Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda respublika elmi konfransı 26-27 may 2021-ci il, BDU
18 Mart 2021 12:00
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş
“Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda respublika elmi konfransı
26-27 may 2021-ci il, BDU
Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə 2021-ci il mayın 26 və 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər. Konfransın onlayn formatda Micrasoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 10 may 2021
Konfransın keçirilmə tarixi – 26-27 may 2021
Mövzular:
Müsəlman Şərqində ilk parlamentli respublika: ərazisi, əhalisi, dövlət rəmzləri
Azərbaycan – Türkiyə qardaşlığının Bakı zəfəri
Azərbaycan Xalq Cümhuriyyətində milli dövlət quruculuğu məsələləri
Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğu və Ermənistanın təcavüzünə qarşı mübarizə
Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil, mədəniyyət və sosial sahədə fəaliyyəti
Şərqin Avropa tipli ilk ali təhsil ocağı
Azərbaycan Milli Ordusunun uğurlu Qarabağ əməliyyatları
Cümhuriyyət qurucuları
Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri
Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir
Vətən müharibəsində qazanılan qələbə: tarixi əhəmiyyəti və nəticələri
İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi
Tezisin tərtibi qaydaları:
Tezislər Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
Mətn ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
İstifadə edilən ədəbiyyat və internet resursları əlifba sırası ilə düzülməlidir,
ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir. İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi
Tezsilər may ayının 10-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın e-mail ünvanına /[email protected]/ və [email protected] (mütləq hər iki ünvana) göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi