“Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” mövzusunda Respublika elmi konfransı keçiriləcək
Azərbaycan Respublikası prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 tarixli sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” elan edilmiş və bununla bağlı təsdiq edilmiş “Tədbirlər planı”nda il ərzində həmçinin yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Sərəncamı rəhbər tutaraq, Bakı Dövlət Universitetinin Tarix fakültəsində də bir sıra tədbirlər keçirilməkdədir. Bu tədbirlərin davamı olaraq, fakültədə Türk xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” mövzusunda Respublika elmi konfransının təşkil edilməsi təşəbbüsü irəli sürülmüş, Tarix fakültəsinin dekanı, t.e.d., professor İbrahim Zeynalovun rəhbərliyi ilə təşkilati işlərlə məşğul olacaq təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsinin qərarına əsasən dəyirmi masanın may ayının 5-də keçirilməsi nəzərdə tutulur. Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin doktorant və dissertantlar konfransda iştiraka dəvətlidirlər. Müzakirələr aşağıdakı mövzular ətrafında aparılacaq:
- Heydər Əliyev şəxsiyyəti: zamandan uca insan
- Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin yeri və rolu
- Türk dünyasıdaxili inteqrasiya prosesləri və Heydər Əliyev
- Heydər Əliyev və Bakı Dövlət Universiteti