Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-cı ildönümünə həsr edilmiş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda II respublika elmi konfransı keçiriləcəkdir.
Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə 2025-ci il mayın 27 – də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-cı ildönümünə həsr edilmiş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda II respublika elmi konfransı keçiriləcəkdir. Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan tarixçi alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin doktorant və dissertantlar konfransda iştiraka dəvətlidirlər.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Mühüm tarixlər:
Konfransın elanı - 22 aprel 2025
Tezislərin göndərilməsi üçün son tarix - 19 may 2025
Konfransın keçirilmə tarixi - 27 may 2025
Mövzular:
- Müsəlman Şərqində ilk parlamentli respublika: ərazisi, əhalisi, dövlət rəmzləri
- XX əsrin əvvəllərində Azərbaycan xalqının daşnak terroruna və Ermənistanın təcavüzünə qarşı mübarizəsi
- Azərbaycan – Türkiyə qardaşlığının Bakı zəfəri
- Azərbaycan Xalq Cümhuriyyətində milli dövlət quruculuğu məsələləri
- Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti: tarix və müasirlik
- Şərqin Avropa tipli ilk ali təhsil ocağı
- Cümhuriyyət qurucuları
- Azərbaycan Milli Ordusunun uğurlu Qarabağ əməliyyatları
- Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir
- Vətən müharibəsində qazanılan qələbənin və Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunmasının tarixi əhəmiyyəti və uğurlu nəticələri
- Milli dövlətçilik tariximiz və tarix elminin aktual məsələləri (magistrant və doktorantların dissertasiya mövzuları üzrə)
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcmin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin, ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Tezsilər may ayının 19-dək [email protected] e-mail ünvanına göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi