QISA BİOQRAFİK MƏLUMAT
- 1950-ci il aprelin 25-də Zərdab rayonu, Qaravəlli kəndində anadan olub.
- Orta məktəbi həmin kənddə bitirib.
- Ailəlidir, 3 övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
- 1976-1979-cu illərdə aspiranturada oxumuşdur.
- 1983-cü ildə «Azərbaycan zəhmətkeşlərinin Ümumittifaq Lenin iməcliklərində iştirakı (1969-1976)» adlı namizədlik disertasiyasını müdafiə edib.
- 1992-ci ildə «Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəlməsi (70-80-cı illər)» adlı doktorluq dissertasiyasını müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
- 1974-1976-cı illərdə Zərdab rayonu, Qaravəlli kəndindəki orta məktəbdə tarix müəllimi işləyib
- 1980-ci ildən ADU-nun (Bakı Dövlət Universiteti) Tarix fakültəsinin müəllimi, baş müəllimi, dosent vəzifələrində çalışıb
- 1993-cu ildən hal-hazıra kimi “Türk xalqları tarixi” kafedrasında professor vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycanın XX əsr 70-80-ci illər tarixi.
- Qədim dövrlərdə və orta əsrlərdə türk xalqlarının dövlətçilik tarixi.
- Şərqi və Qərbi Hun imperiyaları.
ELMİ FƏALİYYƏTİ VƏ NAİLİYYƏTLƏRİ
- “Tarix və onun problemləri” Beynəlxalq jurnalı, redaktorun I müavini. Jurnal 1997-ci ildən fəaliyyət göstərir.
- Müdafiə edilmiş 5 tarix üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri, 1 tarix üzrə elmlər doktoru dissertasiya işinin elmi məsləhətçisi.
- 50-dən çox dissertasiya işində rəyçi və opponent kimi iştirak edib.
- 100-dən artıq elmi əsərin, o cümlədən 10-a yaxın xaricdə nəşr olunmuş əsərin, 5 dərsliyin, 2 dərs vəsaitinin, 8 monoqrafiyanın və 6 metodik vəsaitin və proqramın müəllifidir.
- BDU-nun Tarix fakültəsinin Elmi Şurasının, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının üzvüdür.
- 2019-cu ildə fevralın 11-dən 14-dək Hindistanın Assam bölgəsinin paytaxtı Quvattati şəhərinin Quvattati Universitetində keçirilən beynəlxalq konfransda “Azərbaycanın etnik və siyasi tarixi” (ingilis dilində) kitabının təqdimatı keçirilmişdir.
- İlk azərbaycanlı tarixçi olaraq xarici ölkələrdə “Azərbaycan tarixi” adlı kitabları çap olunub və bu kitabların təqdimatı xarici ölkələrdə keçirilmişdir.
- Azərbaycanda, o cümlədən MDB ölkərlərində ilk dəfə olaraq 4 dildə (azərbaycan, rus, ingilis, türk dillərində) “Azərbaycan tarixi” kitabı yazmışdır. Bu əsərlər dünyanın bir çox ölkələrində oxunulur, Azərbaycanın tarixi ilə bağlı əsərlər yazılarkən bu kitablara istinad olunur.
- İlk azərbaycanlı tarixçi olaraq dərslikləri xarici ölkələrin ali məktəblərində dərslik kimi istifadə olunur (Özbəkistan, Qazaxıstand v.s.).
- Xarici dillərdə (ingilis, rus, türk) xarici ölkələrdə çap olunmuş əsərlərinin həcmi təxminən 3000 səhifəyə (200 ç.v.) yaxındır.
- 100-dən çox qəzet məqaləsi var.
TƏLTİFLƏRİ
- Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “ Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” fəxri fərman
- Bakı Dövlət Universitetinin “Təhsildə fərqlənməyə görə” fəxri fərmanı
- Türkiyə, Dumlupınar Universitetinın “Beynəlxalq konfransda məruzəyə görə” fəxri fərmanı, 2006
- Hindistan Quvattati Universitetində keçirilən “Beynəlxalq konfransda məruzəyə görə” 2019
Seçilmiş əsərləri
Elmi məqalələr (Respublikada çap edilmiş)
- Məmmədov İ.M. Kommunist iməciliklərinin tərbiyəvi əhəmiyyəti.// ADU-nun elmi əsərləri, 1979, №3
- Məmmədov İ.M. Azərbaycan Sənaye müəssisələrinin ümumittifaq Lenin iməciliklərində iştirakı // ADU-nun elmi əsərləri, 1979, №5
- Məmmədov İ.M. Neftçi fəhlələrin sosializm yarışı // Təşviqatçı jurnalı, 1984, №5,
- Məmmədov İ.M. Sosializm yarışının mənəvi mahiyyəti// Təşviqatçı jurnalı, 1984, №8
- Məmmədov İ.M. Fəhlələrin mənəvi istirahəti// Təşviqatçı jurnalı, 1986, №17
- Məmmədov İ.M. Fəhlələrin texniki yaradıcılığı // Təşviqatçı jurnalı, 1987, №21
- Məmmədov İ.M. Ağır sənayedə fəhlələrin mədəni səviyyəsi// Təşviqatçı jurnalı, 1987, №24
- Məmmədov İ.M. Fəhlə sinfinin mədəni- texniki səviyyəsinin yüksəldilməsində mədəni-maarif müəssisələrinin rolu (1970-80) // ADU Məqalələr məcmuəsi, Bakı, 1991
- Məmmədov İ.M. XX əsrin əvvəllərində Azərbaycan və Türkistan xalqlarının qarşılıqlı əlaqələrinin tarixindən// Tarix və onun öyrənilməsi problemləri jurnalı, Bakı, 1995, IV buraxılış
- Məmmədov İ.M. M.Kalankatuklunun “Albani tarixi” əsərində bəzi Hun tayfaları haqqında qısa məlumat. // Tarix və onun problemləri jurnalı, Bakı, 1997, № 1
- Məmmədov İ.M. Türk dünyasının böyük oğlu // “Dövlət və Hüquq” jurnalı, elmi-nəzəri jurnal, Bakı, 1998, №1
- Məmmədov İ.M. Qərbi Hun imperiyası tarixinin bəzi məsələləri // Məqalələr toplusu, Bakı, 2002
- Məmmədov İ.M. Metenin vaxtında Hun-Çin müharibələri (e.ə. 209-174-cü illər) // Tarix və onun problemləri jurnalı, Bakı, 2003, № 4
- Məmmədov İ.M. Saklar // Tarix və onun problemləri jurnalı, Bakı, 2008, № 5
- Məmmədov İ.M. Heydər Əliyev və Türk dünyası.// ABU-nun “Xəbərləri” jurnalı, (pedoqoji-psixoloji elmlər seriyası) Bakı, 2008, №1
- Məmmədov İ.M. Hunların Türküstana yiyələnməsi // ABU-nun “Xəbərlər” jurnalı (xüsusi buraxılış), Bakı, 2009
- Məmmədov İ.M. Atillanın xarici siyasəti // Tarix və onun problemləri jurnalı, Bakı, 2017, № 4
- Məmmədov İ.M. Qafqaz Albaniyasının maddi mədəniyyəti // Tarix və onun problemləri jurnalı, Bakı, 2018, № 3
- Məmmədov İ.M. Türk Dünyasına inteqrasiya: Macaristanın tarixi köklərinə qaydışı // Tarix və onun problemləri jurnalı, Bakı, 2023, № 2, səh 42-48
Konfrans materialları (xaricdə çap edilmiş)
- Məmmədov İ.M. Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri// Türkiyə, Dumlupınar Universiteti, 2006( ingilis dilində)
- Məmmədov İ.M XV əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti// Hindistan Quvattati Universiteti, 2019 (ingilis dilndə)
Konfrans materialları (Respublikada çap edilmiş)
- Məmmədov İ.M. Kommunist iməcilikləri haqqında Lenin ideyalarının Azərbaycanda həyata keçirilməsi // Azərbaycan ali məktəb aspirantlarının birinci respublika elmi konfransı məruzələrin tezisləri, Bakı, 1978.
- Məmmədov İ.M. Kənd təsərrüfatı zəhmətkeşlərinin kommunist iməciliklərində iştirakı// Azərbaycan ali məktəb aspirantlarının ikinci respublika elmi konfransı məruzələrin tezisləri, Bakı, 1979.
Monoqrafiyalar (xaricdə çap edilmiş)
- Məmmədov İ.M. Türk Kafkazında siyasi və etnik yapı. Eski çağlardan günümüzə kadar Azerbaycan tarihi // Türkiyə, İstanbul , Ötüken, 2009, 853 s.
- Məmmədov İ.M. The History of Azerbaijan // London, 2014
- Məmmədov İ.M. Ethnic and Political history of Azerbaijan // Rally, 2018, (Yeni Korolina ştatı, ABŞ)
- Məmmədov İ.M. Historical maps of Azerbaijan. // Rally, 2018, (Yeni Korolina ştatı, ABŞ)
Monoqrafiyalar (respublikada çap edilmiş)
- Məmmədov İ.M. Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsi // Bakı, 1991
- Məmmədov İ.M. Hunlar // Bakı, 1997
- Məmmədov İ.M. Hökmdarlardan .... filosoflaradək // Bakı, 2002
- Məmmədov İ.M., Məmmədova L.İ. Azərbaycan Dövlətləri və Hökmdarları // Bakı, 2020
- Azərbaycan Respublikası Ali Məhkəməsi, Bir Əsrlik Yol - Azərbaycan Respublikası 100 illik yubileyinə həsr olunur. elmi redaktor həmmüəllif. Bakı.2023
- Böyük Azərbaycan naminə Bağır Seyidzadə Tam Məxfi Adıgözəl Məmmədov. elmi redaktor, Bakı, "İmza" nəşrlər evi, 2023
Dərslik, dərs vəsaiti, tədris-metodiki vəsaitlər
- Məmmədov İ.M..Hunlar //Metodik vəsait, Bakı, 1995
- Məmmədov İ.M. Böyük Hun imperiyası //Dərs vəsaiti, Bakı, 1997
- Məmmədov İ.M. 80-ci illərin sonu 90-cı illərdə Azərbaycanda müstəqillik uğrunda mübarizə. Azərbaycanın Dövlət müstəqilliyinə nail olunması və onun daha da möhkəmləndirilməsi.// “Siyasi tarix” II hissə, Dərs vəsaiti, Bakı, 1998
- Məmmədov İ.M. XIX əsrin sonu XX əsrdə Dünyanın ictimai-siyasi inkişafının başlıca yekunları və dərsləri // “Siyasi tarix” II hissə, Dərs vəsaiti, Bakı, 1998
- Məmmədov İ.M. Azərbaycan tarixi // Bakı, 2005, Dərslik
- Məmmədov İ.M. История Азербайджана // Bakı, 2009, Dərslik
- Məmmədov İ.M. История Азербайджана // Bakı, 2020, Dərslik
Proqramlar
- Məmmədov İ.M. “Hunlar” mövzusunda ixtisas kursunun proqramı, Bakı, 2005,
- Məmmədov İ.M. “Türk xalqlarının tarixi” (qədim və orta əsrlər dövrü) , Bakı, 2003
- Məmmədov İ.M. “Hunlar” mövzusunda ixtisas kursunun proqramı, Bakı, 2017
- Məmmədov İ.M. “Azərbaycan tarixi” Bakı, 2009