Arxeologiya və Etnoqrafiya Kafedrası 1922-ci ildə Şərq fakültəsi tərkibində Arxeologiya, numizmatika, etnologiya və etnoqrafiya kafedrası adı ilə fəaliyyətə başlamışdır. 1947-ci ildən Tarix fakültəsi nəzdində Arxeologiya kafedrası açılmış, lakin 1950-ci illərin sonunda bağlanmış və Ümumi tarix kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 1976-cı ildə Tarix fakültəsində yeni struktur bölməsi – Arxeologiya və etnoqrafiya kafedrası təşkil edilmiş, onun müdiri unikal Azıx paleolit düşərgəsinin tədqiqatçısı, Azərbaycan paleolitşünaslığının banisi prof., t.e.d. Məmmədəli Hüseynov seçilmişdir. Kafedraya 1976-1992-ci illərdə prof. t.e.d. Məmmədəli Hüseynov, 1992-2003-cü illərdə prof., t.e.d. Həvil Həvilov, 2004-2019 cü illərdə prof., t.e.d. Qüdrət İsmayılzadə, 2019-2023-cü illərdə dos., t.ü.f.d.Kərəm Məmmədov rəhbərlik etmişlər. 2023-cü ilin noyabrından kafedraya dos., t.e.d. Tarix Dostiyev rəhbərlik edir.
Kafedranın fəaliyyətinin başlıca vəzifələri:
- Arxeologiya və etnoqrafiya kafedrasının fəaliyyətinin başlıca məqsədi arxeologiya, etnologiya və etnoqrafiya, antropologiya sahələrində bakalavr səviyyəsi üzrə tədris, metodiki və tədqiqat fəaliyyətini həyata keçirmək, habelə magistr və doktorantura səviyyələrində arxeologiya, etnologiya və etnoqrafiya, antropologiya ixtisaslaşmaları üzrə kadr hazırlığını təmin etməkdir.
- Kafedrada kadr hazırlığının bütün səviyyələri – bakalavriat - magistratura - doktorantura üzrə təhsilin təşkili təmin etməkdir.
Bakalavr hazırlığı proqramı üzrə tədris olunan fənlər:
- Arxeologiya
- Azərbaycan arxeologiyası
- Qafqaz arxeologiyası
- Amerika arxeologiyası
- Arxeologiya və etnoqrafiya əsasları
- Etnoqrafiyanın əsasları
- Qafqaz etnoqrafiyası
- Amerika etnoqrafiyası
- Antropologiya
- Numizmatika
- Koreyanın etnoqrafiyası
- Yaponiyanın etnoqrafiyası
- Çinin etnoqrafiyası
- İranın etnoqrafiyası
- Pakistanın etnoqrafiyası
Magistr hazırlığı proqramı üzrə tədris olunan fənlər:
060206 – Arxeologiya və Etnoqrafiya
- Azərbaycan arxeologiyası
- Azərbaycan arxeologiyasında ilkin əkinçilik mədəniyyətləri
- Azərbaycanda islamaqədərki dini inanclar
- Azərbaycan numizmatikası
- Etnoqrafiyada ailə məişəti
- Azərbaycan etnoqrafiyası
060206 – Etnologiya
- Azərbaycan etnologiya elminin müasir problemləri
- Qafqaz antropologiyası və etnologiya
- Etnodemoqrafiya və əhalinin yerdəyişmə problemləri
- Etnologiya və Azərbaycanın mədəni irsində onun yeri
- Etnologiya və etnos anlayışları
- Müasir etnik proseslər
- Etnologiya elmi və onun xüsusiyyətləri
060207 – Antropologiya
- İnsanın yaranması problemi
- Bioloji antropogiya
- İqtisadi antropologiya
- Yaş və cins antropologiyası
- Sosial institutların təkamülü
- Antropologiyanın nəzəri problemləri
- Müasir sosial və humanitar elmlərdə antropoloji yanaşma
060207 – Mədəni Antropologiya
- Şəhər antropologiyası
- Etnogenez və arxeologiya
- Tarixi antropologiya
- Arxaik və ənənəvi mədəniyyətlər
- Etnikliyin antropologiyası
- Fiziki antropologiya
- Davranışın semiotikası və etnometodologiya
Kafedranın əməkdaşları:
Hal-hazırda kafedrada 11 əməkdaş, o cümlədən iki tarix elmlər doktoru, yeddi tarix üzrə fəlsəfə doktoru çalışır.
- Kafedra müdiri – t.e.d., dosent Dostiyev Tarix Meyrut oğlu, arxeoloq, İslam arxeologiyası, arxeoloji irs və nəzəriyyəsi üzrə mütəxəssis
- İsmayılzadə Qüdrət Seyfulla oğlu, kafedranın məsləhətçi-professoru, t.e.d., professor, arxeoloq, Azərbaycanın tunc dövrü mədəniyyətləri üzrə mütəxəssis
- Avşarova İradə Nizam qızı, kafedranın dosenti, t.ü.f.d., dosent, arxeoloq, elmi maraq dairəsi: Azərbaycanın tunc dövrü incəsənəti
- Pirquliyeva Qənirə Əli qızı, kafedranın dosenti, t.ü.f.d., dosent, numizmat, elmi maraq dairəsi: Azərbaycanın antik və orta əsr mumizmatikası
- İbrahimova Rəna Muxtar qızı, kafedranın dosenti, t.ü.f.d., etnoqraf, elmi maraq dairəsi: Azərbaycanın mənəvi mədəniyyəti, Şimali Qafqazın türk xalqlarının etnoqrafiyası
- Orucova Laləndar Ruhulla qızı, baş müəllim, t.ü.f.d., elmi maraq dairəsi:
- Bayramov Asif Cabir oğlu, baş müəllim, antropoloq, elmi maraq dairəsi, fiziki antropologiya, mədəni antropologiya
- Mahmudova Hicran Rəhman qızı, müəllimə, t.ü.f.d., arxeoloq, elmi maraq dairəsi: skif arxeologiyası, Azərbaycanın erkən dəmir dövrü arxeologiyası
- Əsədova Əmanət Allahverən qızı, müəllimə, t.ü.f.d.,etnoqraf, elmi maraq dairəsi: ailə məişəti, Azərbaycanın mənəvi mədəniyyəti
- Həvilova Fəxriyyə Həvil qızı, müəllimə, t.ü.f.d., etnoqraf, elmi maraq dairəsi: Qərbi Azərbaycanın maddi mədəniyyəti
- Yusifov Ağamir Əvəz oğlu, laborant