Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının elmi istiqamət və elmi - tədqiqat mövzuları

İstiqamət: Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi

1. Macarıstanın Avropa İttifaqı və NATO təşkilatları tərkibində fərqli siyasəti

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: Dos.E.Ə.Hüseynova

Məqsəd: Müasir regional münaqişələr və Macarıstanın fərqli yanaşmasının təhlili

Nəticə: Macarıstan Respublikasının  NATO və Avropa İttifaqı üzvü olmasına baxmayaraq təşkilatların ənənəvi siyasətindən fərqli siyasət yeritməsinin araşdırılıb, regional münaqişələrdə tutduğu mövqenin təhlili verilmişdir.

2. ABŞ-da Vətəndaş müharibəsi müasir tarixşünaslıqda

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: Dos.R.Q.Hətəmov.

Məqsəd: Vətəndaş müharibəsi ərəfəsində ölkədə köləlik probleminin kəskinləşməsinin səbəblərini müəyyənləşdirmək

Nəticə: ABŞ-da köləlik probleminin kəskinləməsinin səbəbləri, problemin həlli ilə bağlı ayrı-ayrı siyasi qüvvələrin təqdim etdiyi proqramlar, təşəbbüslər, onların müzakirəsinin yekunları ilə bağlı tarixşünaslığın müasir vəziyyəti təhlil edilmişdir. Bu zaman ABŞ-da köləliyə münasibətdə ölkənin ictimai rəyi də nəzərdən keçirilib. Köləliyin tərəfdarları və əleyhdarlarının istinad etdiyi arqumentlərin əsaslandırılması məsələsi də araşdırılmışdır.

3. ABŞ-nin Latın Amerikası siyasəti

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: Dos M.Ə.Baxışov

Məqsəd: Latın Amerikası ABŞ-nin xarici siyasətində(1945-1960)

Nəticə: XX əsrin 1945-1960-illərində ABŞ-ın xarici siyasətində  Latın Amerikası ölkələrinin yeri və rolu, ikitərəfli münasibətlərin səciyyəvi cəhətləri  müəyyənləşdirilmişdir.

4. XX-XXI əsrlərdə ABŞ-nin Yaxın və Orta Şərq regionunda siyasəti aspektində terrorizm təhlükəsinə qarşı mübarizənin aktual problemləri

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: Dos. T.N.Abbasov

Məqsəd: Terrorizmə qarşı mübarizənin hüquqi bazasının formalaşmasında dünya ictimaiyyətinin rolunu müəyyən etmək.

Nəticə: Beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin fəaliyyəti nəticəsində yeni hüquqi sənədlərin qəbul edilməsi, həmçinin terrrorizmə qarşı mübarizədə yeni hüquqi bazanın formalaşmasında ABŞ-ın rolu araşdırılmışdır.

5. Türkiyənin Cənubi Qafqaz ölkələri ilə əlaqələri (1991-2023-cü illər)

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: t.ü.f.d. H.A.Hüseynli

Məqsəd: 1991-2023-cü illərdə Türkiyə-Gürcüstan münasibətlərini yeni nöqteyi nəzərdən təhlil etmək

Nəticə: Bu mərhələdə Türkiyənin XX əsrin sonunda müstəqillik əldə etmiş Gürcüstanla diplomatik, hərbi-siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığı araşdırıb, Rusiyanın Gürcüstana müdaxiləsi və Türkiyənin diplomatik səyləri təhlil edilmişdir.

6. ABŞ-nin Nüvə Strategiyası və onun Dünya siyasətində yeri (XX əsrin 40-cı illərinin ikinci yarısı – 80-ci illəri)

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: t.ü.f.d. Z.F.Nəzirli.

Məqsəd: Nüvə siyasətinin əsasının qoyulması mərhələsinin tədqiq edilməsi

Nəticə: II dünya müharibəsindən sonra nüvə silahlarının beynəlxalq təhlükəsizlik məsələlərində yaratdığı problem,böyük dövlətlərin nüvə siyasətinin formalaşması mərhələləri tədqiq edilmişdir.

7. XIX əsrin II yarısı XX əsrin əvvəllərində Fransanın müstəmləkə siyasəti

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: t.ü.f.d. S.E.İskəndərova

Məqsəd: Fransanın Afrikada müstəmləkə işğallarının genişlənmə prosesini müəyyən etmək

Nəticə: XIX əsrin II yarısından etibarən Fransanın müstəmləkə işğallarında Afrikaya olan maraqların güclənməsi səbəbləri,regionun işğalının Fransa üçün xarakterik metodları araşdırılmışdır.

8. XX əsrin sonu XXI əsrin əvvəllərində Böyük Britaniyanının xarici siyasətində Aİ ilə münasibətlər

Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova

İcraçı: b/m R.X.Hüseynov

Məqsəd: II dünya müharibəsindən sonra Avropadakı inteqrasiya proseslərində İngiltərənin iştirakı problemi.

Nəticə: İlk dövrlərdə İngiltərənin inteqrasiya proseslərinə münasibəti, həmçinin, İngiltərənin AİB-nə qoşulma cəhdləri və Fransanın mövqeyi tədqiq edilmişdir.

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət