“1918-ci il mart soyqırımı elmi tədqiqatlarda” mövzusunda II Respublika elmi konfransı
2024-cü il martın 29-da Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda II respublika elmi konfransı keçiriləcəkdir.
Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant, dissertant və magistrantlar dəvət edilir. Konfransda dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.
Mühüm tarixlər:
- Konfransın elanı – 26 yanvar 2024-cü il
- Tezislərin göndərilməsi üçün son tarix – 4 mart 2024-cü il
- Qəbul olunan tezislərin elanı – 5 mart 2024-cü il
- Konfransın keçirilmə tarixi – 29 mart 2024-cü il
Konfransın mövzuları:
- 1918-ci il Mart soyqırımı ərəfəsində Osmanlı və Cənubi Qafqazda vəziyyət
- 1918-1920-ci illərdə Qərbi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım
- 1918-1920-ci illərdə Zəngəzur qəzasında daşnak hərbi birləşmələri tərəfindən türk-müsəlman əhailisinə qarşı həyata keçirilən soyqırım
- 1918-1920-ci illərdə Şimali Azərbaycan qəzalarında türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım (Bakı, Şamaxı, Quba, Lənkəran)
- 1918-1920-ci illərdə Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım
- 1918-1920-ci illərdə Azərbaycan qəzalarında türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımların öyrənilməsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin materiallarının rolu
- 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları və onların ibrət dərsləri
- 44 günlük Vətən Müharibəsi və ermənilərin soyqırım siyasətinin iflasa uğraması
- Tarix elminin aktual məsələləri (magistr dissertasiya mövzularına uyğun)
Konfransda iştirak şərtləri:
- Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
- Konfransın əsas işçi dili Azərbaycan, Türkiyə türkçəsi, rus və ingilis dilidir.
- Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.
- Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
- Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
- Konfransda məruzə etməyənlərin tezisləri dərc edilməyəcəkdir.
- Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Vörd faylında, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
- Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 33
Bakı Dövlət Universiteti, Tarix fakültəsi: Yeni Tədris binası, 921 nömrəli otaq
Əlaqə: +994 12 5382293
Hörmətlə, Təşkilat Komitəsi