QISA BİOQRAFİK MƏLUMAT
- 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 204 saylı orta məktəbi bitirmişdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirmişdir.
- 1986-cı ildə tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
- Namizədlik dissertasiyasının mövzusu: «Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı».
- 2004-cü ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
- Doktorluq dissertasiyasının mövzusu: Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı».
ƏMƏK FƏALİYYƏTİ
- 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında çalışmışdır.
- 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyir. Kafedranın professorudur.
ELMİ-TƏDQİQAT SAHƏSİ
- “Azərbaycanın paleometal dövrü maldarlıq kompleksləri” mövzusu üzrə iş aparmışdır. Əsas diqqət həmin dövrün Azərbaycan ərazisində rast gəlinən paleometal dövrü maldarlıq komplekslərinin araşdırılmasına yönəldilmişdir. Tədqiqatda başlıca olaraq Şimali Azərbaycanın paleometal dövrü abidələri araşdırılmışdır. Eyni zamanda Urmiyayanı bölgənin yaşayış məskənləri də tədqiq edilmişdir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Erkən Tunc Dövrünün Maldarlıq Təsərrüfatı Və Onun Əsas Mənbələri. PROCEEDING of the International Conference on SUSTAINABLE DEVELOPMENT AND ACTUAL PROBLEMS OF HUMANITARIAN SCIENCES dedicated to the 95th anniversary of the National Leader Haydar Aliyev, May 14-15, 2018 s. 420-423.
- Древнейшие почвообрабатывающие орудия эпохи палеометалла Азербайджана. AzərbaycanXalqCümhuriyyətinin 100 illik yubileyinə həsrolunmuş beynəlxalq elmi konfransın Materialları. 21-23 May, 2018, s.154-158.
SEÇİLMIŞ ELMİ ƏSƏRLƏRİ
- Azərbaycan son Tunc-ilk Dəmir dövrü abidələrində maldarlıq iqtisadiyyatının dəyişikliklərinin əksi, Azərbaycan Arxeologiyası jurnalı, №4, 2015 il
- Gəncə Qazax düzünün paleometal dövrü abidələri. Bakı. Tarix və onun problemləri. 2016, №2, 298-301
- Mil-Qarabağ və Muğan düzü eneolit kompleksləri. Tarix və onun problemləri, Bakı 2016, N 2, s.53-57
- Tarixi Azərbaycan ərazisində ən qədim maldarlıq təsərrüfatı və onun istiqamətləri. Tarix və onun problemləri, №1, Bakı, 2018 s.10-19
- Erkən tunc dövrünün maldarlıq təsnifatı və onun əsas mənbələri. Tarix və onun problemləri, №2. 2018. s 75-79
- Azərbaycan ərazisində ilkin istehsal formalarının yaranma tarixinə dair. Bakı Dövlət UniversitetininXəbərləri – Humanitar elmlər seriyası, №2, 2018, s.158-163
- Tarixi Azərbaycan ərazisində ən qədim maldarlıq təsərrüfatı və onun istiqamətləri. Tarix və onun problemləri, N4, 2018, s,5-12
- К вопросу изучения археологического наследия раннеземлядельческих обществ Азербайджана. Tarix və onun problemləri, N2, 2019, s.340-350.
- Azərbaycanın eneolit dövrü əkinçilik alətləri. Tarix və onun problemləri, 2019, N4, s. 244-248
- Почвообрабатывающие орудия эпохи ранней бронзы Азербайджана. Tarix və onun problemləri, N2, 2021, s.211-215
- Azərbaycan ərazisində orta tunc dövrünün təsərrüfat-məişət kompleksləri // Tarix və onun problemləri, 2021, №3, s.182-187
- Azərbaycan ərazisində aşkar edilən qədim şum alətlərindən toxanın təsnifatı // Tarix və onun problemləri, 2022, № 4, s. 160-164
- Azərbaycan abidələri içərisində ilk kənd təsərrüfatı və biçin alətləri haqqında // Tarix və onun problemləri, Heydər Əliyev 100-il Xüsusi buraxılış, s.266-270
- Paleometal dövrünün maldarlıq təsərrüfatı və onun əsas istiqamətləri // Tarix və onun problemləri, 2023, №1 s.201-208
DƏRSLİK, DƏRS VƏSAİTİ
- Qədim Roma tarixi. Bakalavr səviyyəsi üçün dərslik. Kitabı latın qrafikasına çevirən professor Əmrah Dadaşov. Bakı, 2018
MONOQRAFİYALAR
- Земледельческое производство эпохи палеометалла на территории Азербайджана (тысячелетие до н.э.). Баку, 1991
- Скотоводческо-земледельческая экономика обществ палеометалла на территории Азербайджана. Баку, 2003
- Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı». Bakı, 2008