Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu indönümünə ən böyük töhvədir” mövzusunda beynəlxalq elmi konfrans
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş
“İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu indönümünə ən böyük töhvədir” mövzusunda beynəlxalq elmi konfrans
19-20 oktyabr 2021-ci il, BDU
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “İşğal olunmuş ərazilərimizin azad olunması müstəqilliyimizin 30-cu indönümünə ən böyük töhvədir” mövzusunda beynəlxalq elmi konfransı keçiriləcəkdir.
Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.
Konfransın onlayn formatda Micrasoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 15 oktyabr 2021
Konfransın keçirilmə tarixi – 19-20 oktyabr 2021
Mövzular:
- Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir
- Azərbaycan Respublikası Azərbaycan xalqının dövlətçilik ənənələrinin davamı kimi
- Müstəqilliyin bərpası prosesinində dünyada və Azərbaycanda baş verən siyasi, sosial, iqtisadi proseslər
- Ərazi bütövlüyünün bərpası: siyasi, diplomatik, iqtisadi, hərbi və digər sahələrdə görülən tədbirlər
- Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində
- Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni və elmi inkaşafının əsas nailiyyətləri (1991-2021)
Azərbaycan Respublikasının iqtisadi siyasəti
Azərbaycan Respublikasının xarici siyasəti
Azərbaycan Respublikasının təhsil, mədəniyyət və sosial sahədə fəaliyyəti
- Azərbaycan tarixininin aktual problemləri
- Müstəqil respublikanın 30 ili: ərazisi, əhalisi, dövlət rəmzləri
- Vətən müharibəsində qazanılan qələbə: tarixi əhəmiyyəti və nəticələri
- İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi
Tezisin tərtibi qaydaları:
- Tezislər Azərbaycan, Türkiyə türkcəsi, rus və ingilis dillərində qəbul edilir.
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- İstifadə edilən ədəbiyyat və internet resursları əlifba sırası ilə düzülməlidir,
- ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir. İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Tezsilər oktyabr ayının 10-dək Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın e-mail ünvanına /[email protected]/ və [email protected] (mütləq hər iki ünvana) göndərilməlidir.
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi