“ Gənc Qafqazşünaslar” dərnəyinin “ Qafqazda Kiber Təhlükəsizlik” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
19 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında Qafqaz xalqları tarixi kafedrasının nəzdində fəaliyyət göstərən “ Gənc Qafqazşünaslar” dərnəyinin “ Qafqazda Kiber Təhlükəsizlik” mövzusunda növbəti məşğələsi keçirilmişdir. Tədbir Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın çıxışı ilə başlamışdır. Professor İradə Hüseynova çıxışında qeyd etmişdir ki, müasir dövrdə Qafqaz bölgəsində kibertəhlükəsizlik məsələləri böyük aktuallıq kəsb edir. Bu sözügedən problem cəmiyyət həyatının bütün sahələrinə nüfuz edir və insan həyatının təhlükəsizliyinə böyük təhdid yaradır. Bunu nəzərə alaraq bu gün müzakirə etdiyimiz mövzu məhz hər bir insanı düşündürən, cəmiyyətimizi narahat edən, normal sağlam həyat tərzini təmin etməsi üçün təhlükəsizlik məsələlərinə həsr olunubdur. Çıxış üçün söz verildi BDU-nun İnformasiya texnologiyaları mərkəzinin texniki və proqram təminatı şöbəsinin mütəxəssisi Əfsanə Mustafazadə “Qafqazda kibertəhlükəsizlik və arxitekturasının formalaşdırılması : Rəqəmsal Strategiyalar və Qlobal Təşəbbüslər” mövzusunda məruzə ilə çıxış etmişdir. Bununla yanaşı, Tarix fakültəsinin III kurs tələbələri İsmayıllı Zeynəb, Abbaszadə Aygün, Əliyeva Gülarə, Ələskərov Həsən, Xanlarzadə Fizzə, Məmmədli Fidan, Quliyeva Aysel Qafqazşünaslığın aktual problemləri ilə bağlı məruzələrlə çıxış etmişdir. Müzakirə zamanı Qafqaz xalqları tarixi kafedrasının müəllimləri, dosent Samir Baxşəliyev, Leyla Vaqif qızı, saathesabı müəllimlər professor Qasım Hacıyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Yeganə Baxşıyeva, kafedranın əyani doktorantı Nəsrin Mehdiyeva fikir mübadiləsi apararaq mövzularla bağlı münasibətlərini bildirmişdilər. İclasda Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri (humanitar fakültələr üzrə) dosent Azad Rzayev, Tarix fakültəsinin dekan müavini Elnur Əbilov, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov və digərləri iştirak etmişdilər. Dinlənilən elmi məruzələr professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.