Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-cü ildönümünə həsr olunmuş “Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusunda respublika elmi konfransı 25-26 may 2023-cü il, BDU
Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə 2023-ci il mayın 25 və 26-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr edilmiş “Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Mühüm tarixlər:
Konfransın elanı - 18 aprel 2023
Tezislərin göndərilməsi üçün son tarix - 20 may 2023
Konfransın keçirilmə tarixi 25 - 26 may 2023
Mövzular:
- Müsəlman Şərqində ilk parlamentli respublika: ərazisi, əhalisi, dövlət rəmzləri
- Azərbaycan – Türkiyə qardaşlığının Bakı zəfəri
- Azərbaycan Xalq Cümhuriyyətində milli dövlət quruculuğu məsələləri
- Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğu və Ermənistanın təcavüzünə qarşı mübarizə
- Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti
- Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
- Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, mədəniyyət və sosial sahədə fəaliyyəti
- Şərqin Avropa tipli ilk ali təhsil ocağı
- Azərbaycan Milli Ordusunun uğurlu Qarabağ əməliyyatları
- Cümhuriyyət qurucuları
- Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri
- Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir
- Vətən müharibəsində qazanılan qələbə: tarixi əhəmiyyəti və nəticələri
- İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi
- Qərbi Azərbaycan: əhalisi, toponimləri və maddi-mədəniyyət abidələri
Tezisin tərtibi qaydaları:
Tezislər Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
Başlığın hamısı böyük hərflərlə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır;
Başlığının altında mərkəzdə müəllifin və rəyçinin adı, soyadı tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir;
Ədəbiyyat və internet resursları məqalənin sonunda verilir. Mətndə istinadlar məzmundan asılı olaraq kodlaşma sistemi ilə verilə bilər. Məsələn, [1, səh. 8].
Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1;
Həcm:1-2 səhifə (500 söz);
Açar sözlər: Azərbaycan, rus və ingilis dillərində
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası: III korpus, 804-cü otaq
Tezsilər may ayının 20-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın e-mail ünvanına /[email protected]/ göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi