KAFEDRA HAQQINDA

1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkə həyatının digər sahələrində olduğu kimi, təhsil sisteminin də inkişaf etdirilərək dünya standartlarına uyğunlaşdırılması, ictimai və humanitar elmlərin tədrisinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi prosesinə başlanıldı. 1992-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin strukturunda müəyyən dəyişikliklər edildi, yeni kafedralar yaradıldı. Bu kafedralardan biri "Türk və Qafqaz xalqlari tarixi" kafedrası oldu. Keçmiş Sovetlər Birliyində nə türk xalqlarının, nə də Qafqaz xalqlarının tarixi müstəqil fənn kimi tədris olunmur, bu xalqların tarixi ilə bağlı məsələlər əsasən Rusiya tarixinə üstünlük verilən SSRİ tarixi fənni çərçivəsində tədris olunurdu. Bu baxımdan, yeni yaranmış şəraitdə türk və Qafqaz xalqlarının tarixinin müstəqil fənn olaraq tədrisinin zəruri olduğu hesab edildi. "Türk və Qafqaz xalqlari tarixi" kafedrası "SSRİ tarixi (sovet dövrü)" kafedrasının əsasında təşkil olundu. Kafedraya 1992-1994-cü illərdə tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Aslan Atakişiyev; 1994-1999-cu illərdə tarix elmləri doktoru, professor Tahir Baxşəliyev rəhbərlik etdilər. 1999-cu ildən kafedraya tarix elmləri doktoru, professor, "Sara Xatun" mükafatı laureatı Əsməd Muxtarova rəhbərlik edir. 2012-ci ildə rektorluğun növbəti əmri ilə “Türk və Qafqaz xalqları tarixi” kafedrasının əsasında 2 müstəqil kafedra – “Türk xalqları tarixi” və “Qafqaz xalqları tarixi” kafedraları yaradılıb. Hazırda “Türk xalqları tarixi” kafedrasında 8 müəllim ştatda (professor Əsməd Muxtarova, professor Nisbət Mehdiyeva, professor İsmayıl Məmmədov, dosent Sənubər İsmayılova, dosent Sevinc Ruintən, dosent Turan Axundova, müəllim Elmar Axundov. t.ü.f.d.Şəbnəm Cəfərova), 1 müəllim əvəzçiliklə (müəllim Rauf Hacıyev) fəaliyyət göstərir. Hazırda kafedraya tarix emləri doktoru, professor Əsməd Muxtarova rəhbərlik edir.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət