Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrasının dosent əvəzi, tarix elmləri doktoru Tarix Dostiyevin “İslam arxeologiyası” mövzusunda onlayn ustad dərsi keçirilib.
19 aprel 2021-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrasının dosent əvəzi, tarix elmləri doktoru Tarix Dostiyevin “İslam arxeologiyası” mövzusunda onlayn ustad dərsi keçirilib. Fakültə əməkdaşları, doktorant və magistrantların qatıldığı bu elmi müzakirədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - Elmi fond və ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d. Fərhad Quliyev və Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Pərviz Qasımov daxil olmaqla 153 nəfər iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Tarix fakültəsi Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova fakültədə elmi seminar və ustad dərslərinin ardıcıl keçirildiyi haqda məlumat verdi.
T.Dostiyev məruzədə İslam arxeologiyasının predmeti və obyekti, coğrafiyası, biliklər sistemində yeri, orta əsr müsəlman cəmiyyətinin və İslam sivilizasiyasının öyrənilməsində rolu və əhəmiyyəti haqqında genş məlumat verdi. Multikultural dəyərlərin və tolerantlığın mövcudluğunu çoxsaylı faktiki materiallarla sənədləşdirən İslam arxeologiyasının dini ekstremizmi və qarşıdurmanı rədd etməsi, mədəniyyətlərin dialoquna və konfessiyalararası qarşılıqlı anlaşmanın möhkəmlənməsinə müsbət təsir göstərməsi barədə maraqlı müqayisələr gətirdi, müsəlman ölkələrinin tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, məişətinin öyrənilməsi üçün yeni perspektivlər haqda ətraflı mühazirə etdi. Məruzə iştirakçıların marağına səbəb oldu.
Azərbaycan Tarixi (humanitar elmlər) kafedrasının müdiri, dosent Azad Rzayev, Azərbaycan tarixi (dəqiq elmlər) kafedrasının müdiri, dosent Mehman Abdullayev, Arxeologiya və etnoqrafiya kafrdasının müdiri, dosent Kərəm Məmmədovun orta əsr islam abidələrinin öyrənilmə səviyyəsinin qənaətbəxş olub - olmaması, Bibliya arxeologiyasının tədqiqatları ilə İncildəki məlumatların uyğun olub-olmaması, bərpa işlərindən sonra Qarabağda arxeoloji irsin qorunması və mədəniyyətimizin, islam sivilizasiyasının əsas beşiyi kimi maddi mənəvi dəyərlərimizin qorunması üçün muzeylərin aşılmasının labüdlüyü və bu muzeylərin müasir, yoxsa ənənəvi muzey şəklində yaradılması, haqda sual verdilər, Samirə, Fustat cə Şəmkir şəhərlərində türk etnik amili məsələsinin mahiyyətini izah etməsini xahiş etdilər. Bütün suallar ətraflı cavablandırıldı.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələlə yadda qalıb.