"ABİDƏLƏR VƏ TARİXİMİZİN ÖYRƏNİLMƏSİNDƏ ONLARIN ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLƏCƏKDİR.
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsində 18 aprel 2025-ci ildə tələbə və gənc tədqiqatçıların “Abidələr və tariximizin öyrənilməsində onların əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant, dissertant və magistrantlar dəvət edilir. Konfransda dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 1 aprel 2025-ci il
Qəbul olunmuş tezislərin elanı tarixi - 8 aprel 2025-ci il
Konfransın keçirilmə tarixi – 18 aprel 2025-ci il
Konfransda aşağıdakı elmi istiqamətlərə üstünlük veriləcək:
- İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi-mədəni irsi
- Azərbaycan Respublikasında arxeoloji abidələrinin tədqiqi tarixi
- İbtidai cəmiyyətlərin öyrənilməsində arxeoloji abidələrin rolu və əhəmiyyəti
- Qarabağ və Zəngəzurun mədəni irsinin arxeoloji və memarlıq abidələrində əksi
- Qədim və orta əsr şəhərlərimizin gündəlik həyatı arxeoloji abidələrin tədqiqi işığında
- Mədəni irs abidələrinin qorunması, bərpası və populyarlaşması problemləri
- Tarix və mədəni irsin aktual məsələləri (magistr dissertasiya mövzularına uyğun)
Konfransda iştirak şərtləri:
- Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
- Konfransın əsas işçi dili Azərbaycan, Türkiyə türkçəsi, rus və ingilis dilidir.
- Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.
- Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
- Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
- Konfransda məruzə etməyənlərin tezisləri dərc edilməyəcəkdir.
- Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Vörd faylında, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
- Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi