ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

İstiqamət:  Azərbaycan tarixinin mənbəşünaslığı, tarixşünaslığı və tarixi tədqiqat üsulları

Problem: Azərbaycan tarixinin aktual problemləri tarixi tədqiqatlarda

Mövzu 1: Azərbaycanın orta çağ dövründən cağ­daş dövrədək Vətən tarixşünaslığının problemlərinin tədqiqi

Elmi tədqiqat işi: 1

  1. Qafqaz Müsəlmanları İdarəsinin yaradılması və fəaliyyətinə dair tarixi mənbələr

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  professor Anar İsgəndərov

Məqsəd: İşin birinci mərhələsində Qafqaz Müsəlmanları İdarəsinin yaradılması və fəaliy­yətini Azərbaycan və gürcü mənbələrinin  araşdırılması nəzərdə tutulmuşdur.  

Nəticə: Tədqiqatla əlaqədar Azərbaycan və Gürcüstan Milli arxivlərindən xeyli mənbə toplanılıb, sistemləşdirilmişdir.

Elmi tədqiqat işi: 2

  1. Əhməd bəy Ağaoğ­lunun publisistikası

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  dos.Səidə Əli qızı

Məqsəd: Əhməd bəy Ağaoğlunun əsasən Azərbaycanda və Türkiyədə nəşr olunan publisistikasının təhlili əsasında onun ictimai-siyasi görüşlərini və fəaliyyətini, islamçılıq-milliyyətçilik-türkçülük, Qərbçilik-demokratiya və fərd azadlığınına əsaslanan liberal baxışları, Azərbaycan xalqının və bütövlükdə türk dünyasının milli-azadlıq hərəkatında iştirakı haqqında geniş təsəvvür yaratmaqdır. 

Nəticə: Müstəqillik illərində Ə.Ağaoğlunun milli-azadlıq hərəkatında iştirakının, zəngin və çoxşəxəli yaradıcılıq irsinin öyrənilməsinə diqqət artmış, nəticədə bir çox maraqlı tədqiqat əsərləri meydana çıxmışdır. 

Elmi tədqiqat işi: 

  1. XIX yüzilliyin I yarısında maarifçiliyin ictimai fikir tarixində yeri və rolu

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  dos.S.Qasımova

Məqsəd: Azərbaycanda XIX əsrdə ictimai fıkrin inkişafında mühüm rol oynayan mütəfəkkirlərdən Mirzə Şəfı Vazehi, Mirzə Məmmədəli  Kazım bəyi, Mirzə Fətəli Axundovu, Həsən bəy Məlikovu (Zərdabini) göstərmək olar.

Nəticə: 2021-ci ildə elmi plana əsasən XIX yüzilliyin I yarısında maarifçiliyin ictimai fikir tarixində yeri və rolu ilə əlaqədar məsələlərinə aydınlıq gətirilmiş, müvafiq materiallar toplanaraq araşdırma aparılmış, nəticə olaraq məqalələr hazırlanaraq elmi jurnallarda çap olunmuş, elmi konfranslarda məsələ ilə bağlı məruzələr edilmişdir.

 

Elmi tədqiqat işi: 4

 

  1. XX əsrin II yarısında Azər­bay­can tari­xşünaslığında tari­xi de­moq­­rafiyanın aktual məsələ­ləri

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  dos.A.Məmmədov

Məqsəd: Bu dövrdə tarixçilərimiz öz əsərlərində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində əhalinin təbii və mexaniki inkişaf artımına təsir göstərən amilləri sırf sözügedən dövrə dair ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-psixoloji və milli dəyərlər zəminində araşdırmağa cəhd etmişlər.

Nəticə: 2021-ci ildə elmi plana əsasən Azərbaycanın 40-60-cı illər tarixşünaslığında tarixi demoqrafiyanın aktual məsələlərinə aydınlıq gətirilmiş, müvafiq materiallar toplanaraq araşdırma aparılmış, nəticə olaraq isə məqalələr hazırlanaraq “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalın 2021-ci il tarixli 1-ci və 3-cü sayında və digər jurnallarda dərc edilmişdir.

 

Elmi tədqiqat işi: 5

 

  1. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədlərində qonşu dövlətlərlə münasibətlər

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  dos.əvəzi S.İsmayılov

Məqsəd: Osmanlı (Türkiyə) dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında münasibətlərin obyektiv tədqiqi üçün parlament sənədlərinin tədqiqata cəlb edilməklə yenidən araşdırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur

Nəticə: Sultan Türkiyəsinə fiziki varlığının qorunmasına görə borclu olan Azərbaycan heç zaman istiqlaliyyətini və suverenliyini Türkiyəyə də güzəştə getməyə razı olmamışdır.

 

Elmi tədqiqat işi: 6

  1. Azərbaycan xalqının xarici müdaxiləçilərə qarşı mü­barizəsinin "Kitabi-Dədə Qor­qud" eposunda əksi

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  dos.N.Abbasov

Məqsəd: Azərbaycan xalıqnın gürcü təcavüzünə qarşı mübarizəsinin "Kitabi-Dədə Qorqud" eposunda əksi ilə əlaqədar araşdırmalar aparmaqdan ibarət olmuşdur.

Nəticə: Oğuzların gürcü-qıpçaq təcavüzünə qarşı apardıqları mübarizə Azərbaycan Atabəylərinin gürcü çarları ilə apardıqları mübarizə ilə səsləşməkdədir.

 

Elmi tədqiqat işi: 7

  1. XIX əsrdə Qarabağın tarixi coğrafiyası

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  t.ü.f.d.E.Aslanov

Məqsəd: Qarabağ xanlığının 1747-ci ildən 1813-cü ilədək siyasi tarixinin bir sıra mühüm məsələlərinin tədqiqində  mühüm mənbələrdən biri də Azərbaycan tarixşünaslığının banisi Abbasqulu Ağa Bakıxanovun «Gülüstani İrəm» əsəridir.

Nəticə: 2021-ci ildə elmi plana əsasən mövzu ilə bağlı müvafiq materiallar toplanaraq araşdırma aparılmış, nəticə olaraq hazırlanan materiallar əsasında elmi konfranslarda məruzələr edilmiş, bu məruzələr konfrans materiallarında dərc edilmişdir

Mövzu 2: Azərbaycan Res­publikasının Təhsil Strategiya­sının Vətən tarixinin tədrisində  rolu

 

Elmi tədqiqat işi: 8

 

  1. Azərbaycan Respublika­sının Təhsil Strategiyası və tarixin tədrisinin aktual problemləri

Mövzunun rəhbəri: professor Anar İsgəndərov

İcraçılar:  dos.M.Məmmədova

Məqsəd: Vətən müharibəsində qazanılan şanlı Zəfər, çağdaş tariximizin dövlətin təhsil sahəsindəki strategiyasına uyğun olaraq, Azərbaycan tarixinin, Qarabağ tarixinin yeni tarixi reallıqlara münasib yazılmasını, gənc nəslin təlim-tərbiyəsinin bir faktor kimi təqdimatını təmin edir.Onlarda dövlətə, doğma Vətənə, torpağa sevgi formalaşdırır, torpağın hər qarışı uğrunda, Bayrağımız uğrunda ölməyi tərbiyə edir. Azərbaycanın türk dövlətləri birliyində, eləcə də dünya arenasında qazandığı uğurlu nəticələri dünya ölkələri tribunasından təbliğ etməyi bacarır. İnteraktiv təlim metodunun iş formalarının və üsullarının tətbiqi ilə məqsəd reallaşır.

Nəticə: 2021-ci ildə elmi plana əsasən mövzu ilə əlaqədar müvafiq materiallar toplanaraq araşdırma aparılmış, nəticə olaraq məqalələr hazırlanaraq elmi jurnallarda çap olunmuş, elmi konfranslarda məsələ ilə bağlı məruzələr edilmişdir.

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət