“1918-Cİ İL MART SOYQIRIMI TARİXİ TƏDQİQATLARDA” MÖVZUSUNDA III RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLƏCƏKDİR.
2025-ci il aprelin 3-də Bakı Dövlət Universitetidə Tarix fakültəsinin təşkilatçılığı ilə “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda III Respublika elmi konfransı keçiriləcəkdir.
Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant, dissertant və magistrantlar dəvət edilir. Konfransda dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.
Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix – 3 mart 2025-ci il
Konfransın keçirilmə tarixi – 3 aprel 2025-ci il
Konfransın mövzuları:
- 1918-ci il Mart soyqırımı ərəfəsində Osmanlı və Cənubi Qafqazda vəziyyət
- 1918-1920-ci illərdə Qərbi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım
- 1918-1920-ci illərdə Zəngəzur qəzasında daşnak hərbi birləşmələri tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım
- 1918-1920-ci illərdə Şimali Azərbaycan qəzalarında türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım (Bakı, Şamaxı, Quba, Lənkəran)
- 1918-1920-ci illərdə Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım
- 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım və onun ibrət dərsləri
- 44 günlük Vətən Müharibəsi və 2023-cü il 19-20 sentyabr uğurlu antiterror əməliyyatlarından sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpası və ermənilərin soyqırım siyasətinin iflasa uğraması
- Tarix elminin aktual məsələləri (magistr dissertasiya mövzularına uyğun)
Konfransda iştirak şərtləri:
- Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
- Konfransın əsas işçi dili Azərbaycan, Türkiyə türkçəsi, rus və ingilis dilidir.
- Plagiat aşkarlanan tezislər qəbul edilməyəcəkdir.
- Konfransa təqdim edilən tezislər Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
- Təşkilat Komitəsinin qoyduğu tələblərə uyğun olmayan tezislər qəbul edilməyəcəkdir.
- Konfransda məruzə etməyənlərin tezisləri dərc edilməyəcəkdir.
- Konfransa göndərilən tezislər hər kəsin şəxsi elektron ünvanından, Vörd faylında, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
- Tezislər [email protected] elektron ünvanına göndərilməlidir.
Tezisin tərtibi qaydaları:
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.
- Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.
- Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.
- Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.
Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq
Əlaqə: 012-538-22-93
Hörmətlə, Təşkilat Komitəsi
NÜMUNƏ
MƏRUZƏNİN ADI 3 SƏTİRDƏN ÇOX OLMAMALI, KONKRET VƏ AYDIN OLMALIDIR
Müəllifin Adı və Soyadı açıq şəkildə yazılmalıdır.
Müəllifin çalışdığı müəssisənin (təşkilatın) adı, vəzifəsi və elmi dərəcəsi göstərilməlidir.
______@_____
Açar sözlər: məruzənin adına və məzmununa uyğun 5-6 əsas anlayış
Tezisin mətni ən az 500, ən çox 1000 söz (tezisin tərcüməsi və ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
Hər 2 dildə olan tezis bir-birinin eyni olmalı və tezisin məzmununa uyğun olmalıdır.
Ədəbiyyat siyahısı
- Azərbaycan Respublikası MDTA: f.44, siy.2, iş 26, vv.3-5.
- Azərbaycan tarixi. 7 cilddə, IV c.. Bakı: Elm, 2000, 456 s.
- Qeybullayev Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 284 s.
- Məmmədov M.A. Faciə janrının tədqiqi. «Ədəbiyyat və incəsənət» qəz., Bakı, 1966, 14 may.
- Məmmədova G.H. Azərbaycan memarlığının inkişafında Heydər Əliyevin rolu / Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmipraktik konfransının materialları. Bakı: Nurlan, 2003, s.3-10.
- Şuşa şəhəri işğaldan azad edildi! // https://beu.edu.az/az/article/susa-seheri-isgaldan-azad-edildi-540. İstinad tarixi: 20.12.2020