadə olunmuş ədəbiyyat siyahısı” əlifba sırası ilə qeyd edilməlidir. Mənbələrin biblioqrafik təsviri tam verilməlidir (nəşr yeri, nəşriyyatın adı, nəşr ili, ümumi həcm / məqalələrdə: məqalənin başlanğıc və son səhifələri). İnternet resurlarına müraciət edilərsə, mütləq istinaq edilən materialın adı (varsa, həmçinin müəllif və s. məlumatlar) da göstərilməlidir.
XÜSUSİ OLARAQ nəzərə alınmalı məsələlər:
1. Texniki baxımdan düzgün tərtib edilməyən məqalələrə baxılmayacaq.
2. Jurnal, hər dəfə olduğu kimi, yenə də öz hesabımıza nəşr etdiriləcək. Məqalə təqdim edilərkən ödəniş tələb olunmayacaq. Lakin jurnalın çap formasını əldə etmək üçün ödəniş etmək lazım gələcək. Qiymət mətbəəyə ödəniləcək məbləğ və jurnalın tirajına əsasən müəyyənləşdiriləcək. Çap versiyasından əlavə, jurnalın elektron versiyası da hər il olduğu kimi, fakültənin internet səhifəsində yerləşdiriləcək.
Məqalələrin tərtibi ilə bağlı nümunə olaraq aşağıdakı linkə baxmaq olar:
http://static.bsu.az/.../TDCTD_Ara%C5%9Fd%C4%B1rmalar%C4...
Məqalə vermək istəyən hər kəsə uğurlar!