BORAN ORDUXAN OĞLU ƏZİZ

BORAN ORDUXAN OĞLU ƏZİZ

BORAN ORDUXAN OĞLU ƏZİZ

tarix üzrə fəlsəfə doktoru, dosent

Tel.: +994 12 5390837

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

  • 1954-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur.
  • 1972-cı ildə Ağdam rayonunun Mərzili kənd orta məktəbinii əla qiymətlə bitirmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1972-1976-cü illərdə Azərbaycan Pedaqoji İnstitutu Tarix fakültəsinin əyani şöbəsini əla qiymətlərlə bitirmişdir
  • 1986-cü ildə «Azərbaycan SSR-də sosialist mədəniyyətinin inkişafında fəhlə sinfinin iştirakı (1971-1980-ci illər)» mövzsusunda namizədlik dissertasiyası müdafiə etmiş və tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
  • Hal-hazırda «Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir

MÜKAFATLARI

  • 2019-cu ildə  Bakı Dövlət Universiteti 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

  • 1976-1981-cü illər Ağdam rayonu Mərzili kənd orta məktəbində müəllim işləmişdir.
  • 1981-1984-ci illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi ixtisası üzrə əyani aspiranturada təhsilini davam etdirmişdir.
  • 1985-ci fevral-1986-cı il dekabr SSRİ tarixi kafedrasında laborant,1986-cı ilin dekabrından bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında müəllim işləyir.
  • Hüquq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Filologiya fakültələrində, Tarix fakültəsinin bakalavr və magistr pillələrində Azərbaycan tarixi, Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənlərindən mühazirə və seminar məşğələləri aparır.
  • 45 adda elmi məqalənin və 3 kitabın müəllifidir, o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi» üzrə 3 proqramı nəşr edilmişdir.

TƏDQİQAT SAHƏSİ

  • Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işində 1920-1991-ci illərdə Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda milli-azadlıq hərəkatı tarixinin öyrənilməsi və digər məsələlər mühüm yer tutur.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2002-ci il mayın 23-25-də Türkiyədə keçirilən «Türkiyənin erməni məsələsi» adlı Beynəlxalq elmi konfransda iştirak edərək orada «Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri» mövzusunda məruzə etmişdir.Məruzə konfransın materiallarında dərc olunmuşdur.
  • 2003-cü ilin mart-may aylarında Bakıda «Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri» mövzusunda keçirilən Beynəlxalq elmi sessiyada çıxış etmişdir. Məruzə konfransın materiallarında dərc olunmuşdur.
  • Azərbaycan Cümhuriyyətinin Qars qaçqınlarına yardımı. Türkiyə Respublikasının Qars şəhərində Qars valiliyi və Qars Qafqaz Universitetinin birgə təşkil etdiyi beynəlxalq elmi konfransın materialları Türkiyə 2013.
  • “Azərbaycan adının anlamı və tarixi ərazisinin doğru öyrədilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyəti” mövzusunda Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin tədris mərkəzi ilə birgə təşkil etdiyi beynəlxalq konfransda məruzə. Şamaxı, 2017 iyul. V Beynəlxalq elmi konfransın,materialları, Bakı, 2017 s.455-467.
  • Güney Azərbaycanda Ermənlilərin törətdiyi soyqırımın ideoloji əsasları. həmmüəllif Kəmalə Nəcəfovnan. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları 21-23 May. 2018 il. s.209-213
  • Azərbaycanın Milli Azadlıq Hərəkatı Tarixi M. B. Məmmədzadənin və H. Baykaranın əsərlərində / Azərbaycanın dövlət müstəqilliyinin bərpası və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsinin 30 illik yubileylərinə həsr olunmuş Dünya Azərbaycanlıları: Tarix və Müasirlik mövzusunda IV Beynəlxalq elmi konfransın Tezisləri 29-30 dekabr 2021. s. 136-141 Bakı. 2023
  • «Mart soyqırımının bəzi məsələlərinə dair»//31 mart Azərbaycanlılarının soyqırımı gününün 105-ci ildönümünə həsr olunmuş “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2023, 9-12
  • «Dövlətçilik tariximizdə Cümhuriyyətin yeri»// Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Müsəlman Şərqinin ilk Cümhuriyyəti” mövzusunda Respublika elmi konfransın materialları. Bakı, 25-26 may 2023. s.
  • ”Bakı Devlet Üniversitesinin Kırmızı Teröre Maruz Kalmış Muallim ve Telebeleri” mövzusunda Heydər Əliyev anısına düzenlenen Uluslarası Sosyal Bilimler Konfransı materialları. (Özet bidirimler kitabı)Türkiyə, Bayburt Universiyeti, 19 oktyabr, 2023. s.196-197 (https://usbk.bayburat.edu.tr/assets/dosyalar/ozetkitabı/usbk_ozet_bildiriler_kitabı) (sertifikat, Konfransın rəyasət heyətinin üzvü

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Müharibəyə qarşı sülh uğrunda. (prof. A.Atakişiyevlə birlikdə), Bakı, 1987
  • Azərbaycan Evliyə Çələninin 1954-cü il «Səyahətnaməsi»ndə. Bakı, 2000 (Z.Bayramlı ilə birlikdə), 160 s.
  • Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı, 2008, 223 s.
  • Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər) fənnindən magistr pilləsi üçün proqram. Bakı, 2007; yeniləşdirilmiş nəşr, 2008.
  • Azərbaycan Xalq Cümhuriyyəti və qaçqınlar problemi.// AXC-nin aktual problemləri, beynəlxalq elmi sessiyanın materialları. Bakı,mart-may 2003.
  • Ali məktəblərdə milli-azadlıq hərəkatı mövzunun tədrisi təcrübəsindən. BDU-nun Xəbərləri.Humanitarelmlər seriyası.№ 2, 2007.
  • Milli-azadlıq hərəkatı tarixinin dövrləri haqqında qeydlər.// Tarix və onun probblemləri.Bakı, № 4, 2007
  • Ünvan-təqvim də qaçqınlar mələsi. BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının materialları Humanitar elmlər 2009.
  • Parlament sənədləri qaçqınları tarixini öyrənən mənbə kimi. Azərbaycanşünaslığın aktual problemləri I Beynəlxalq elmi konfransının materialları Bakı 3-8 may 2010.
  • İstiqlal tariximizdə Gəncə əzəli və şanlı adın bərpası uğrunda mücadiləyə bir baxış Türkiye, THakemli bilim ve Kültür dergisi jurnalı N2 2010.
  • Azərbaycan Ermənistan münasibətləri tarixi monografiya, Bakı, 2010.
  • Qaraman və Abdal toponimlər Ümumtürk arealında. Azərbaycan Tarix qurumu və BDU Tarix fakültəsinin Türk Dünyası: dünəni və bu günü mövzusunda beynəlxalq elmi konfransın materialları 23-24 may 2011.
  • Azerbaycanda ermenilerin türk soyqırımı: Mart faciasından Hocalıya İstanbul, “Kültür sənət yayıncılıq” nəşr 2013, 265 s.
  • Rus-erməni birliklərinin türk soykırımı. Hocalı soykırımı. İstanbul, İQ Kültür sanat yayıncılık, 2014, 232 s.
  • Baran,Baranı, Baranlı: Mənası və Ümumi türk arealında yeri. Tarix və Onun problemləri, N4. 2016
  • Yelizavetpol və Kirovabadın əvvəlki adı Gəncə ilə əvəzlənməsi, Gəncə adının bərpası uğrundakı mübarizəyə töhfə vermiş tanınmış Vətəndaş alim, professor, əməkdar elm xadimi S. Əliyarlının xatirəsinə ithaf edirəm. Tarix və Onun problemləri N4, s. 36-45. 2016.
  • Ümumiyyətlə işlənilməyən mövzulardan biri də Xocavənddir”. Bakı, 2017, “Xocalı yaddaşı” jurnalı, s.265-270.
  • ”Azərbaycan adının anlamı və tarixi ərazisi” (azərbaycan, rus, ingilis dillərində). Bakı, “Mütərcim” nəşriyyatı, 2017, 96 s.
  • Aziz, B. – Aslanova, T.: Značenije nazvanija „Azerbajdžan“ i istoričeskaja territorija Azerbajdžana. Historické rozhľady, Universitas Comeniana Bratislavensis Facultas Philosophica Acta Historica Posoniensia XXXV. Bratislav 2018,  s.218-238.
  • Azərbaycan ruhaniliyində Şuşadakı məscidlərin və imanlı insanların yeri.(“Qarabağnamələr”əsasında).Tarix və onun problemləri.Şuşa -270.Xüsusi buraxılış.B., 2022, №3, s.51-61.
  • ”Ermənilərin türklərə qarşı soyqırım etirafları,onun səbəbləri”. AXC-nin yaranmasının 104-cü ildönümünə həsr olunmuş “Müsəlman Şərqinin ilk Cümhuriyyəti:Milli dövlət quruculuğunun elmi-nəzəri əsasları və əsas istiqamətləri” .Beynəlxalq elmi konfrans.B., BDU, 26-27 may 2022.S105-107.
  • Şuşa şəhərinin inşa tarixi Qarabağnamələr adlı mənbələrdə./Türk dünyasının qədim şəhərləri”.Beynəlxalq elmi konfransın materialları.B.,17-18 may 2022.

KİTABLARI

  • Cümhuriyyətə gedən yol: milli azadlıq hərəkatının aktuallığı mənbələri, dövrləri və cərəyanları. 2020 il. 360.səh Monografiya.
  • Bakı Dövlət Universitetinin repressiyaya məruz qalmiş müəllim və tələbələri (1937-1940-ci illər), 2022 (çapdadır)
  • Bakı Dövlət Univer­siteti. 100 ilin elm və təhsil məbədi. BDU-100. BDU-nun yenidən fəaliyyətə başlaması. BDU repressiya illərində, 2019, 296 s. (N.İsmayılova, E.Əzəzbəyov, S.Quliyeva ilə birgə)
  • Hocalı trajedisi neden soykırım olarak kabul ediliyor? (Tezis), Türkiye-Azerbaycan Dergisi - Vatan Uzakta Degil/ Türkiye. İstanbul, 2022, N 1, s. 15-17.
  • Azərbaycan tarixi üzrə problem səciyyəli mühazirə və seminar məşğələlərinin proqramı (axşam və qiyabi) Müəlliflər kollektivi il. B., I nəşr. 1988 və təkmilləşdirilmiş, yenidən işlənilmiş II nəşri 1990, 2,12 ç.v.
  • Azərbaycan tarixi proqramı. Orta ümumtəhsil məktəbləri üçün mövzu haqqında tezislər, kursdaxili, kurslarası və fənlərarası əlaqələr, mövzu üzrə formalaşdırılan əsas anlayışlar, şagirdlərin əsas bacarıqları, audiovizual vasitələr., prof. Y.Mahmudov və prof. M.Əmirovla birlikdə. B., 1991, 4 ç.v.
  • Azərbaycan Respublikası ali məktəblərinə qəbul imtahanları proqramı. Müəlliflər kollektivi ilə. B., 1992, 1,20 ç.v.
  • Azərbaycan tarixi proqramı. 1870-1993. Müəlliflər kollektivi ilə. B., 1993, 2,11 ç.v.
  • Azərbaycan tarixi. Proqram. Ən qədim zamandan 2006-cı ilə qədər. Ali məktəblərin humanitar fakültələri üçün. Müəlliflər kollektivi ilə. B., 2007, 4,5 ç.v.
  • Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991) fənnindən magistrlər üçün proqram. I nəşr və Təkmilləşdirilmiş, yenidən işlənmiş II nəşri. B., 2007, 2008, 4, ç.v. (Azərbaycan,ingilis və rus dilində)
  • Azərbaycan tarixi. Dərslik. Prof. S.Əliyarlının redaktəsi ilə B., 1996, 2009. Xronologiya hissəsi. S. 840-860
  • Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. Dərslik. XIX-XXI əsrin əvvəli. Müəlliflər kollektivi ilə. B., 2010, s. 121-151; 279-324
Əlaqə
Bakı Dövlət Universiteti, Yeni Tədris binası, 8-9-cu mərtəbələr, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: +994 12 5391068 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət