Qazaxıstanın Astana şəhərində keçirilən “MDB-nin ən yaxşı tədqiqatçıları – 2024” müsabiqəsində iştirak ediblər.
Tarix fakültəsinin SABAH qrupları tələbələri Qazaxıstanın Astana şəhərində keçirilən “MDB-nin ən yaxşı tədqiqatçıları – 2024” müsabiqəsində iştirak ediblər.
Tarix fakültəsinin SABAH qrupları “tarix müəllimi” ixtisası üzrə III kurs tələbələri Mikayılov Ümid Bahadır oğlu və Sadıqova Həlilə Rövşən qızı 2024-cü ilin mart-aprel aylarında Qazaxıstanın Astana şəhərində keçirilən, orta əsrlər Türk-İslam dünyasının böyük mütəfəkkiri Əl Fərabiyə həsr olunmuş “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində iştirak ediblər.
Ümid Mikayılov “Axıska türklərinin deportasiya və repatriasiya problemi” (rəhbər: dos. Sevinc Ruintən), Həlilə Sadıqova “Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Bakı və Şamaxı soyqırımları” (rəhbər: dos. Sevda İsmayılova) mövzusunda məqalələrinə görə I Dərəcəli diploma layiq görülüblər, “Ən yaxşı tədqiqatçı - 2024” medalı ilə təlfif ediliblər.