Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi tədqiqatlaqda” mövzusunda respublika elmi konfransının bölmə iclası olmuşdur
Tədbiri giriş sözü açan Tarix fakültəsinin dekan vəzifəsini icra edən İbrahim Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tarixində mühüm yerindən danışdı və bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında baş vermiş misilsiz hadisə, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulması, cəmi iki ilə yaxın yaşamış olmasına baxmayaraq, zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
Daha sonra Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünü yüksək səviyyədə qeyd edilməsi məqsədilə Bakı Dövlət Universitetində “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi tədqiqatlaqda” mövzusunda 2021-ci il 26 – 27 may tarixlərində onlayn respublika eımi konfransı və bir sıra müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsi planlaşdırılmışdır.
2021-ci il 26 may tarixində Bakı Dövlət Universitetində keçirilən onlayn respublika elmi konfransının plenar iclasında 500-dən çox iştirakçı olmuşdur. Konfransa AMEA və digər ali məktəblərdən 60-dən çox tezis daxil olmuşdur. 27 may tarixində Tarix fakültəsində bölmə iclasında 7 məruzə dinlənilmişdir:
- İstiqlal bəyannaməsinin müddəalarında Azərbaycanda milli dövlət quruculuğu məsələsi
Ələmdar Şahverdiyev - BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi, t.ü.f.d., dosent
- 1918-1920-ci illərdə ermənilərin Azərbaycana əsassız torpaq iddiaları
Cəmilə Rüstəmova - BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi, t.e.d., professor
- Azərbaycan Xalq Cümhuriyyətinin məhkəmə sistemi
Arifə Adıgözəlova - BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi, t.ü.f.d., dosent
- Nəsib Bəy Yusifbəyli şəxsiyyəti ibrətamiz nümunə
Günel Əliyeva-Məmmədova - BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllimi, t.ü.f.d.
- Qacarlar İranı-Ermənistan münasibətləri və Azərbaycan Xalq Cümhuriyyəti
Elnur Kəlbizadə - AMEA, Qafqazşünaslıq İnstitutu, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
- Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin əhali məskunlaşması və artımına dair tarixi demoqrafik baxişları
Aydın Məmmədov – BDU-nun Mənbəşünaslıq, Tarixşünaslıq və metodika kafedrasının müəllimi, dosent
- Şimali Azərbaycanda istiqlaliyyət uğrunda mübarizə Türkiyə tarixşünaslığında
Vıdadı Umudlu - AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
Microsoft Teams proqramı üzərindən təşkil olunmuş konfrans maraqlı müzakirələrlə yadda qaldı.