Elmi istiqamət: Azərbaycanın orta əsrlər dövrü, yeni və müasir tarixi
Mövzunun adı: Orta çağ, yeni və ən yeni dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni həyatının əsas problemlərinin yeni mənbələr əsasında araşdırılması
Elmi tədqiqat işi 1. XIX əsrin 40-cı illərində verilmiş aqrar qanunvericilik sənədlərinin Azərbaycan kəndində həyata keçirilməsi (1870-ci il əsasnaməsinədək)
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
Alınmış nəticələr: Azərbaycanın sahibkar kəndində işğaldan sonrakı dövrdə sosial münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi məsələsi tarixşünaslığımızda ilkin mənbələr əsasında lazımı şəkildə araşdırılmadığından öz elmi aktuallığını saxlamışdır.
1847-ci il Kəndli Əsasnamələrinin məzmunu və xarakterik xüsusiyyətlərinin üzə çıxarılması bu qanunvericilik sənədlərinin 20-25 il ərzində Azərbaycanın sahibkar kəndində hansı şəkildə tətbiq edilməsi vəziyyətinin öyrənilməsi.
1847-ci il Kəndli Əsasnamələrinin həyata keçirilməsi ilə Azərbaycanın sahibkar kəndində baş vermiş əsas dəyişikliklər ilk dəfə ilkin mənbələr əsasında müəyyən edilmişdir, həmin qanunvericilik sənədlərinin yarımçıq həyata keçirilməsi və onun səbəbləri üzə çıxarılmışdır. 1847-1870-ci illər arasında Əsasnamələrin ayrı-ayrı maddələrində müstəmləkəçi orqanlar tərəfindən edilmiş dəyişikliklər və bunun nəticələri müəyyən olunmuşdur.
Elmi tədqiqat işi 2. Mütəvəllinin hüquq və vəzifələri
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraşı: Professor Bayramov Zabil Həsrət oğlu
Alınmış nəticələr: Azərbaycan tarixçiliyində vəqf əmlakı və onunla bağlı vəzifələr, xüsusilə də vəqf əmlakının idarəçiliyi üçün müəyyən edilmiş mütəvəllinin hüquq və vəzifələrinin öyrənilməsi az tədqiq olunmuş problemlərdəndir. Mütəvəllinin Səfəvilər dönəmində hüquqlarının öyrənilməsi, səlahiyyət çərçivələrinin müəyyən edilməsi xüsusilə aktualdı. Bölgələr üzrə mütəvəllinin hüquq və səlahiyyətlərindəki fərqlərin öyrənilməsi, tarixi inkişaf mərhələlərinin dəqiqləşdirilməsi və ümumiyyələ qeyd edilən bu məsələlərə müasir tarixşünaslıqda diqqət ayrılması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Səfəvilər dönəmində əmlakın xeyriyyə məqsədilə vəqf edilməsi "vəqfnamə" adlanan xüsusi fərmanla rəsmiləşdirilirdi. Vəqfnamə xeyriyyə əmlakının şərtlərini və idarəolunması qaydalarını müəyyən etmiş olurdu. Eyni zamanda, idarəçiliyi həyata keçirən şəxslərin hüquq və səlahiyyətləri də bəzi hallarda vəqfnamələrdə tənzimlənirdi. Vəqfı idarə edən şəxs mütəvəlli və ya nazir adlanırdı ki, müəyyən hallarda bu vəzifə irsi keçə bilərdi. Lakin vəqf edilmiş əmlak heç bir halda satıla, bağışlana və ya girov qoyula bilməzdi.
Elmi tədqiqat işi 3. Azərbaycan dövlətçilik tarixində yeni mərhələ:Müstəqil Azərbaycan Respublikası.
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İçraçı: Professor Süleymanova Sevda Yunis qızı
Alınmış nəticələr: 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının tarixinin tədqiqi çox vacibdir. Belə ki, bu 32 il ərzində xalqımıza qarşı Xocalı soyqrımı törədilmiş, ərazimizin 20%-i erməni işğalına məruz qalmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Məhz bu il 100 illik yubileyini qeyd etdiyimiz ümümmilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə hökümət çevrilişi cəhdlərinin və respublika ərazisinin parçalanmasının qarşısı alınmışdır. İlk növbədə daxılı sabitlik təmin edilməklə aparılan islahatlar iqtisadı dirçəlişə səbəb olmuş, cəbhədə atəşkəs elan olunmuşdur. Təcrübəli dövlət xadimi H.Əliyevin yürütdüyü düzgün xarici siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq sahədə nüfuzu artmışdır. Onun vəfatı ilə əlaqədar hakimiyyətə gələn layiqli ardıcılı İlham Əliyev ilk növbədə ordunun gücləndirilməsi və son növ hərbi texnika ilə təchis edilməsinə diqqəti artıraraq xalqımız zəfərə qovuşdurmuş, respublikanın bütün ərazisində dövlət suverenliyini təmin etmişdir.
Elmi işdə 32 il ərzində respublikamızın sosial-iqtisadi inkişafı, beynəlxalq vəziyyəti və xarici siyasətində əldə edilən nailiyyətlər, ümummilli lider Heydər Əliyevin, eləcə də layiqli varisi möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü dövlət siyasətinin nə dərəcədə düzgün olmasının təsdiqidir.
Elmi tədqiqat işi 4. XIII əsrin birinci rübündə Azərbaycan-Gürcüstan münasibətləri (orta əsr gürcü mənbələri üzrə).
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: Dosent Nəsibov Yunis Məsməli oğlu
Alınmış nəticələr: XI - XIII əsrin əvvəllərində Cənubi Qafqaz regionunda siyasi və iqtisadi, sosial və etnik sahədə mühüm dəyişikliklər baş verdi, Qafqaz dövlətləri arasında yeni çoxtərəfli münasibətlər yarandı. Bu məsələlər bu günümüzdə də aktuallığını saxayır və araşdırmasında orta çağ gürcü mənbələrinin xüsusi yeri var. Mövzu üzərində iş davam edir, cəlb ounmuş mənbələrin və aid ədəbiyyatın əsasında bir neçə məqalə çap olunub, o cümədən müasir gürcü tarixşünasığında yanlış və saxta fikirər üzə çıxarııb, tənqid ounub.
Elmi tədqiqat işi 5. Üçkilsə katalikosluğunun gəlir mənbələri (dini vergilər və ianələr)
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İçraçı: Dosent Şabiyev Bəymirzə Şabi oğlu
Alınmış nəticələr: Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ilk növbədə erməni din xadimlərinin təbliğatı nəticəsində formalaşmışdır və bu təbliğatın aparılmasının iqtisadi bazası ilk növbədə Üçkilsə katalikosluğunun gəlirləri əsasında təşəkkül tapır. Bu baxımdan mövzunun öyrənilməsi aktuallıq kəsb edir.
Araşdırma nəticəsində məlum olmuşdur ki, Çuxursəəd bəylərbəyliyi ərazisində Üçkilsə katalikosluğuna məxsus vergilərdən maaf hüququna malik olan 750 və 1000 ha əkin sahəsi, üzüm və meyvə bağları, onlarla emal müəssisələri min başdan artıq xırda buynuzlu mal-qara və 20-dən artıq kənd olmuşdur.
Elmi tədqiqat işi 6. XIX əsrin son rübü və XX əsrin başlanğıcında Azərbaycan milli-azadlıq hərəkatının ideologiyasının müəyyənləşdirilməsi prosesində ruhaniliyin iştirakı
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: Dosent Hüseynli Rəsul Sabir oğlu
Alınmış nəticələr:İmperiyaların müstəmləkəçilik siyasətində din amili hər zaman mühüm rol oynamışdır. Müasir dövrdə daxil olduğumuz bölgədə və eləcə də müsəlman dünyasında baş verən proseslərin səbəblərini aydınlaşdırmaq baxımından məsələnin ideoloji aspektlərini araşdırmaq olduqca aktualdır.1. Azərbaycan ruhaniliyinin mütərəqqi nümayəndələri dövrün tələblərinə uyğun olaraq xalqımızın özünüdərk prosesində fəal iştirak edirdilər. 2.Bir sıra din xadimləri milli mətbuatın yaranmasında və inkişafında mühüm xidmətlər göstərirdilər. 3.Milli-azadlıq ideologiyasına insanların dini ehtiyaclarının təmin olunması, dini ayinlərin azad şəkildə icra edilməsi və ali dini təhsil ocaqlarının yaradılması kimi məsələləri əlavə etməklə onu təkmilləşdirmişdilər.
Elmi tədqiqat işi 7. Zavalişinin ekspedisiyası və Şimali Azərbaycan xanlıqlarının ruslar tərəfində işğalında onun rolu
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: baş müəllim Cavanşir Nurlana Allahyar qızı
Alınmış nəticələr: Cənubi Qafqaz uğrunda Rusiya ilə Qacar arasında gedən birinci müharibənin gedişinə Zavalişinin Xəzər dənizindəki ekspedisiyası zamanı təsiri məsələlərinin tarixşünaslığımızda az öyrənilməsi mövzunun aktuallığını şərtləndirmişdir.
İlkin mənbələr əsasında birinci Rusiya-Qacar müharibəsi dövründə Rusiyanın Zavalişinin başda olmaqla Xəzər dənizinə göndərdiyi hərbi ekspedisiyanın bölgədə baş verən hərbi siyasi hadisələrə təsirini araşdırmaqdan ibarətdir.
Araşdırma nəticəsində Zavalişinin başçılıq etdiyi hərbi ekspedisiyanın birinci Rus-Qacar müharibəsinin gedişində oynadığı rol aydınlaşdırılımışdır. Bu hərbi ekspedisiyanın Bakı və Lənkəran xanlıqlarının müharibədəki mövqeyinin müəyyənləşməsində, Qacarların Azərbaycan xanlarına hərbi köməyinin zəifləməsində rolu üzə çıxarılmışdır.
Elmi tədqiqat işi 8. Azərbaycanın siyasi mühacirəti
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: baş müəllim Süleymanlı Rabil Habil oğlu
Alınmış nəticələr: 1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunur və Azərbaycan Xalq Cumhuriyyəti süqut edir. AXC hakimiyyətinin vəzifəli şəxslərinə və Müsavat partiyası üzvlərinə qarşı böyük bir repressiya başlandı. Onlardan bəziləri öldürüldü, bir çoxu həbsxanaya atıldı, bir qismi isə sürgünə göndərildi. İmkan tapıb mühacirət edənlər də oldu. Müxtəlif ölkələrə, xüsusən Avropaya mühacirət edən AXC fəalları öz siyasi fəaliyyətlərini davam etdirərək Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni davam etdirdilər. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan siyasi mühacirətin öyrənilməsi ölkəmizin müstəqilliyi və suverənliyi uğrunda aparılan azadlıq mübarizəsi kimi bu gün də öz aktuallığını saxlayır.
Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra xarici ölkələrə mühacirət edən siyasi fəallar burada öz siyasi fəaliyyətlərini davam etdirmişlər. Onlar qazet və jurnallar buraxmış, məqalələr və kitablar nəşr etdirmişlər. Avropanın nüfuzlu siyasi xadimləri ilə görüşlər keçirilmiş və Azərbaycanınn müstəqilliyi məsələsini müzakirə etmişdilər. Azərbaycanın siyasi mühacirlərinin siyasi fəaliyyəti və onların öyrənilməsi işğal altında olan Şimali Azərbaycanda, həmçinin Cənubi Azərbaycanda milli şüurun oyanmasında böyük rol oynamışdır.
Elmi tədqiqat işi 9. Din və etnik kimlik faktorunun müxtəlif rakurslardan təhlili
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: Dosent Əliyeva Lalə Ağamirzə qızı
Alınmış nəticələr: Xilafət dövründə və sonrakı dövrlərdə dini və etnik kimlik probleminin araşdırılması həm elmi, həm də müasir dövrümüzün siyasi prosesləri ilə əlaqədar olaraq ictimai baxımdan aktuallıq kəsb edir. Belə ki, islamlaşma və Alban Apostol kilsəsinin tarixi taleyi məsələsinin araşdırılması zərurəti günümüzdə də öz aktuallığını saxlamaqdadır.
Xristian dini doktrinalarını siyasi vasitəyə çevirən Bizans imperiyası həm Sasanilər, həm də Ərəb Xilafətinin işğalları dövründə Yaxın və Orta Şərqdə, eləcə də Qafqazada siyasi nüfuzunu gücləndirməyə çalışırdı. Mehranilərin, xüsusən də Cavanşirin hakimiyyət illəri (638-680) Bizansın monofelitizmi siyasi vasitəyə çevirdiyi dövrlə (638-681) üst-üstə düşür. Bizansla müttəfiq olan Alban hökmdarı Cavanşir təbii ki, bu təlimin ardıcıllarından olmuş və məntiqli olaraq himayəsində olan kilsə də monofelitizmi dəstəkləmişdir. Bu isə o deməkdir ki, Qafqaz Alban kilsəsi Erməni Qriqorian kilsəsinin tabeliyində olmamışdır.
Elmi tədqiqat işi 10. XVII əsrdə Azərbaycan Səfəvi dövlətinin yerli idarəçilik sistemi
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: baş müəllim Həsənov Ərşad Həsən oğlu
Alınmış nəticələr: Çox geniş əraziləri əhatə edən Azərbaycan Səfəvi dövləti inzibati baxımdan 13 bəylərbəyliyə və 4 valiliyə bölünmüşdü. Bu inzibati vahidləri şahın təyin etdiyi hakimlər idarə edirdilər. Azərbaycan Səfəvi dövlətinin yerli idarəçilik sisteminin öyrənilməsi hal hazırda öz aktuallığını saxlamaqdadır. Tarixi Azərbaycan torpaqlarından kənarda yerləşən inzibati vahidlərdə Səfəvi şahlarının həyata keçirdikləri mərkəzləşdirmə siyasəti, yerli sülalələrin ləğv olunması və yerli hakimlərin mərkəzdənqaçma meyillərinin qarşısının alınmasının öyrənilməsi bugünkü dövlət quruculuğu siyasəti baxımındanda aktualdır.
Azərbaycan Səfəvi dövlətinin yerli idarəçilik sisteminin öyrənilməsində məqsəd, ayrı-ayrı inzibati ərazilərdə mərkəzləşdirmə siyasəti və yerli idarəçilik sistemində buraxılan bəzi çatışmazlıqları öyrənməktən ibarətdir.
Ayrı-ayrı inzibati vahidlərin idarə olunmasında dövlət məmurlarının hüquq və səlahiyətlərini necə yerinə yetirmələri müəyyən edilmişdir. Bununla yanaşı mərkəzdənqaçma meyillərinin aradan qaldırılması, yerli inzibati vahidlərin idarə olunmasında buraxılan çatışmazliqlar müəyyənləşdirilmişdir.
Elmi tədqiqat işi 11. XV əsrdə Azərbaycanın Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələri.
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: Dosent Cavadova Almas Sabir qızı
Alınmış nəticələr. XV əsrin II yarısında Osmanlı imperiyasının Şərq və Qərb istiqamətində işğalçılıq siyasəti yeritməsinə baxmayaraq, bu bölgənin mühüm ticarət mərkəzləri Azərbaycanın Qərbi Avropa dövlətləri ilə ticarət əlaqələrində əhəmiyyətli rol oynayırdı. Türkiyə Dövlət arxivlərində saxlanılan müxtəlif mənbələrdəki məlumatların tədqiqata cəlb edilməsi nəticəsində araşdırdığımız problemlə bağlı olduqca qiymətli məlumatlar açıqlanmışdır. Bu məlumatların tədqiqata cəlb edilməsilə yeni elmi nəticələr əldə edilmişdir.
Bəhs etdiyimiz dövrdə arxiv sənədlərindəki məlumatlar belə bir ümumi nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan tacirləri Qara və Aralıq dənizlərinin ticarət mərkəzlərində istər yerli və istərsə də Avropa tacirləri ilə ticarət əlaqələrinə malik idilər, mühüm alqı-satqı xammalı olan Azərbaycan xam ipəyi bu dövrdə də beynəlxalq ticarətdə mühüm əhəmiyyətə malik idi və qiymətli əmtəə hesab edilirdi.
Elmi tədqiqat işi 12. Uc torpağı institutunun tətbiq edildiyi ərazilərin səfəvilərdən sonrakı tarixi
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: Dosent Məmmədova Arzu Əşrəf qızı
Alınmış nəticələr:Səfəvilərdən sonra Azərbaycanın qonşu ölkələrlə sərhədlərində yerləşən hərbi-strateji əhəmiyyətə malik bölgələrinin-uc torpaqları indiyədək tarixşünaslığımızda geniş şəkildə araşdırılmadığından elmimiz üçün aktuallıq kəsb edir.
Uc torpaqlarda yerləşən bölgələrin sosial-iqtisadi və inzibati idarə quruluşunun xüsusiyyətləri müəyyən edilmişdir.Car-Balakən azad camaatları ilə Rusiya imperiyası arasında bağlanmış “Andlı öhdəlik” ilk dəfə Qafqazda imzalanan digər Andlı öhdəliklərdən fə
Elmi tədqiqat işi 13. XVI-XVII əsrlərdə Azərbaycan Səfəvi dövlətində qeyri-müsəlmanların mövqeyi
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: Dosent əvəzi İbrahimova Ülviyyə Əjdər qızı
Alınmış nəticələr: Azərbaycan Səfəvilər dövlətinin gürcü tarixi ədəbiyyatında İran dövləti kimi təqdim edilərək türkman tayfalarının rolunun azaldılması və bu dövlətin idarə edilməsində qeyri-müsəlmanların rolunun şişirdilməsi XVI-XVII əsrlərdə Səfəvi dövlətində qeyri-müsəlmanların mövqeyi mövzusunda araşdırmanı aktual edir.
1.Səfəvi dövlətinin ərazisində yaşayan qeyri-müsəlman əhaliyə xüsusi bir təzyiq göstərilməmişdir.
- Dövləin idarə edilməsində yüksək vəzifələrin etibar edildiyi qeyri-müsəlmanların islamı qəbul etmələri şərt idi.
- Yüksək vəzifələrin etibar edildiyi qeyri-müsəlmanlar özlərini islamı qəbul etmi. Kimi göstərmiş və hər əlverişli fürsətdə Səfəvilərə xəyanət etmişlər.
Elmi tədqiqat işi 14. Naxçıvanın sosial-iqtisadi və mədəni durumu ilkin qaynaqlarda
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: t.ü.f.d.İslamova Zəhra Rüstəm qızı
Alınmış nəticələr. XV-XVIII əsrlər aid ilkin mənbələrdə bu dövrdə Naxçıvanın gündəlik həyatı, təsərrüfat fəaliyyəti və mədəni əlaqələri haqqında dəyərli məlumatlar verir. Bu mənbələr Naxçıvanın sosial dinamikası, iqtisadi axtarışları və mədəni irsi haqqında zəngin tarixi təsəvvür yaratmaqla yanaşı, regionun keçmişi haqqında təsəvvürlərimizi zənginləşdirir. İlkin mənbələr əsasında bölgənin siyasi tarixinin araşdırılması, Baharlı, Bayandurlu və Səfəvilər sülalələrinin hakimiyyəti dövründə Naxçıvanın sosial-iqtisadi və mədəni durumunun öyrənilməsi Azərbaycan tarixçiliyi üçün mühüm əhəmiyyət kəsb edir
Bəhs etdiyimiz dövrdə ilkin mənbələrdə Naxçıvan haqqında məlumatlar fraqmental şəkildə təqdim edilmişdi. Onların bir yerə toplanması, müqayisəli təhlillər aparılması və tarixi gerçəkliyin əldə edilməsi mühüm əhəmiyyət kəsb edir. Əldə edilmiş nəticəyə əsasən Naxçıvan strateji əhəmiyyətinə, coğrafi mövqeyinə görə orta əsrlər dövründə hakim sülalələr üçün mühüm ərazilərdən biri olmuşdu. Bölgənin müdafiəsi mərkəzi hökumətin qarşısına qoyduğu əsas məsələ olmuş, bu səbəbdən iqtisadi və sosial baxımdan inkişaf etmiş ərazilərdən biri hesab edilirdi.
Elmi tədqiqat işi 15. Səfəvilərin Hindistan, Çin və Uzaq Şərq ölkələri ilə iqtisadi əlaqələrinə
Mövzunun rəhbəri: Dosent Abdullayev Mehman Qəhrəman oğlu
İcraçı: t.ü.f.d. Qəribova Aysel Əkrəm qızı
Alınmış nəticələr. Səfəvilər sülaləsinin Çin, Hindistan və digər Şərqi Asiya dövlətləri ilə əlaqələri ticarət, diplomatiya və mədəni əlaqələr üzəründə qurulmuşdu. Səfəvilər sülaləsinin müxtəlif Şərqi Asiya dövlətləri ilə ticarət tərəfdaşlığı, diplomatik ünsiyyət və qarşılıqlı mədəni təsirlərdən ibarət çoxşaxəli əlaqələri olub. Azərbaycan tarixçiliyinin az öyrənilmiş mövzularından biri kimi Səfəvilərin Şərq ölkələri ilə, əsasən da Çin və Hindistan ilə iqtisadi əlaqələrinin araşdırılması mühüm əhəmiyyət kəsb edir.
Səfəvilərin Hindistanı əhatə edən Moğol İmperiyası ilə ticarət və diplomatik əlaqələri Şərq-Avropa arasında əlaqələndirici rolunun əsasına təşkil edirdi. Səfəvilərin Çinlə iqtisadi əlaqələr qurmuş, Azərbaycan xalçalarını, tekstil məmulatlarını və digər dəbdəbəli əşyaları Çin ipəyi, çini və digər mallara dəyişdirən ticarətlə məşğul olmuşlar. İpək Yolu kimi tanınan bu ticarət yolu Səfəvilər və Çin arasında məhsul və elmi biliklərin mübadiləsini asanlaşdıraraq mədəni və iqtisadi inkişafı təmin etmişdi.