Tarix fakültəsində “Mirzə Bala Məmmədzadənin Azərbaycan milli-azadlıq hərəkatında yeri” mövzusunda elmi seminar keçiriləcəkdir.
2025-ci ilin martın 14-də saat 10.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində fəaliyyət göstərən ED 2.20 Dissertasiya şurası yanında Elmi Seminarın növbəti iclası keçriləcək. Müzakirəyə iddiaçı Bakı Dövlət Universiteti “Azərbaycan tarixi (humanitar fakültələr üzrə)” kafedrasının doktorantı Səidə Vahid qızı Mehrəliyevanın “Mirzə Bala Məmmədzadənin Azərbaycan milli-azadlıq hərəkatında yeri” mövzusunda 5503.02 – “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktorluğu dissertasiya işi təqdim edilir. Rəyçilər: 1. Əliyev Qabil Əli oğlu. Bakı Dövlət Universiteti “Qafqaz xalqları tarixi” kafedrasının professoru, tarix elmləri doktoru. 2. Afaq Yusif qızı Piriyeva. ADPU-nun „Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. 3. Nəbiyev Bəxtiyar Eyvaz oğlu. Tarix üzrə fəlsəfə doktoru, dosent.