kafedra haqqında

 

Azərbaycan tarixi kafedrası 1941-ci ildə yaradılmışdır. Kafedraya uzun müd­dət görkəmli tarixçi prof. Zülfəli İbrahimov rəh­bərlik etmişdir. Kafedrada Məmməd Qazıyev, Məmməd Əfəndiyev, Yevgeni Tokarjevski, Qurban Bayramov, Süleyman Əliyarlı və başqa tanınmış tarixçilər çalışmışlar. Kafedra 1991-ci ildə iki müstəqil kafedraya (Azərbaycanın qədim və orta əsrlər tarixi və Azərbaycanın yeni və müasir tarixi kafedrası) ayrılmışdır. 2001-ci ildə hər iki kafedranın bazasında iki Azərbaycan tarixi ka­fedrası yaradılmışdır. Həmin əmrlə kafedra Azərbaycan tarixi (təbiət fakültələr üzrə) kafedrası adlandırılıb. Kafedraya 1991-2001-ci illərdə Əməkdar elm xadimi, prof. Süleyman Əliyarlı, 2001-2005-ci illərdə prof. Seyidağa Onullahi rəh­bərlik etmişlər.

2005-ci ildən kafedra müdiri dos.Mehman Abdullayevdir. Dos. M.Q.Ab­dul­layevin elmi təd­­­­qiqat isti­qa­­məti XVIII-­­XIX əsrlərdə Azər­­baycanda aqrar müna­­sibətlər mövzusudur. 150-dən artıq elmi mə­qalənin, 1 mo­noqrafiyanın, dərslik və dərs və­sait­lərinin müəllifidir.

Hazırda kafedrada professorlar Sevda Süleymanova, Zabil Bayramov, dosentlər Mehman Ab­dullayev, Yunis Nəsibov, Bəymirzə Şabiyev, Rə­sul Hüseynli, Lalə Əliyeva, Arzu Məmmədova, Almaz Cavadova,Ülviyyə İbrahimova, fəlsəfə dok­toru-baş müəllimlər Rabil Süleymanlı, Ər­şad Həsənov, Nurlana Cavanşir, 2 fəlsəfə dok­toru-müəllimlər Zəhra İslamova, Aysel Qəribova, 1 nə­fərdən ibarət tədris-köməkçi heyət Səlimə Quliyeva çalışır.

Kafedra qədim, orta əsrlər və yeni dövr Azər­baycan tarixinin aktual problemlərinin araşdırılması istiqamətində elmi-tədqiqat işləri aparır. 2001-2024-cü illərdə kafedra əməkdaşlarının bir sıra monoqrafiyaları, dərslik və dərs vəsaitləri nəşr edilmişdir: «Kitabi-Dədə Qorqud» eposu və Azərbaycan tarixinin konseptual problemləri», «Azər­baycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər» (S.S.Əliyarlı); «Azərbaycanda ictimai-siyasi hərəkat. XIX yüzilliyin sonu – XX yüzilliyin əvvəli» (S.Y.Süleymanova); «Azərbaycan xalqının milli istiqlal mübarizəsi. XIX əsrin sonu – XX yüzilliyin əvvəlləri» (X.M.Məmmədov); «Xanlıqlar və rus müs­­təmləkəçiliyi döv­­­ründə Şimali Azər­­­baycanda aqrar münasibətlər (XIX əs­rin 40-cı illə­ri­nə­dək)» (M.Q.Ab­­­dul­­la­yev); «Azər­­­bay­­can Səfəvi döv­lə­tinin quruluşu və idarə sistemi» (Z.H.Bay­­­ramov), «Car-­­Balakən camaat­lı­ğı (XVII əsrin sonu – XIX­ əsrin əvvəlləri)» (A.Ə.Məm­mədova), qeyri-tarix fa­kül­tələri üçün «Azərbaycan ta­­rixi» dərsliyi (Azərbaycan, rus,ingilis dillərində) (red. M.Q.Abdullayev), Azərbaycan Səfəvi dövlətinin İrəvan vilayəti (monoqrafiya) (B.Ş.Şabiyev), Azərbaycan tarixinin farsdilli qaynaqları. Monaqrafiya (Z.H.Bayramov), Azərbaycanda ictimai-siyasi hərəkat (XIX əsrin sonu- XX əsrin əvvəlləri) (monoqrafiya)(S.Süleymanova), Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək) (metodik vəsait) (A. Cavadova, Ü.İbrahimova) Kafedra bakalavr pilləsində 7, magistr pil­ləsində 8 fənni tədris edir.

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət