Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illik yubileyinə həsr edilmiş respublika elmi konfransı 23 sentyabr 2022-ci il, Bakı Dövlət Universiteti
Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illik yubileyinə həsr edilmiş respublika elmi konfransı
23 sentyabr 2022-ci il, Bakı Dövlət Universiteti
Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illik yubileyi münasibətilə respublika elmi konfransı keçiriləcəkdir.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 15 sentyabr 2022
Konfransın keçirilmə tarixi – 23 sentyabr 2022
Mövzular:
- Azərbaycanda maarifçilik hərəkatı
- Azərbaycanda ali təhsilin tarixi
- Müasir təhsil çağırışları
- Təhsilin idarə olunması, monitorinqi, beynəlxalq modelləri
- Tədrisin təşkili və müasir texnologiyalar
- Müasir universitet elm və təhsilin vəhdəti kimi
- Təhsilin fəlsəfəsi
- Tarix elminin aktual problemləri
Tezisin tərtibi qaydaları:
Tezislər Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
Başlığın hamısı böyük hərflərlə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır;
Başlığının altında mərkəzdə müəllifin və rəyçinin adı, soyadı tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir;
Ədəbiyyat və internet resursları məqalənin sonunda verilir. Mətndə istinadlar məzmundan asılı olaraq kodlaşma sistemi ilə verilə bilər. Məsələn, [1, səh. 8].
Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1;
Həcm: 1-2 səhifə (500 söz);
Açar sözlər: Azərbaycan, rus və ingilis dillərində
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi