Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev: "İlham Əliyev siyasi iradəsi - Qələbə və quruculuğun rəhni kimi"
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündə çıxışını əsasən Qarabağ mövzusuna həsr etdi. Bu, növbəti dəfə Azərbaycan Prezidentinin bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini aydın göstərir?
Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MBD regionunda liderliyi ilə bağlı siz nə düşünürsünüz
“Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda etdiyi çıxışları ilə auditoriyanın diqqətini ölkəmizə cəlb edir. Təbii ki, Prezidentimiz etdiyi hər bir çıxışında Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiə edir. Əgər 44 günlük Vətən müharibəmizə qədər olan dövrdə cənab Prezident münaqişənin sülh danışıqlar yolu ilə həll olunmasına, BMT TŞ-nın qətnamələrini beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə mandat verilmiş təşkilatın ədalətli mövqe sərgilnməsinin tələb edilməsinə yönəldilmişdisə, TDƏŞ-nın Zirvə Görüşündə etdiyi çıxışı isə post-müharibə dövründə yaranmış yeni reallığa uyğun edildi. Yeni reallıq işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, qonşu dövlətlə kommunukasiyaların açılması və Zəngəzur dəhlizin istifadəyə verilməsi və bölgədə davamlı sülhün təmin edilməsidir.
Prezidentimizin sədrliyi ilə keçirilən Zirvə Görüşünün gündəliyin zənginliyi və perspektivləri cəhətdən böyük əhəmiyyəti vardır. Bu əhəmiyyət türkdilli dövlətlər arasında iqtisadi və humanitar əməkdaşlığının genişlənməsinə xidmət edir. 2020-ci il qlobal pandemiya ilə əlaqədar ölkələr arasında canlı təmasların məhdudlaşmasına baxmayaraq Azərbaycanın sədrliyi ilə türk dövlətləri arasında əlaqələr möhləmlənib, ölkəmizin üzərindən daşınan qeyri-neft yüklərin avtomobillə daşınmalarında 52% artım əldə olunub. Aprel ayında Bakıda türkdilli ölkələrin nazirlərinin iştirakı ilə görüş və Biznes Forumun keçirilməsi, həm də gələcəkdə Zəngəzur dəhlizinin açılması təşkilata üzv ölkələri arasında iqtisadi və humanitar sahələrin inkişafında yeni üfüqlər açacaqdır”.
Azərbaycan Dövlət başçısı Cənab İlham Əliyevin başçılığı ilə 30 illik erməni işğalından azad edilmiş ərazilərin bərpası və yerləşməsi üzərində işlər davam edir. Ilk öncə ərazilərdə minalardan təmizmələ işləri aparılır. Həmçinin yol infrastrukturu qurulur, aeroportlar inşa edilir. Bu onu göstərir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sistemli bir fəaliyyət içindədir. Dövlət bütün qurum və təsisatları ilə işğaldan azad edilmiş ərazilərin Vətənin bütövlüyünə inteqrasiya prosesində iştirak edirlər. Ayrı-ayrı qurumlar və səlahiyyətli şəxslər qarşısında bu məsələlərlə bağlı olaraq ciddi vəzifələr qoyulmuşdur. Bu vəzifələrin icrasının şəffaflığının təmin edilməsi birbaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin nəzarətindədir.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması işi Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın da ciddi nəzarətindədir. Bir sıra mədəniyyət abidələrinin bərpası və yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təlimatına əsasən bir qrup mütəxəssis işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış dini abidələrin və məscidlərin bərpası layihəsi üzərində artıq işə başlamışdır.
"Böyük qayıdış" proqramı çərçivəsində qaçqınların vətənlərinə qayıtması üçün tədbirlər birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin əmri və nəzarəti altında həyata keçirilir. Azad edilmiş ərazilərin bərpası üçün 2021-ci il üçün dövlət büdcəsindən 2,2 milyard manat (1,29 milyard dollar) ayrılmışdır. Bu məbləğ ilkin vəsaitdir, dövlət əlavə olaraq yeni bərpa işləri üçün də vəsait ayıracaqdır. Beləliklə, biz görürük ki, Azərbaycan dövləti birbaşa İlham Əliyevin siyasi rəhbərliyi ilə ölkəmizin qaytarılmış torpaqlarını vahid siyasi-iqtisadi məkanımıza inteqrasiya edilməsi üçün əlindən gələni edir. Azərbaycan bu günləri 30 ildir gözləyir. İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən bu işlər xalq tərəfindən də güclü rəğbət görür.
Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə işə başlayıbdır. Paralel olaraq bölgədə ilk infrastruktur layihələri həyata keçirilir.
Azərbaycanın mədəniyyət paytaxtı - Şuşaya iki yeni yol çəkilir. Tikintidə türk şirkətləri yaxından iştirak edir. Yollardan birinin payıza qədər hazır olması gözlənilir. Türk şirkətlərinin yenidən qurma işinə cəlb edilməsi iki qardaş xalq arasında münasibətlərin daha da güclənməsinə gətirib çıxardacaqdır. Türkiyə bir qardaş dövlət olaraq bütün resursları ilə daim yanımızda olmuş, bizə öz mənəvi, siyasi dəstəyini göstərməyə hazır olmuşdur. Türkiyənin bizimlə olması ölkəmizin xarici təzyiqlərdən qorunmasında xüsusi rol oynamışdır. Türkiyənin şirkətləri də azad olunmuş ərazilərimizin bərpasında iştirak etmək üçün xüsusi fəallıq göstərirlər. Bir qrup Türkiyə şirkətilərinin nümayəndələrin ölkəmizə səfər edərək azad edilmiş ərazilərdə bərpa fəaliyyətinə cəlb edilmək üçün müraciətləri yüksək siyasi rəhbərlik tərəfindən olduqca müsbət dəyərlərndirilir. Ərazilərin bərpasından sonra bura qayıdacaq insanların işlə təmin olunması məsələsində türk şirkətlərinin də rolu böyük olacaqdır.
Bununla belə digər ölkələrdən də investisiya və şirkətlərin bərpa prosesinə cəlb edilməsi də nəzərdə tutulur. Bunu İtaliya nümayəndəliyi ilə görüşündə Ölkə Başçısı İlham Əliyev aşağıdakı kimi ifadə etmişdir: “İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur.”. Dövlət başçısının bu siyasi kursu uğurlu xarici siyasətin də komponentidir. Çünki İtaliya şirkətlərinin bölgədə fəaliyyəti həm də ölkə həqiqətlərimizin Avropada təbliği üçün də önəm daşımaqdadır.
Qərbi Avropanın mühüm ölkəsi olan Böyük Britaniya Qarabağın azad edilmiş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana kömək göstərə biləcəyini bildirmişdir. Təbii ki, bu da əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, daha sonra onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş xarici siyasətin nəticəsidir.
Bütün bu fəaliyyətlər İlham Əliyev siyasi xarizmasının nəticələridir. Qələbədən sonra Ali Baş Komandanın özü Ağdamı və Füzulini gəzərək azad edilmiş ərazilərə səfər etdi və müvəffəqiyyətin göstəricisinə çevrilən möhtəşəm Zəfər Paradı keçirdi. Cəmiyyətin səfərbərliyi, Türkiyə ilə yeni bir birlik səviyyəsi, koronavirusla uğurlu mübarizə bu da İlham Əliyevin xidmətidir. Bu gün Azərbaycan milli maraqlarını müdafiə edən uzaqgörən və təcrübəli bir siyasətçinin rəhbərlik etdiyi güclü ordusu və güclü iqtisadiyyatı ilə bölgədə hərbi-siyasi və iqtisadi lider hesab olunur. Bütün bunlar bizi də məsuliyyətli olmağa təşviq edir. Məhz Dövlət Başçısını nümunə almaq hər dövlət məmurunun başlıca vəzifəsidir.
Bəxtiyar Nəbiyev
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini dosent