Tarix fakültəsinin Tələbə Elmi cəmiyyət elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Tələbə Elmi cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın dövlətçilik simvolları və Heydər Əliyev irsində
ənənənələr və varislik mövzusunda elmi seminar keçirilib. İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova bildirdi ki, Ümummilli lider Heydər Əliyev irsinin elmi cəhətdən öyrənilməsi, milli müstəqil dövlətçilik tariximizin mühüm mərhələsinə gənc tədqiqatçıların diqqət yetirməsi vacib və aktual hesab olunur. Odur ki, tələbələrin bu mövzuya özünəməxsus yanaşmasını, yeni,
müasir gənclikdə tarixi hadisələri düzgün analiz etmək qabiliyyətinin formalaşmasını izləyə bilmək üçün belə mövzulu elmi seminarların təşkil olunması da günümüzün aktuallığıdır..
Tarix fakültəsinin Tələbə Elmi cəmiyyətinin rəhbəri, t.ü.f.d. Hicran Mahmudovanın moderatorluğu ilə keçən elmi seminarda Azərbaycan himni ifa olunduqdan sonra, “Azərbaycanın dövlətçilik simvolları və Heydər Əliyev irsində ənənənələr və varislik” mövzusunu əhatə edən 7 məruzə dinlənildi. Bakı Dövlət Universiteti, Tarix fakültəsinin TEC sədri, II kurs tələbəsi Nurəli “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”, Azərbaycan tarixi (humanitar fənlər üzrə) kafrdrasının I kurs magistrantı Sarışan Adışova “Dahi lider gənclərin gözü ilə: Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”, II kurs tələbəsi Güllü Həsənzadə “Azərbaycan tarix elminin inkişafında Heydər Əliyevin xidmətləri”, II kurs tələbəsi Əfsanə Vəliyeva “Azərbaycan manatı: Heydər Əliyev dövründən başlanan iqtisadi siyasətin sabitliyi”, II kurs tələbəsi Elvira Nuru“Müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinin formalaşmasında Heydər Əliyevin xidmətləri: ənənə və varislik”, III kurs tələbəsi Gülər İbişova “Heydər əliyev və Azərbaycan bayrağının milli suverenliyin simvolu kimi tanınması”, III kurs tələbəsi Aydan Əlizadə “Azərbaycanın dövlət himni və tarixi qələbələrimiz: ənənənələr” mövzusunda məruzə etdilər. Məruzələrin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx TEC üzvlərini tərəfindən təqdim olundu. 50 nəfərə yaxın iştirakçı ilə iki saatdan davam edən elmi seminar maraqlı müzakirələrlə yadda qaldı. Sonda çıxış edən məruzəçilərə Sertifikatlar verildi və xatirə şəkilləri çəkildi.