“Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi konfrans
“Türk dünyası: ortaq tarixi - mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış”
mövzusunda I Beynəlxalq elmi konfrans
16-17 noyabr 2023, Bakı Dövlət Universiteti
2023-ci il noyabrın 16-17-də Bakı Dövlət Universitetidə “Türk dünyası: ortaq tarixi -
mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi
konfrans keçiriləcəkdir. Elmi konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı
Tədbirlər Planı”nın” icra edilməsi barədə” 28.02.2023 – cü il tarixli 3 - 29/3 - 2 - 78 F/2023
nömrəli əmri əsasında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin 2023-cü il üçün tədbirlər
planına salınmışdır. Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant və
dissertantlar dəvət edilir. Konfransda dəyərli tədqiqatçıların yeni və maraqlı araşdırmalarını
gözləyirik.
Mühüm tarixlər:
Konfransın elanı - 21 iyun 2023
Tezislərin göndərilməsi üçün son tarix – 13 oktyabr 2023
Qəbul olunan tezislərin elanı – 20 oktyabr 2023
Konfransın keçirilmə tarixi --16-17 noyabr 2023
Konfransın mövzuları:
Türk xalqlarının dövlətçilik tarixi ümumtürk tarixi kontekstində
Türk dünyası tarixində Azərbaycanın yeri
Türk dünyası: ortaq tarixi mədəni dəyərlər
Türk dünyası XXI əsrdə: müasir reallıqlar və gələcəyə baxış
Türk dövlətlərin əməkdaşlığında yeni mərhələ--Türk Dövlətləri Təşkilatının yaranması və
fəaliyyəti
Türk xalqlarının ortaq tarixi mədəni dəyərləri elmi əsərlərdə və bədiiədəbiyyat
nümunələrində
Ermənistanın Azərbaycana ərazi iddiaları: ərazi münaqişələri, tarixi saxtalaşdırmalar,
informasiya mübarizəsi
Vətən müharibəsində qazanılan qələbənin Ümumtürk tarixi üçün əhəmiyyəti vənəticələri
Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın tarixi maddi-mədəniyyət abidələri və
onların bərpası
İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura qayıdış və bərpa – quruculuq işləri
Müstəqillik illərində Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə siyasi,
iqtisadi və mədəni əlaqələri
Müstəqillik illərində Azərbaycan Respublikasının Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Türkmənistan Respublikaları ilə siyasi, iqtisadi və mədəni əlaqələri
Konfransda iştirak şərtləri:
Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
Konfransın əsas işçi dili Azərbaycan dilidir, lakin məruzələr digər türk ləhcələri, ingilis və
rus dillərində də dinləniləcəkdir.
Tezislər Azərbaycan dili, digər türk ləhcələri, ingilis və rus dillərində qəbul ediləcək
(ingilis dilində tərcüməsi ilə birlikdə; ingilis dilində olan məruzələr üçün Azərbaycan
dilində tərcüməsi ilə birlikdə).
Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.
Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra
qəbul olunacaqdır.
Alimlik dərəcəsi və elmi adı olmayan gənc müəlliflərin adının yanında elmi rəhbərin adı,
elmi adı, alimlik dərəcəsi və elektron poçtu göstərilməlidir. Elmi rəhbərlərin rəyi skan edilib
məktuba əlavə edilməlidir. Məlumatların səhihliyinə və araşdırmanın orginallığına görə
elmi rəhbər və müəllif məsuliyyət daşıyır.
Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğunolmayan tezislər qəbul edilməyəcəkdir.
Konfransda məruzə etməyənlərin tezisləri dərcedilməyəcəkdir.
Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Vörd faylında, fayla
müəllifin soyadı verilərək göndərilməlidir.
Tezisin tərtibi qaydaları:
Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə
(Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi
adı və elektron poçt ünvanı göstərilməlidir.
Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsasanlayış.
Mətn ən az 1000, ən çox 3000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan)
həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə
olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi
ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının
əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan
hissə yeni fikir və araşdırma olmalıdır.
İstifadə edilən ədəbiyyat və internet resursları əlifba sırası ilə düzülməlidir, ədəbiyyatların
müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir. İnternet resursları
göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya
məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
Tezislər tam redaktə olunduqdan sonra təqdimedilməlidir.
Əlaqə: +99412-538-22-93 (saat 9.00-17.00);
[email protected]
[email protected]
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Hörmətlə, Təşkilat Komitəsi