İstiqamət: Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi
1. Macarıstanın Avropa İttifaqı və NATO təşkilatları tərkibində fərqli siyasəti
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: Dos.E.Ə.Hüseynova
Məqsəd: Müasir regional münaqişələr və Macarıstanın fərqli yanaşmasının təhlili
Nəticə: Macarıstan Respublikasının NATO və Avropa İttifaqı üzvü olmasına baxmayaraq təşkilatların ənənəvi siyasətindən fərqli siyasət yeritməsinin araşdırılıb, regional münaqişələrdə tutduğu mövqenin təhlili verilmişdir.
2. ABŞ-da Vətəndaş müharibəsi müasir tarixşünaslıqda
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: Dos.R.Q.Hətəmov.
Məqsəd: Vətəndaş müharibəsi ərəfəsində ölkədə köləlik probleminin kəskinləşməsinin səbəblərini müəyyənləşdirmək
Nəticə: ABŞ-da köləlik probleminin kəskinləməsinin səbəbləri, problemin həlli ilə bağlı ayrı-ayrı siyasi qüvvələrin təqdim etdiyi proqramlar, təşəbbüslər, onların müzakirəsinin yekunları ilə bağlı tarixşünaslığın müasir vəziyyəti təhlil edilmişdir. Bu zaman ABŞ-da köləliyə münasibətdə ölkənin ictimai rəyi də nəzərdən keçirilib. Köləliyin tərəfdarları və əleyhdarlarının istinad etdiyi arqumentlərin əsaslandırılması məsələsi də araşdırılmışdır.
3. ABŞ-nin Latın Amerikası siyasəti
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: Dos M.Ə.Baxışov
Məqsəd: Latın Amerikası ABŞ-nin xarici siyasətində(1945-1960)
Nəticə: XX əsrin 1945-1960-illərində ABŞ-ın xarici siyasətində Latın Amerikası ölkələrinin yeri və rolu, ikitərəfli münasibətlərin səciyyəvi cəhətləri müəyyənləşdirilmişdir.
4. XX-XXI əsrlərdə ABŞ-nin Yaxın və Orta Şərq regionunda siyasəti aspektində terrorizm təhlükəsinə qarşı mübarizənin aktual problemləri
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: Dos. T.N.Abbasov
Məqsəd: Terrorizmə qarşı mübarizənin hüquqi bazasının formalaşmasında dünya ictimaiyyətinin rolunu müəyyən etmək.
Nəticə: Beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin fəaliyyəti nəticəsində yeni hüquqi sənədlərin qəbul edilməsi, həmçinin terrrorizmə qarşı mübarizədə yeni hüquqi bazanın formalaşmasında ABŞ-ın rolu araşdırılmışdır.
5. Türkiyənin Cənubi Qafqaz ölkələri ilə əlaqələri (1991-2023-cü illər)
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: t.ü.f.d. H.A.Hüseynli
Məqsəd: 1991-2023-cü illərdə Türkiyə-Gürcüstan münasibətlərini yeni nöqteyi nəzərdən təhlil etmək
Nəticə: Bu mərhələdə Türkiyənin XX əsrin sonunda müstəqillik əldə etmiş Gürcüstanla diplomatik, hərbi-siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığı araşdırıb, Rusiyanın Gürcüstana müdaxiləsi və Türkiyənin diplomatik səyləri təhlil edilmişdir.
6. ABŞ-nin Nüvə Strategiyası və onun Dünya siyasətində yeri (XX əsrin 40-cı illərinin ikinci yarısı – 80-ci illəri)
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: t.ü.f.d. Z.F.Nəzirli.
Məqsəd: Nüvə siyasətinin əsasının qoyulması mərhələsinin tədqiq edilməsi
Nəticə: II dünya müharibəsindən sonra nüvə silahlarının beynəlxalq təhlükəsizlik məsələlərində yaratdığı problem,böyük dövlətlərin nüvə siyasətinin formalaşması mərhələləri tədqiq edilmişdir.
7. XIX əsrin II yarısı XX əsrin əvvəllərində Fransanın müstəmləkə siyasəti
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: t.ü.f.d. S.E.İskəndərova
Məqsəd: Fransanın Afrikada müstəmləkə işğallarının genişlənmə prosesini müəyyən etmək
Nəticə: XIX əsrin II yarısından etibarən Fransanın müstəmləkə işğallarında Afrikaya olan maraqların güclənməsi səbəbləri,regionun işğalının Fransa üçün xarakterik metodları araşdırılmışdır.
8. XX əsrin sonu XXI əsrin əvvəllərində Böyük Britaniyanının xarici siyasətində Aİ ilə münasibətlər
Mövzunun rəhbəri: Dos.E.Ə.Hüseynova
İcraçı: b/m R.X.Hüseynov
Məqsəd: II dünya müharibəsindən sonra Avropadakı inteqrasiya proseslərində İngiltərənin iştirakı problemi.
Nəticə: İlk dövrlərdə İngiltərənin inteqrasiya proseslərinə münasibəti, həmçinin, İngiltərənin AİB-nə qoşulma cəhdləri və Fransanın mövqeyi tədqiq edilmişdir.