QISA BİOQRAFİK MƏLUMAT
- Sofiyeva Kəmalə Məhəd qızı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
- 1989-cu ildə 173 saylı orta məktəbi bitirmiş və həmin ildə BDU-nun Tarix fakültəsinə daxil olmuşdur.
- 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
- 1995-1998-ci illərdə BDU-nun elmi kitabxanasında böyük kitabxanaçı vəzifəsində, 1998-2005-ci illərdə isə BDU-nun Tarix fakültəsinin “Azərbaycanşünaslıq” ETM-də elmi işçi vəzifəsində çalışmışdır.
- 1997-2002-ci illərdə BDU-nun Tarix fakültəsinin dissertantı olmuşdur.
- 2004-cü ildə “Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu” adlı namizədlik dissertasiyasını müdafiə edib.
- 2005-ci ildən bu günə qədər BDU-nun Tarix fakültəsinin “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim vəzifəsində çalışır.
- 7 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifidir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1994-cü ildə BDU-nun Tarix fakültəsini bitirib
- 1997-2002-ci illərdə BDU-nun dissertantı olmuşdur
- 2004-cü ildə “Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1995-1998 – BDU-nun elmi kitabxanasında böyük kitabxanaçı olmuşdur.
- 1998-2005 - BDU-nun Tarix fakültəsinin “Azərbaycanşünaslıq” ETM-də elmi işçi vəzifəsində çalışmışdır.
- 2005-bu günə qədər - BDU-nun Tarix fakültəsinin “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim vəzifəsində çalışır.
- Aparılan dərslər – “Yaxın və Orta Şərq ölkələri tarixi”, “Asiya və Afrika ölkələri tarixi”, “İran tarixi”, “Türkiyə tarixi”.
- K.M. Sofiyeva 23 adda elmi əsərin, o cümlədən 1 dərs vəsaiti, 14 məqalə (3 maqələ xaricdə), 2 tezis, 2 məruzə (1 beynəlxalq konfrans), 4 proqramın müəllifidir.
TƏDRİS FƏALİYYƏTİ
- Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavriat və magistratura təhsil səviyyələrində rus və azərbaycan bölmələrində “Yaxın və Orta Şərq ölkələri tarixi”, “Asiya və Afrika ölkələri tarixi”, “İri dövlətlərin İran uğrunda mübarizəsi”, “Türkiyə Cümhuriyyəti”, Şərqşünaslıq fakültəsinin bakalavriat təhsil səviyyəsində rus və azərbaycan bölmələrində “İran tarixi”, “Ölkəşünaslıq (İran üzrə)” fənləri üzrə dərslər aparır.Buraxılış və kurs işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir.
TƏDQİQAT SAHƏSİ
- Türkiyənin yeni və müasir dövr tarixi.
- Osmanlı Ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda Xilaskar rolu.Avtoreferat. 2004.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Osmanlı ordusunun Dağıstanı düşmən qüvvələrindən azad etməsi. Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası). Bakı 2003, №2
- İndoneziyada islamın yayılması tarixindən. Tarix və onun problemləri. Bakı, 2008, №3
- Nəriman Nərimanov və Din Tarix və Onun Problemləri N4. 2009.
- Fillipində İslam dinin yayılması tarixindən BDU-nun Xəbərləri humanitar elmlər seriyası N2. 2011.
- Müstəmləkə dövründə İndoneziyada İslam. BDU-nun Xəbərləri N4, 2012.
- Türkiyə Tarixi proqram BDU. 2014.
- Türkiyənin ictimai-siyasi sistemi və iqtisadi vəziyyəti. BDU. 2014.
- Malaziyada Islamin yayılması.Malakka sultanlığı. BDU-nun xəbərləri” №2, , Bakı -2015
- "Yaxın və Orta Şərq ölkələri tarixi" fənn proqram. Bakalavr pilləsi üçün.Bakı.2017.rəyçi
- "İxtisas (Türkiyə)Ölkəsinin Tarixi".fənn proqram.bakalavr pilləsi üçün.Bakı.2017.tərtib edən
- Müstəmləkə Dövründə Malayyada İslam. Tarix və Onun Problemləri, 2019 N3, s. 26-39
- Cənubi Şərqi Asiyada İslam: Filippin / Bilimsel Araştırmalar, 1.Baskı, Aralık, 2021, Ankara.
KİTABLAR
- Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu. Bakı, 2008.