TƏHMİNƏ AKİF QIZI ASLANOVA

TƏHMİNƏ  AKİF QIZI ASLANOVA

TƏHMİNƏ AKİF QIZI ASLANOVA

tarix üzrə fəlsəfə doktoru, müəllim

Tel.: +994 12 5390837

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 25 aprel 1983-cü ildə Kəlbəcər şəhərində anadan olmuşdur.
  • 1999-cu ildə Bakı şəhəri 287 saylı Zəkalar Liseyini bitirmişdir.

TƏHSİL VƏ ELMİ DƏRƏCƏSİ

  • 1999-2003-cü illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2003-2005-ci illərdə Tarix fakültəsi Azərbaycan Tarixi (humanitar fakültələr üzrə) kafedrasında magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2005-2009-cu illərdə Tarix fakültəsində Azərbaycan Tarixi (humanitar fakültələr üzrə) kafedrasında doktoranturaya qəbul olunmuşdur.
  • 2012-ci ildə Azərbaycan rəhbərliyində siyasi qruplaşmalar və onun respublikanın ictimai-siyasi həyatina təsiri (XX əsrin 20-ci illərinin ikinci yarısı - 30-cu illərin əvvəli) mövzusunda Tarix üzrə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə etmişdir.
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2013-cü il tarixli qərarı ilə Tarix üzrə fəlsəfə doktoru (FD 08306) elmi dərəcəsi almışdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 2003-2014-cü illərdə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Tarix müəllimi vəzifəsində çalışmışdır (tədris Azərbaycan və Rus dillərində)
  • 2014-cü ildən Bakı Dövlət Universiteti Tarix fakültəsində Azərbaycan Tarixi (humanitar fakültələr üzrə) kafedrasında 0,5 ştat müəllim çalışır. Tarix və Hüquq fakültələrində Azərbaycan və İngilis bölmələrində Azərbaycanın Yeni və Ən Yeni Tarixindən mühazirə və seminar dərslərini aparır. Tarix fakültəsinin Magistr tələbələri üçün ingilis dilində “Sovet Azərbaycanında sosial-siyasi proseslər” (XX əsrin 20-ci illəri) və “Azərbaycanın xarici siyasətində neft amili” kurslarından dərs deyir.
  • 2014-cü ildən saathesabı qaydada Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan tarixi” fənnini ingilis dilində tədris edir.
  • 2018-cü ildən saathesabı qaydada Fransa-Azərbaycan Universitetində “Azərbaycan tarixi” fənnini ingilis dilində tədris edir.
  • 2018-ci ildən saathesabı qaydada T.İsmayılov adına 6 saylı məktəb-liseydə beynəlxalq bakalavriat (International Baccalaureate) Proqramı üzrə Dünya Tarixi fənnindən dərs deyir.
  • 2018-ci və 2022-ci illərdə ADA Universitetində Azərbaycan Tarixi və Dünya tarixi fənlərini tədris etmişdir.
  • 2021-ci ildən IB Ümumdünya Mərkəzi tərəfindən İmtahan mütəxəssisi seçilmişdir.

TƏDQİQAT SAHƏSİ

  • SSRİ-nin milli siyasəti; Sovet Azərbaycanı siyasi rəhbərliyinin fəaliyyəti; SSRİ-nin dağılmasından sonra post-sovet cəmiyyətlərində dəyişikliklər; Azərbaycan Respublikasının xarici siyasətində neft faktoru
  • Rzeszow Universitetinin “Qafqaz-Keçmiş-İndiki-Gələcək” jurnalının redaksiya heyətinin üzvü (ISSN: 2544-7726, e-ISSN: 2544-8048)
  • “Voice of the Publisher” elmi jurnalının redaksiya heyətinin üzvü, Ski, Norveç

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • “Azərbaycan” adının mənası və Azərbaycanın tarixi ərazisi (həmmüəllif Aziz Boran. – rus dilində (Значение названия 'Азербайджан' и историческая территория Азербайджан) (Y.A.Komenski adına Universitetinin elmi nəşri, Historicke rozhl'ady, Bratislava, 2018, s.218-238).
  • Sunni-Shia Issue in Azerbaijan (co-author Ilia Brondz), (Voice of Publisher, 5, 1- 11, Norway, 2019).
  • History, Scope, and Aim: Part I. (co-author Ilia Brondz), (Voice of Publisher, 5, 77-87, Norway, 2019).
  • To Whom belongs the Land? Confrontation in Karabakh: On the Origin of the Albanian Arsacids Dynasty (co-authors Ramin Alizadeh; Ilia Brondz), (Voice of Publisher, 7, pp. 32-43, Norway, 2021)
  • Azərbaycanda milli siyasətin Cənubi Qafqazın digər respublikaları ilə müqayisəli təhlili (XX əsrin 20-30-cu illəri). (Jurnal: Bakı Universitetinin Xəbərləri, №2, Bakı, 2015).
  • Роль национальной политики центра в разногласиях в руководстве Азербайджана (вторая половина 20-х - 30-е годы XX века) Культура народов Причерноморья, N Т.2, 2011, стр. 135-137
  • Советская политическая система и некоторые особенности её формирования (20-30-е гг. XX века), “Azərbaycan-Dağıstan: qardaşlıq münasibətlərinin tarixi, müasirlik, perspektivlər” münasibəti ilə keçirilən Beynəlxalq Elmi Konfransın materialları. (Jurnal: Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əsərləri, cild 33, Bakı, 2010).
  • Böyük Ağa Talıblı: XX əsrin 20-30-cu illərinin siyasi oyunlarının qurbanı. Tarix və Onun problemləri N4 2007, səh.4.

KİTABLAR və PROQRAMLAR

  • Dərs vəsaiti- History of Azerbaijan. Student Pack (1800-2021), Baku, 2022
  • Magistr tələbələri üçün proqram - The Oil factor in Azerbaijan history (çapa hazırlanır)

SERTİFİKATLAR VƏ MÜKAFATLAR

KONFRANSLAR VƏ SEMİNARLAR

  • 26-27 oktyabr 2023-cü il, Varşava Universitetinin təşkil etdiyi “Rus təbliğatı: mənşəyi və müasirliyi” XIX Beynəlxalq Prometey Konfransında məruzəçi
  • Amerikanın Valdosta Dövlət Universiteti və Pilecki İnstitutunun təşkil etdiyi “Tarix və fənlər üzrə totalitarizm” konfransında məruzəçi, 15-16 noyabr 2022-ci il
  • “Pilecki İnstitutunun Beynəlxalq Müəllimlər Proqramı 2022” Layihəsində “Totalitarizm Konsepti və onun praktiki tətbiqləri” mövzusunda məruzəçi (26 iyul-4 avqust, Polşa)
  • Erasmus+ proqramı çərçivəsində 19-25 noyabr 2017-ci il tarixləri arasında Masaryk Universitetinin (Çexiya) Tarix fakültəsinə akademik mübadilə iştirakçısı kimi dəvət edilmişdir.
  • “Qafqaz – Tarix – Transformasiyalar – Perspektivlər” 6-cı Beynəlxalq Elmi Konfransında məruzə ilə çıxış etmişdir. Rzeszow (Polşa), 12-13 oktyabr 2017-ci il
  • 4-13 oktyabr 2015-ci il tarixlərində (Paris-Sorbonne Universiteti Abu Dabi) "Ünsiyyətin idarə edilməsi və kampusun beynəlmiləlləşdirilməsi" kursunda iştirak etmişdir.
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət