“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda IV Beynəlxalq elmi konfrans 21-22 dekabr 2021, BDU
“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda IV Beynəlxalq elmi konfrans
21-22 dekabr 2021, Bakı Dövlət Universiteti
2021-ci il dekabrın 21-22-də Bakı Dövlət Universitetidə “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Ənənəvi keçirilən elmi konfrans bu dəfə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının və Dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsinin 30 illik yubileylərinə həsr edilmişdir. Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant və dissertantlar dəvət edilir.
Konfransda dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 1 iyul 2021
Konfransın keçirilmə tarixi - 21-22 dekabr 2021
Konfransın mövzuları:
- XIX-XXI əsrlərdə Azərbaycanın ərazi və əhali məsələləri
- Tarixi Azərbaycan torpaqları: etno-siyasi, demoqrafik proseslər
- Müharibələrin demoqrafik proseslərə təsiri
- Dünya azərbaycanlılarının həmrəyliyi, diaspora fəaliyyəti, problemləri və gələcək perspektivlər
- Azərbaycan mühacirətinin tarixindən
- Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış
- Azərbaycan dövlətləri: dövlətçilik tarixinə yeni baxışlar
- Azərbaycan XX əsrdə: müstəqilliyə gedən yol
- Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətin varisi kimi
- Azərbaycan tarixi və İstiqlal ideyalarının ədəbiyyatda tərənnümü
- Azərbaycanın milli-azadlıq mübarizəsi
- Ermənistanın Azərbaycana ərazi iddiaları: ərazi münaqişələri, tarixi falsifikasiya, informasiya mübarizəsi
- Dağlıq Qarabağ münaqişəsi tarixi retrospektivdə
- Azərbaycan Respublikası müstəqillik illərində: dövlət quruculuğunun tarixi ənənənələri beynəlxalq əməkdaşlıq istiqamətləri dövlətin iqtisadi-sosial təməlləri
- Azərbaycanın təbliği: turizm və KİV-nin rolu
- Azərbaycanın mədəni-maarif və təhsil siyasəti
- İşğaldan azad edilən ərazilərin bərpası: tarixi ənənələr, maddi-mədəniyyət abidələri v.s.
- Maddi-mədəniyyət abidələri dövlətçilik kontekstində (abidələr dövlətçilik atributu kimi, onların tədqiqi, bərpası, təbliği v.s.)
Konfransda iştirak şərtləri:
- Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
- Konfransın əsas işçi dili Azərbaycan dilidir, lakin məruzələr digər türk ləhcələri, ingilis və rus dillərində də dinləniləcəkdir.
- Tezislər Azərbaycan dili, türk ləhcələri, ingilis və rus dillərində qəbul ediləcək (ingilis dilində tərcüməsi ilə birlikdə; ingilis dilində olan məruzələr üçün Azərbaycan dilində tərcüməsi ilə birlikdə).
- Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.
- Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
- Alimlik dərəcəsi və elmi adı olmayan gənc müəlliflərin adının yanında elmi rəhbərin adı, elmi adı, alimlik dərəcəsi və elektron poçtu göstərilməlidir. Elmi rəhbərlərin rəyi skan edilib məktuba əlavə edilməlidir. Məlumatların səhihliyinə və araşdırmanın orginallığına görə elmi rəhbər və müəllif məsuliyyət daşıyır.
- Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
- Konfransda məruzə etməyənlərin tezisləri dərc edilməyəcəkdir.
- Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Vörd faylında, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
- Tezislər Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının ([email protected]) elektron ünvanına göndərilməlidir.
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Əlaqə: [email protected]
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələr üzrə) kafedrası; Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyası: III korpus, 904-cü otaq
Hörmətlə, Təşkilat Komitəsi