Asiya və Afrika ölkələri tarixi kafedrasında “Azərbaycanın qədim tarix konsepsiyası: ənənəvi nəzəri çərçivədən tarixi-coğrafi bütövlüyə” mövzusunda ustad dərsi keçirilmişdir
-lg.jpg)
9 aprel 2026-cı il tarixində Asiya və Afrika ölkələri tarixi kafedrasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin “Azərbaycanın qədim tarix konsepsiyası: ənənəvi nəzəri çərçivədən tarixi-coğrafi bütövlüyə” mövzusunda ustad dərsi keçirilmişdir. Dərs müddətində qədim dövr tarixinin tədqiqinin əhəmiyyətindən bəhs edilmiş, bu dövr tarixinin xronoloji uzaqlığı və məlumatların azlığı və ziddiyətliliyi qeyd edilmişdir. Müəllif “Azərbaycan” cografi anlayışına izah verərək onun həm şimali, həm də cənubi Azərbaycandan ibarət olduğunu vurğuladı.
Tədbirdə Azərbaycanın Mesopatamiya ilə sıx əlaqələri vurğulandı. Həmçinin regionun sosial, iqtisadi və strateji əhəmiyyəti, şərq və qərb arasında körpü rolu oynamasının böyük dövlətlərin regiona marağının olmasına səbəb olması və bu cəhətdən Azərbaycanın Yaxın və Orta Şərq qismində öyrənilməsinin aktuallığı qeyd edildi. Sovet dönəmində SSRİ coğrafi baxımdan Yaxın və Orta Şərqdə yerləşmədiyi üçün bu tip məsələlərə diqqət yetirilməmişdir, müəllif vurğuladı ki, Azərbaycan Yaxın və Orta Şərqin ayrılmaz hissəsidir və tarixən burdakı sivilizasiyalarla əlaqədə olub. Eyni zamanda Qərb tarixşünaslığında bu mövzunun öyrənilmə səviyyəsi fikir mübadiləsi aparılmışdır.
Ustad dərsin gedişatı mühazirə formatından klassik şəklində, güclü interaktiv və tələbəyönümlü yanaşma şəklində qurulmuşdur. Belə ki, seminar boyu aktiv fikir mübadiləsi aparılaraq mövzuya aidiyyatı yanaşmalar Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova, Tədris işləri üzrə dekan müavini Aytən Abbasova-Quliyeva, Asiya və Afrika ölkələrinin kafedra müdiri dosent İqbal Ağayev, həmin kafedranın müəllimləri dosent Atamoğlan Məmmədli və Günel Əliyeva və başqaları tərəfindən həyata keçirilmişdir. Eyni zamanda dərsdə iştirak edən TM110 qrupunun tələbələri məruzəçiyə suallarla müraciət edərək dərsdə fəallıq göstərmişdir.
Yekun olaraq müəllif Azərbaycanın qədim tarixinin yenidən tədqiqinin aktuallığından bəhs etdi. Xüsusi olaraq qədim şərq dillərinin Azərbaycanda tədris edilməsinin əhəmiyyəti vurğulandı. Bu məsələdə tədqiqatçı dil problemi, milli ideologiya və kadr məsələlərinin aktual olduğunu bildirdi. Tədqiqatçı qardaş Türkiyənin bu sahədəki fəaliyyətinin nümunə ola biləcəyini qeyd etdi. Sonda müəllif Azərbaycan coğrafiyası haqqında mənbələrin Vatikan, Tehran, İstanbul kimi dünya arxivlərində saxlandığını vurğulayaraq bir daha mövzunun aktuallğına işarə etdi. Tələbələrin böyük marağına səbəb olan ustad dərsi uğurla başa çatdı.