07 may 2024-cü il tarixində “Heydər Əliyev: 101 ilin tarixi həqiqətləri” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə bu sahədə mühüm elmi nəticələri müzakirə etmək məqsədi ilə 2024-ci il mayın 7-də “Heydər Əliyev: 101 ilin tarixi həqiqətləri” mövzusunda Respublika konfransı keçiriləcək. Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin doktorant və dissertantlar konfransda iştiraka dəvətlidirlər.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Mühüm tarixlər:
Konfransın elanı – 28 mart 2024
Tezislərin göndərilməsi üçün son tarix – 22 aprel 2024
Konfransın keçirilmə tarixi – 07 may 2024
Mövzular:
- Ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi siyasi portreti
- Heydər Əliyev və Azərbaycan dövlətçilik tarixinin intibah dövrü
- Müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusu
- Heydər Əliyevin dövlət strategiyası: daxili və xarici siyasət
- Heydər Əliyev kursunun layiqli davamçısı
- Heydər Əliyevin ordu quruculuğu strategiyasının 44 günlük Vətən müharibəsində qazanılan qələbədə rolu
- Tarix elminin aktual problemləri (magistrant və doktorantların dissertasiya mövzuları üzrə)
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Tezsilər aprel ayının 22-dək [email protected] e-mail ünvanına göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi