"Mirzə Fətəli Axundzadənin siyasi görüşləri tarixçi tələbənin gözü ilə” mövzusunda elmi seminar keçirilmişdir.
24.12.2024 tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Mirzə Fətəli Axundzadənin siyasi görüşləri tarixçi tələbənin gözü ilə” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda fakültənin Elmi İşlər üzrə dekan müavini, dos. Kəmalə Nəcəfova, Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi t.ü.f.d. Hicran Mahmudova, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi dos.Sevinc Qasımova, Tarix fakültəsinin TEC-nin sədri Nigar Səfərova və fakültə Elmi Cəmiyyətinin fəal üzvləri iştirak etmişdilər. Elmi seminarda 4 məruzə dinlənilmişdir. Tarix fakültəsinin I kurs tələbəsi Eyubov Taleh "Mirzə Fətəli Axundzadənin siyasi fikirləri" mövzusunda çıxış etmiş, müxtəlif və əhəmiyyətli məlumatları iştirakçıların nəzərinə çatdırmışdır.Eyni zamanda öz mövzusunu məruzə edərkən slaydlar da təqdim etmişdir. Tarix fakültəsinin II kurs tələbəsi Hacıyeva Əminə "Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə yeni baxış" adlı məruzəsində slaydlar nümayiş etdirməklə çıxış etmişdir. Tarix fakültəsinin IV kurs tələbəsi İbrahimova Həmidə "Mirzə Fətəli Axundov: öz dövrünü qabaqlayan əlifba islahatçısı" mövzusunda məlumat vermiş və bir sıra əhəmiyyətli nüanslara toxunmuşdur.. Tarix fakültəsinin qiyabi formada təhsil alan tələbəsi Kərimli Cəmil “Axundzadə'nin dil və din mövzusunda konsepsiyaları” adlı məruzəsi və slaydları ilə maraqlı məlumatlar vermiş və əhəmiyyətli faktlara toxunmuşdur. Elmi İşlər üzrə dekan müavini dos.Kəmalə Nəcəfova seminarla bağlı öz fikirlərini səsləndirmiş, seminar iştirakçıları ilə mövzuyla bağlı müzakirələr aparmışdır. Mənbəşünaslıq,tarixşünaslıq və metodika kafedrasının müəllimi dos.Sevinc Qasımova müzakirələrə qoşulmuş, məruzə edənlərin çıxışları ilə bağlı öz fikirlərini bildirmiş,həmçinin elmi seminarın mövzusu ilə bağlı tələbələrə müəyyən ədəbiyyat siyahısı tövsiyə etmişdir. Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi t.ü.f.d. Hicran Mahmudova seminarın gedişatı ilə bağlı fikirlərini bildirmiş və sonda Tarix fakültəsinin TEC-ə uğurlar diləmişdir.