ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

Elmi istiqamət və elmi tədqiqat mövzuları:

Problem: XIX əsrin ilk onilliklərindən XXI əsrin ilk onilliklərinədək  Azərbaycan tarixinin başlıca problemləri  

Elmi tədqiqat işi 1.Polşa  memarları Azərbaycanda.

Elmi təaqiqat işi üzrə çalışan əməkdaşlar: dosent Azad Rzayev

Azərbaycanda fəaliyyət göstərən Polşa memarlarının fəaliyyətini araşdırıb və yenidən öyrənmək.

Aktuallığı:Elmi işdə XIX əsrin sonu-XX əsrin əvvəli Azərbaycan memarlığında böyük iz qoyan Polşa memarlarının fəaliyyəti araşdırılır.

Məqsəd: XIX əsrin sonu-XX əsrin əvvəli Bakıda Polşa memarlarının layihələri üzrə tikilən memarlıq abidələrini təhlil etmək, onların yaranmasında iştirak edən memarların fəaliyyətlərinin dərin təhlil etmək.

Alınmış nəticələr: İşdə Polşa memarları olan Ploşko, Qoslavskiy və başqalarının fəaliyyəti dərindən yeni arxiv və foto materialları əsasında göstərilib və ilk dəfə memarların fəaliyyəti geniş təhlil olunub.


Elmi tədqiqat işi 2. Aprel (1920-ci il) çevrilişi və Azərbaycanda Kommunist hakimiyyətinin qurulması. Üsyanlar və müqavimət hərəkatı

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar:  professor Fəzail İbrahimli

Aktuallığı: 1920-ci il 26 maydan 20 iyunadək Gəncədə, Tərtərdə, Ağdamda, Şuşada və Zaqatalada silahlı üsyanların əsas səbəbinin bolşeviklərin hakimiyyətə gəlməsinin ilk günlərindən Azərbaycanda bərqərar olan hərbi diktatura rejiminin anti Azərbaycan xarakteri, respublikada və xüsusilə qəzalarda fəaliyyət göstərən XI Ordunun Xüsusi şöbəsinin özbaşınalıqları, tam sərbəst fəaliyyət göstərərək hökuməti belə saymayan Fövqəladə Komissiyanın terroru olması müəyyən olunmuşdur.

Məqsəd: Sovet hakimiyyətinin qurulması Azərbaycan xalqının iradəsinə zidd idi və antisovet üsyanları, müqavimət hərəkatının faktlarla daha da dərindən və detallı tədqiq edilməsi elmi işin məqsədini təşkil edir.

Alınmış nəticələr: Elmi işdə gəlinən ən mühüm elmi nəticə 1920-ci il aprel hadisələrini sükutla qarşılayan Azərbaycan xalqının müdrik olduğu qədər mübariz və əzmkar, milli-dövlətçilik ənənələrinə sadiq bir millət olaraq sovet işğal rejimi ilə barışmamış, ona qarşı ciddi müqavimət göstərmişdir.


Elmi tədqiqat işi 3. I yüzilliyin əvvəllərində Bakının dünya neft mərkəzinə çevrilməsi. Birinci dünya savaşının sonunda Bakı nefti uğrunda beynəlxalq rəqabətin başlanması.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: professor Elmira Muradəliyeva

Aktuallığı: I dünya savaşı dövründən etibarən neftin hərbi-siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətini üstələdi. “Standart Oil” in bu  prosesdə rolu ”Royal Dutch/ Shell” in Bakı nefti uğrunda güzəştsiz toqquşmada iştirakı. Zaman ötdükcə  dünyada neftin hərbi-siyasi əhəmiyyəti ön plana çəkildi. İlk dəfə müşahidə olunub:

Məqsəd: İlk çağda iqtisadi xarakter daşıyan bu rəqabət getdikcə dünya siyasətinə təsir göstərmişdi. Zaman ötdükcə  dünyada neftin hərbi-siyasi əhəmiyyəti ön plana çəkildi. İlk dəfə müşahidə olunub:

Alınmış nəticələr: I dünya savaşı dövründən etibarən neftin hərbi-siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətini üstələdi. “Standart Oil” in bu  prosesdə rolu ”Royal Dutch/ Shell” in Bakı nefti uğrunda güzəştsiz toqquşmada iştirakı.


Elmi təaqiqat işi 4. Azərbaycan SSR 1946-1953-cü illərdə

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: professor İbrahim Zeynalov

Aktuallığı: II Dünya müharibəsindən sonra obyektiv prinsiplər və tarixi faktlar və arxiv materialları əsasında Azərbaycanda gedən ictimai-siyasi prosesləri müqayisəli təhlil əsasında öyrənmək. Həmçinin şəxsiyyətə pərəstişin və diktatura rejiminin güclənməsi şəraitində Azərbaycanda siyasi idarəçilik məsələlərinin tədqiq etmək.

Məqsədi: Tədqiqat işində başlıca məqsəd müharibədən sonra diktatura rejiminin gücləndiyi bir şəraitdə Azərbaycan SSR-də Mircəfər Bağırov və onun rəhbərliyi altında fəaliyyət göstərən qurum rəhbərlərinin fəaliyyətinin nəticələrini: siyasi rejimin daha da sərtləşməsinin, repressiyaların yeni dalğasının güclənməsinin Azərbaycanın ictimai-siyasi həyatı üçün ağır nəticələri yenə də köhnə metodlarla idarəetmə, görkəmli dövlət elm və mədəniyyət xadimlərinin xalqın qabaqcıl ziyalılarının təqib olunmasının idarəetmədə qeyri-azərbaycanlılara rus dilinə üstünlük verilir, hökumət və digər qurum rəhbərləri Azərbaycan dilini bilmir, ya da istifadə etmirdi. Nəticədə Respublika əhalisi, xüsusi ilə rayon, kənd əhalisinin kargüzarlıq məsələlərində ciddi problemlər yaranırdı; rayonlara yerli əhali ilə görüşə gedən respublika rəhbərləri Azərbaycan dilini bilmədiyi üçün tərcüməçilərdən istifadə edirdilər.

Alınmış nəticələr: 1. Həqiqətin söylənilməsi, problemlərin çözülməsinə obyektiv yanaşılması Azərbaycanın ictimai-siyasi həyatında mövcud vəziyyət aşkar edilir. 2. Stalinizmin anatomiyasının açılması və respublika üçün onun ağır nəticələri və milli respublikaların siyasi, hüquqi, sosial-iqtisadi hüquqlarının pozulması. 3. Milli-mənəvi, sosial-siyasi hüquqlarının məhdudlaşdırılmasının hökm sürməsi. Gerçəkliyin açılmasını təmin edən əsl həqiqətlərin ortaya çıxarılması.


Elmi tədqiqat işi  5. Aprel işğalı və sovet dövlət idarəetmə sisteminin yaradılması

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: professor Nuru Məmmədov

Aktuallığı: Azərbaycan dövlətçiliyinin araşdırılması, dövlət strukturlarının yaradılması və formalaşması, ali və yerli hakimiyyət orqanlarının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malikdir.

Məqsəd: 1920-30-cu illərdə Respublikada həyata keçirilən bir çox dövlət quruculuğu tədbirlərini, o cümlədən Qarabağ məsələsini Naxçıvan məsələsini, ərazi itkiləri məsələlərini araşdırmaq və geniş oxuculara çatdırmaq, Dövlət quruculuğuna aid olan bəzi problemli məsələləri ayrıca məqalələr kimi nəşr etdirmək və ayrıca monoqrafiya çap etdirmək.

Alınmış nəticə: 1920-30-cu illərdə Azərbaycan dövlətçiliyi kompleks formada ilk dəfə olaraq tədqiq edilir. Problemin tədqiqi və elmi-nəzəri nəticələri Azərbaycan tarixşünaslığında yeni bir istiqamətin əsasının qoyulması. Aparılan tədqiqat Azərbaycan dövlətçiliyi tarixində yenilik hesab edilə bilər.


Elmi tədqiqat işi 6. Azərbaycan cəmiyyətində qadınların sosial durumu (1900-1920-ci illər)

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: t.ü.e.d. Lətifə Əliyeva

Aktuallığı: Müasir elmi ictimaiyyətin müxtəlif tarixi dövrlərdə qadınların həyatının, sosial əhval-ruhiyyəsinin və sosial simasının öyrənilməsinə xüsusi diqqət yetirməsi ilə əlaqədardır.

Məqsəd: 1920-1922-ci illərdə Sovetlərin qadınlara və qadın emansipasiyasına münasibətdə dövlət siyasətini bütün mürəkkəbliyi və ziddiyyətliyi ilə yeni nöqteyi-nəzərdən təhlil etmək.

Alınmış nəticə:  İlk dəfə olaraq 1920-1922-ci illərdə Sovetlərin Azərbaycanda “qadın tarixinin” sosial-siyasi tarixi, gündəlik həyat tərzi tarixi və gender tarixi kontekstində öyrənilməsi cəhd olunmuşdur. Tədqiqatın materialları, ümumiləşdirilmələri və nəticələri Azərbaycanın ümumi tarixinin müvafiq bölmələrini tamamlayır və inkişaf etdirir.


Elmi tədqiqat işi 7. Azərbaycan Fevral inqilabından sonra

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: professor Cəmilə Rüstəmova

Aktuallığı: 1917-ci il fevral inqilabından sonra Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyəti yeni arxiv sənədlər və yeni tədqiqatlar əsasında  araşdırıb öyrənilməsi.

Məqsəd: Azərbaycanda Fevral inqilabından sonra müstəqilliyə aparan yolda milli-azadlıq hərəkatının yeri və rolunu tədqiq etmək, hərəkatın liderlərinin fəaliyyətini araşdırmaq

Alınmış nəticə: Azərbaycanda Fevral inqilabından sonra müstəqilliyə aparan yolda milli-azadlıq hərəkatının yeri və rolunu tədqiq etmək, hərəkatın liderlərinin fəaliyyətini araşdırmaqdır.


Elmi tədqiqat işi 8. Problemlə bağlı arxiv materiallarını toplamaq.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: dosent  Boran Əziz

Aktuallığı: Xalqımızın qan yaddaşının, milli kimliyinin unutdurulması, ”simasızlaşdırılması”, manqurdlaşdırılması siyasəti yeridən Sovet hökumətinin, KP-nin ideologiyasına qarşı açıq və ya gizli dirəniş  göstərən, mübarizə aparan “İttihad” partiyasının Qarabağ təşkilatının fəaliyyətinin əhəmiyyətini müəyyənləşdirmək.

Məqsəd: Sovet totalitar sisteminin qəddarlıqla həyata keçirdiyi repressiya Vətənimizin hər yerində tətbiq edilmişdir. Lakin keçən əsrin 30-cu illərində Ağdam rayonundan repressiya olunmuş adamlar indiyə qədər araşdırma mövzusu olmayıb. Bu isə elmi, tərbiyəvi, siyasi əhəmiyyət daşıyan problemin yarımçıq olmasına səbəb olmuşdur. lk dəfə olaraq üzə çıxardığım arxiv materialları əsasında artıq tamamladığım əsər olduqca aktual olmaqla tarixşünaslığımızda olan bu sahədəki boşluğu qaldıracaqdır.

Alınmış nəticə: Milli-mənəvi dəyərlərin qorunmasında, kommunist ideologiyası və sovet işğal sisteminə qarşı mübarizədə “İttihad” partiyasının Qarabağ təşkilatının apardığı mübarizənin yeri və rolu müəyyənləşdirilmiş, ilk dəfə olaraq Ağdam rayonu və Mərzili kəndindən repressiya olunanlar haqqında arxiv materialları əsasında yazılan iş bu problemdə olan boşluğu aradan qaldırılmasına kömək edəcək.


Elmi tədqiqat işi 9. Azərbaycan milli hərəkatını doğuran səbəblər.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Kəmalə Nəcəfova

Aktuallığı: Mövzusunun aktuallığı onunla izah olunur ki, hal-hazırda dünyada yaşayan beş minə yaxın xalqın cəmi 193-ü BMT tərəfindən qəbul edilən milli sərhədlər çərçivəsində öz suverenliyini və dövlət müstəqilliyini elan etməyə nail olmuşdur. Müstəqilliyə nail olmayan xalqlar içərisində elələri var, ki, əhali və ərazi cəhətdən Azərbaycandan böyükdür. Deməli, müstəqilliyin əldə olunması üçün ilk növbədə tarixi şərait və milli iradə, millətin iqtisadi, sosial-siyasi və ideya-nəzəri hazırlığı tələb olunur. Ümummilli liderimiz H.Ə.Əliyevin də diqqət çəkdiyi kimi, «XIX əsrdən başlanan müxtəlif ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz gərin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Beləliklə, Azərbaycan Xalq cümhuriyyətinin yaranması üçün münbit zəmin yarandı”.

Məqsəd: XIX əsrin son rübü – XX əsrin əvvəllərində də Azərbaycan milli hərəkatını doğuran səbəblər – çar Rusiyasının Azərbaycanda iqtisadi, siyasi, milli - mənəvi zülm siyasəti yeni arxiv sənədləri, yerli, mərkəzi və xarici mətbuat materialları və elmi ədəbiyyatlar əsasında tədqiq olunmasıdır. Elmi işin digər məqsədi çar hökumətinin Azərbaycan xalqını daim itaətdə saxlamaq cəhdlərinin uğursuz olmasının səbəblərini izah etməkdən ibarətdir.

Alınmış nəticə: Yerli və beynəlxalq konfrans materiallarında, elmi jurnallarda tezis və məqalə olaraq nəşr olunaraq elm ictimaiyyətinin diqqətinə çatdırılması, tədris prosesində istifadə olunmasıdır.

Azərbaycan milli hərəkatının birinci mərhələsində milli mətbuatda  gedən əsas  müzakirələrin, arxiv sənədləri və mənbələr əsasında çar Rusiyasının Azərbaycanda iqtisadi, siyasi, milli-mənəvi  zülmün siyasəti öyrənilməsidır.


Elmi tədqiqat işi 10. Mövzuya dair sənəd və materialların arxiv və kitabxanalardan toplanıb sistemləşdirilməsi.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Sevda İsmayılova

Aktuallığı: 1941-1945-ci illərdə Azərbaycan SSR-də sovet hakimiyyətinin elm, təhsil sahəsində həyata keçirdiyi siyasəti, elm, təhsil sisteminin öz işini müharibənin ehtiyaclarına uyğun qurması, elmin faşizm üzərində qələbəyə töhfəsi, 4 ali məktəbin ADU-ya birləşdirilməsi, Universitetdə tədris proqramı, elmi-tədqiqat, siyasi tərbiyə işinin yenidən qurulması və s. məsələlərin sovet tarixşünaslığından fərqli olaraq ideoloji basqıdan uzaq, obyektivcəsinə araşdırılması

Məqsəd: Mövzuya dair sənəd və materiallar arxiv və kitabxanalardan toplanıb sistemləşdirilmişdir. Müəyyən olunmuşdur ki, 1941-1945-ci illərdə Azərbaycan SSR-də sovet hakimiyyətinin elm, təhsil sahəsində həyata keçirdiyi siyasət, elm, təhsil sisteminin öz işini müharibənin ehtiyaclarına uyğun qurması, elmin faşizm üzərində qələbəyə töhfəsi, tədris proqramı, elmi-tədqiqat, siyasi tərbiyə işinin yenidən qurulması və s. istiqamətində aparılması.

Alınmış nəticə: Müxtəlif ədəbiyyat və mənbələr elmi dövriyyəyə gətirilərək, 1941-1945-ci illərdə Azərbaycan SSR-də sovet hakimiyyətinin elm, təhsil sahəsində həyata keçirdiyi siyasət, elm, təhsil sisteminin öz işini müharibənin ehtiyaclarına uyğun qurması, elmin faşizm üzərində qələbəyə töhfəsi, həm də sovet hakimiyyətinin Azərbaycan SSR-də milli-mənəvi sahədəki siyasi maraqlarından irəli  gəldiyi göstərilməsi.


Elmi tədqiqat işi 11. Dövlət Müstəqilliyinin bərpası (1991 avqust-oktyabr)

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Xumar Səfərova

Aktuallığı: SSRİ-nin süqutu ərəfəsində  imperiyanın tərkibinə daxil olan respublikalarda milli-azadlıq hərəkatının geniş vüsət alması baş verdi. Bu baxımdan Azərbaycan SSR XX əsrin 80-ci illərin sonunda SSRİ məkanında ən güclü xalq hərəkatı baş verən region idi.

Məqsəd: Müstəqilliyin əldə  edilməsi, möhkəmləndirilməsi və qorunub saxlanılması tarixlərinin araşdırılması işin əsas məqsəddir. İşin məqsədində müstəqilliyimizin ilk illərində yaşanmış çətinliklərin siyasi analiz edilməsi, yaşanmış faciələrin səbəbləri açıqlanır və əldə edilir.

Alınmış nəticə: Müstəqillik tarixin iqtisadi, siyasi,  hərbi sahədə əldə olunan nailiyyətidir.

SSRİ-də kəskinləşmiş ictimai-siyasi proseslər zəminində Dağlıq Qarabağ problemi və Azərbaycanda xalq hərəkatının genişlənməsi göstəriləcək. M.S.Qorbaçovun ermənipərəst siyasəti və Azərbaycan rəhbərliyinin təslimçi mövqeyini acı nəticələri işıqlanacaq. 20 yanvar faciəsinin törədilməsinə siyasi qiymət veriləcək. 1991-ci il 18 sentyabr “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul olunmasının tarixi əhəmiyyəti işıqlandırılmasısır.


Elmi tədqiqat işi 12. Azərbaycan Cümhuriyyətinə qarşı bolşeviklərin  “Müstəqil Sovet Azərbaycanı” şüarı

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Arifə Adıgözəlova

Aktuallığı: Dövlət müstəqilliyi ilə əlaqədar olduğu üçün bu gün də aktualdır. Azərbaycan Cümhuriyyətinə qarşı müxalifətçi mövqe tutan bolşevik təşkilatlarının fəaliyyəti dövlət daxildən zəiflədən amillər sırasında xüsusi yer tutması.

Məqsəd: Bolşeviklərin “Müstəqil Sovet Azərbaycanı” şüarını irəli sürməsinin əsil məqsədini işıqlandırmaqdır.

Alınmış nəticə: ”Müstəqil Sovet Azərbaycanı” şüarı  irəli  sürən bolşeviklər əslində Azərbaycanda dövlət çevrilişi üçün “münasib şərait yaratmaq” məqsədi güdürdü. Bunun  ardınca Rusiya Kommunist partiyası “Zaqafqaziya Sovet respublikaları ilə Sovet Rusiyasının ittifaqı” şüarını irəli sürdü.


Elmi tədqiqat işi 13. Xəzər dənizinin və ətraf bölgələrin tarixi inkişafı.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Ələmdar Şahverdiyev

Aktuallığı: Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatının inkişaf etdirilməsində aparıcı rol oynayan sahələrdən biri Xəzər dənizinin  təbii ehtiyatlardan səmərəli istifadə olunması idi.

Məqsəd: Xəzər dənizinin ölkə iqtisadiyyatı üçün gəlir gətirə biləcək sahələrindən biri də dəniz turizminin inkişaf etdirilməsidir

Alınmış nəticə: Xəzər dənizinin Azərbaycan ölkəşünaslığında rolu, Azərbaycanın Xəzər regionu üçün strateji əhəmiyyət kəsr etməsi.

Elmi tədqiqat işi 14. Azərbaycanda sənayenin dinamik inkişafı və onu şərtləndirən amillər

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Vaqif Nəbiyev

Aktuallığı: İlham Əliyevin Azərbaycanın prezidenti seçildikdən sonra  göstərilən dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi, iqtisadiyyatın bütün sahələrində böyük nailiyyətlər qazanılmış, eləcədə mədəni inkişafa nail olunması və bu sahədə Heydər Əliyev Fondunun apardığı çoxsahəli fəaliyyətin düzgün faktlar əsasında elmi ümumiləşdirməyə nail olmaqdır.

Məqsəd: Respublikada sənayenin aparıcı sahələrindən biri olan neft sənayesinin inkişafına nail olunması sahəsində atılan uğurlu addımların başqa sənaye sahəsinə təsiri və neftdən gələn gəlirlər hesabına yeni sənaye müəssisələrinin yaradılmasının təmin edilməsi və Prezident İlham Əliyevin düzgün iqtisadi strategiyasının Respublikanın dinamik inkişaf edən ölkəyə çevrilməsinin elmi əsaslarla şərh etməkdir.

Alınmış nəticə: Əldə edilmiş ən mühüm nəticə geniş faktiki materiallar əsasında sənayenin dinamik inkişafını şərtləndirməkdir.

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət